Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayumi Tsuci
Ayumi Tsuci (辻あゆみ, Tsuji Ayumi, d. 18 iyun 1984) — Yaponiya səs aktrisası. Ehime prefekturasında anadan olmuşdur. Mausu Promotion ilə əməkdaşlıq edir. == Filmoqrafiya == === Anime === 2004 Melody of Oblivion - Qız C 2005 Best Student Council - Minamo Katsura 2006 Black Blood Brothers - Çan Red Garden - Roz Şidi Tona-Gura! - Niina İsokava 2007 Kaze no Stigma - Kanon Suzuhara Potemayo - Quçuko Prism Ark - Vel Sky Girls - Eliza fon Dietrix Venus Versus Virus - Lola 2008 Chaos;Head - Kozue Orihara The Familiar of Zero: Rondo of Princesses - Beatris 2011 Mashiroiro Symphony: The Color of Lovers - Yukari Amaişi 2012 Saint Seiya Omega - Line 2013 Noucome - Oka Yuuoci 2014 Cross Ange - Koko Rivi Rage of Bahamut: Genesis - Rafael Robot Girls Z - Barattak 2015 Aikatsu!
Sanya Vuçiç
Sanya Vuçiç (serb. Сања Вучић, Sanja Vučić; d. 8 avqust 1993, Kruşevaç, Serbiya və Monteneqro) — Serbiya müğənnisi. O, əsasən ZAA qrupunun vokalisti kimi tanınır. Vuçiç Serbiyanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Həyatı və musiqi karyerası == Sanya Vuçiç 8 avqust 1993-cü ildə Serbiya və Monteneqronun Kruşevaç şəhərində anadan olmuşdur. O, ibtidai və musiqi təhsilini məhz Kruşevaç şəhərində almışdır. Musiqi təhsili müddətində Vuçiç fərqli ansambllarda, folk musiqi qrupunda, şəhər caz orkestrında və kilsə xorunda çıxış etmişdir. O hal-hazırda Belqrad şəhərində yaşayır və Belqrad Filologiya Universitetinin Ərəb dili və ədəbiyyatı bölməsində təhsil alır. O, ana dili olan serb dili ilə yanaşı ingilis, ispan, italyan və ərəb dillərində də səlis danışa bilir.
Luka Suçiç
Luka Suçiç (8 sentyabr 2002, Lins) — Avstriya klubu olan Zalsburqun xorvatiyalı qapıçısı. == Klub karyerası == 15 iyul 2020-ci ildə Suçiç Red Bull Salzburg ilə 2024-cü ilin yayına qədər yeni müqavilə imzaladı 13 sentyabr 2020-ci ildə Wolfsberg ilə matçda Salzburqun heyətində Bundesliqada debüt etdi. 10 fevral 2021-ci ildə Suçiç Bundesliqada debüt qolunu Avstriya Wien üzərində 3-1 hesablı qələbə qazandıqları matçda vurdu. Çempionlar Liqasında ilk qolunu sentyabrın 14-də Sevilya ilə 1:1 hesablı heç-heçə etdikləri matçda vurub.
Aleksandr Vuçiç
Aleksandr Vuçiç (serb. Александар Вучић; 5 mart 1970, Belqrad) — serb dövlət və siyasət xadimi. 1 iyun 2017-ci ildən Serbiya Respublikasının Prezidenti. Milli Təhlükəsizlik Şurasının baş katibi, Serbiyanın informasiya və müdafiə naziri, Serbiyanın baş naziri (27 aprel 2014 – 31 may 2017). 2012–2023-cü illərdə Serbiya Tərəqqi Partiyasının lideri olub.
Şuci Nakamura
Syuci Nakamura (yap. 中村修二) — yarımkeçiricilər sahəsində ixtisaslaşan yapon mənşəli amerikalı elektronika mühəndisi və ixtiraçısı. Santa-Barbara Kaliforniya Universiteti Mühəndislik kollecinin Materiallar fakültəsinin professoru olan Syuci Nakamura işıqlanma texnologiyasında əhəmiyyətli bir irəliləyiş olan göy işıq diodunun ixtiraçısı hesab olunur. İsamu Akasaki və Hirosi Amano ilə birlikdə o, "parlaq və enerjiyə qənaət edən ağ işıq mənbələrinin meydana çıxmasına göstərilən səmərəli göy işıq diodlarının ixtirasına görə" 2014-cü ildə Fizika üzrə Nobel Mükafatı ilə təltif olunanlardan biridir. == Karyerası == Nakamura elektronika mühəndisliyi ixtisası üzrə 1977-ci ildə bakalavr dərəcəsini alaraq Tokuşima Universitetini bitirib. İki il sonra eyni sahə üzrə magistr dərəcəsini əldə edən Nakamura Tokuşimada yerləşən Nichia Corporation şirkətinə qoşulub. Nichia şirkətində işləyərkən o ilk yüksək parlaqlığa malik qalium nitrid işıq diodunu kəşf etdi. O, 1994-cü ildə Tokuşima Universitetində doktorluq dərəcəsini aldı. 1999-cu ildə Nichia Corporation şirkətini tərk edib Santa-Barbara Kaliforniya Universitetində mühəndislik üzrə professor vəzifəsində işləməyə başladı. Nakamura həmçinin yaşıl işıq diodları üzərində işləyirdi və Blu-ray Disc və HD DVD disklərdə istifadə olunan ağ işıq diodları və göy lazer diodlarının yaradılmasına görə məsuliyyət daşıyırdı.
Şuçi dağları
Şuçi dağları - Tatarıstanın Tetyuşkom rayonunda yüksəklik cənub və şərqdən Volqa çayı ilə (Volqa çayının saı tərəfi) və şimal və qərbdən Kilna çayını hövzəsi ilə əhatələnir. Şuçi dağnın cənub-şərq kənarında Kuybişev su anbarı və Zoy mağarası yerləşir. Dolinovka - Şuçi dağının ən ucqar yarğanında yerləşir. Massivin ən dərinliyində isə eyni adlı Labay yarğanı yerləşir. Şuçi dağları tamamilə meşə ilə örtülüb və ölkənin ən keçilməz hissəsidir. Burada ağcaqayın, şam, çökə və tozağacına rast gəlinir.
Suit&Panda