Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Diorit
Diorit — bir və ya bir neçə rəngli mineraldan, adətən, horblenddən və plaqioklaznda (andezin, bəzən oliqoklaz-andezin), ibarət olan intruziv süxurdur; tərkibində, habelə biotit və ya piroksen də ola bilər. Rəngli mineralların miqdarı 40%-ə yaxındır; kvarsın miqdarı 10%-dən çox olduqda kvarslı diorit adlanır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xlorit
Xloritlər - minerallar, Mg və Fe təbəqəli quruluşlu sulu metaalümosilikatlar, (Mg,Fe2+)3[(OH)2 | AlSi3O10] {(Mg,Fe3)3(OH)6}. Dioktaedrik və trioktaedrik xloritlər məlumdur; çoxunun quruluşu qismən, yaxud tamamilə nizamlanmamış olur. Geniş izomorf əvəzlənmələri məlumdur. Bütün xloritlər aşağıdakı ümümi xassələrə malikdir: monoklinik, ya da triklinik; habitus lövhəvari, lövhəciklər. İkiləşmə mika qanunu üzrə. İkiləşmə tikişi (001) və ikiləşmə oxu [001]; ayrılması {001} üzrə mükəmməl. Aqreqat: pulcuqvari, sferolit, oolit, gizlikristallik; əsasən yaşıl, lakin çəhrayı-qırmızı (Cr), qonuru-qara da (Fe-xlorit) olur. Sərtliyi 2-3. Xüsusi çəki 2,6-3,3; Xloritlər şüasındırma qabiliyyəti Fe, Mg, Cr miqdarının artması ilə yüksəlir və SiO2 miqdarının azalması ilə azalır; ayrılma pulcuqları əyilgəndir, lakin qeyri-elastikdir. Xloritlər əsas etibarilə püskürmə süxurlarının Mg-Fe mineralları hesabına hidrotermal dəyişmə nəticəsində əmələ gəlir; yaşıl şistlərin metamorfizminin aşağı pilləsində.
Norit
Norit — süxur, tərkibində monoklin piroksen əvəzinə çox vaxt rombik piroksen (bronzit, yaxud hipersten) olan qabbro. Tərkibində iki başlıca minerallardan (labrador və rombik piroksen) başqa üçüncü mineral iştirak edirsə, onun adına görə ilmenitli (35–40%), kvarslı, olivinli və başqa növlərə ayrılır. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Sorit
Sorit (yun. σωρός) — əvvəlki sillogizmin nəticəsinin ondan sonra gələn sillogizmin müqəddimələrindən biri kimi çıxış etdiyi və bu halda müqəddimələrdən birinin aydın formada ifadə olunmadığı sillogizmlər zənciridir.
Torii
Torii (yap. 鳥居 — "quşlar oturan yer") — yapon dini olan sintonun məbədləri – dzindyanın qarşısında qurulan ritual qapılar. Onlar qapısı olmayan, qırmızı rəngə boyanmış iki dirəkdir. Yuxarıdan iki dirəklə də birləşirlər. Yuxarı dirək "kasaqi" (笠木), aşağı dirək "nuki" (貫) adlanır. == Ritual mənası == Hesab edilir ki, toriilər "digər, o dünya" olan kamiyə girişdir. Orada isə hər bir kəs ruhlarla görüşə bilər. Keçmişdə yaponlar inanırdılar ki, ölənlərin ruhunu quşlar aparırlar və tez-tez belə qapılarda dincəlirlər.
Tort
Tort (it. torta, isp. tortilla) — dünya xalqlarının mətbəxində geniş yayılmış un məmulatı və şirniyyat növüdü == Tort müxtəlif ölkələrdə == Hər bir ölkənin mədəniyyətinə uyğun reseptlərdən yararlanaraq tortlar bişirilir. Tortları müxtəlif mərasimlərlə əlaqədar hazırladıqlarına görə onların forma və ölçüləri də kəskin surətdə fərqlənir. Tortla əlaqədar çoxsaylı faktlar və maraqlı məlumatlar verilmişdir. Bunların çox hissəsi hətta Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bunlara misal olaraq ABŞ–ın Miçiqan ştatında hazırlanmış tortu göstərmək olar. Bu tort stoldan 13 metr hündür idi və 100 pillədən təşkil edilmişdi. Həmçinin ən ağır tort da ABŞ–da yaradılıb, lakin bu tort Alabama ştatına aid edilir. 50 tondan ibarət olan tort ağırlığına görə seçilir.
Beyker-strit
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq-strit
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Keylum Vörti
Keylum Vörti — Kanadalı aktyor və müğənnidir. == Həyatı == Vörti Viktoriyada, Britaniya Kolumbiyasında doğuldu. O Lochside Elementar Palıd Ortasında və Claremont TƏRƏFLƏR Orta məktəblərində iştirak etdi. 9 yaşında o Tarlington Training Professional Uşaq sinfinə qəbul edildi və həftəsonu proqramında iştirak etmək üçün Vankuverə səyahət etdi. O dörd yaşında ikən Makaley Kalkini Evdə Tək filmində görəndən sonra o, aktyor olmağı istədi. O musiqini, notları, fortepianonu öyrəndi. O, 11 yaşında olanda Kanada Milli Gənc Bəstəkarının Mükafatını qazandı.
Oksford-strit
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Ryuzo Torii
Ryuzo Torii (鳥居 龍藏, Torii Ryuzo, 4 may 1870, Şikoku – 14 yanvar 1953, Tokio[d]) – Yaponiya arxeoloqu, antropoloqu, etnoloqu və folklorşünası. Çin, Koreya, Tayvan, Rusiya və digər ölkələrdə apardığı tədqiqatlara görə tanınır. == Həyatı == Ryuzo Torii 1870-ci ildə Yaponiyanın Tokuşima şəhərində doğulmuşdur. O, gənc yaşlarından etibarən antropologiya, arxeologiya və tarixə maraq göstərmişdir. 1892-ci ildə antropoloq Şoqoro Tsuboyun tələbəsi olmuş, daha sonra Tokio Universitetinin Elm kollecində nümunə təsnifçisi kimi işləməyə başlamışdır. Torii antropologiya üzrə formal təhsil almasa da, Tokio Universitetinin antropologiya fakültəsinin başçısı təyin olunmuşdur.Torii 1921-ci ildə Tokio Universitetinin köməkçi professoru, daha sonra isə Kokuqakuin və Sofiya universitetlərinin professoru olmuşdur. 1929-cu ildə Pekinin Yantszin Universitetinə professor kimi dəvət olunmuşdur. 1951-ci ildə Yaponiyaya qayıtmış və 1953-cü ildə Tokioda ölmüşdür. == Elmi töhfələri == Toriinin tədqiqat sahələri antropologiya, folklor, dilçilik və arxeologiya olmuşdur. O, 1895–1910-cu illərdə Lyaodun yarımadası, Yalu hövzəsi, Tayvan, Kuril adaları, Mancuriya, Okinava, Monqolustan, Koreya və Saxalində tədqiqat ekspedisiyalarına başçılıq etmişdir.
Uoll-Strit
Wall Street — ABŞ-də, Nyu-York şəhərində, Manhetten kvartalının cənubunda, ölkənin aparıcı maliyyə qurumlarının qərargahlarının yerləşdiyi küçə. Zaman keçdikcə bu söz, ABŞ maliyyə bazarının anoniminə çevrilmişdir. Buna görə Nyu-Yorku dünyanın hesab mərkəzi hesab edirlər. Nyu-Yorkda ümumi kapitalizasiyasına görə dünyada birinci yerdə olan iki fond birjası - Nyu-York Fond Birjası və NASDAQ yerləşir. Həmçinin Nyu-york Əmtəə Birjası, Nyu-York Ticarət Şurası və keçmiş Amerika Fond birjası kimi təşkilatların baş ofisi də burada yerləşir. == Tarixi == Küçənin adı, XVII əsrdə şəhərin şimal sərhəddi hesab edilən divardan götürülmüşdür.1640-cı illərdə bu divar müstəmləkə sakinlərini əhatə edirdi.
Etrit Berişa
Etrit Berişa (10 mart 1989, Priştina) — Albaniyalı peşəkar futbolçu. İtaliyanın "Torino" klubunun və Albaniya milli futbol komandasının qapıçısı. == Karyera == Berişa karyerasına Pristinanın yerli "KF 2 Korriku" klubunun gənclər komandasında başlayıb. 2008-ci ildə İsveçə köçən Etrit, burada "Kalmar" klubunun gənclər komandasına qoşulur. O, 2010-cu ildə "Kalmar"ın əsas komandsına dəvət edilir və tezliklə klubda debüt edir. Etrit Berişa debüt mövsümündə 14 liqada oyununda çıxış edərək özünü əsas komanda oyunçusu kimi göstərir. O, İsveç mepionatının 2011-ci il mövsümundə, klubun əsas qapıçısı kimi mövqeyini möhkəmləndirir. Növbətii mövsüm o, qapıçı olmasına baxmayaraq, meydanda qollarda vurur. O, ilk peşəkar qolunu 12 iyul 2012-ci ildə Şimali İrlandiyanın "Cliftonville" komandasına qarşı Avropa Liqasının seçmə oyununda penaltidən vurur və cəmi bir neçə ay sonra İsveç çempionatında "Helsinqborq" klubuyla görüşdə daha bir dəfə penaltidən fərqlənir. Mövsümdə o penaltidən iki dəfə qol vuran və komandasının liqada dördüncü yeri tutmasına kömək edən qapıçı olaraq, 2013-cü il mövsümundə, İsveç çempionatında ilin qapıçısı mükafatını qazanır.
Trednidl-strit
Threadneedle Küçəsi (ing. Threadneedle Street) İngiltərə'nin paytaxtı London'da, adı İngilis dilində thread (iplik) və needle (iynə) sözlərinin birləşməsiylə yaranmış bir yoldur. 1734 ilindən bəri eyni yerində xidmət verən İngiltərə Bankası'nın mərkəzi binasının bu küçə üzərində olmasıyla tanınır. Bank burada Threadneedle'ın yaşlı qadını kimidə tanınır. 2004 ilinə qədər Londonda Menkul Qiymətlər Borsası binası da bu küçədə yerləşmişdir.
Beyker Strit (London)
Beyker-strit (ing. Baker Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Merilebon məhələsinə aid Londonun ən məşhur küçələrindən biri. Küçə XVIII əsrdə onu salan inşaatçı Vilyam Beykerin şərəfinə adlandırılmışdır. Şotland yazıçısı Artur Konan Doylun yaratdığı xəfiyyə obrazı — Şerlok Holms Londonda Beyker-strit, 221B ünvanında yaşamışdır.
Dauninq Strit (London)
Dauninq-strit (ing. Downing Street) — inzibati dairə, Vestminster borosunda yerləşən, Londonun kiçik, lakin mühüm əhəmiyyətə malik küçələrindən biri. Burada 200 ildən artıqdır ki, Britaniya baş nazirinin iqamətgahı yerləşir. Küçə 1680-ci ildə onu salmış ingilis siyasi xadimi, diplomat baronet Corc Dauninqin şərəfinə adlandırılmışdır. Hökumət üzvlərinin bütün iqamətgahları küçənin bir tərəfində yerləşir. Yalnız xarici işlər nazirliyi qarşı binada yerləşir. Ev 10-da ənənəyə əsasən xəzinədar birinci lord, indi isə onun əvəzedicisi, baş nazir, ev 11-də isə xəzinədar ikinci lord, hazırda onun əvəzedicisi, maliyyə naziri yaşayır.
Oksford Strit (London)
Oksford-strit (ing. Oxford Street) — inzibati dairə, Vestminster borosunda yerləşən Londonun ən qədim küçələrindən biri. Oksford-strit Avropanın "Roma yolu" küçələrindən olub, XII əsrdə salınmışdır. 1196–1782-ci illərdə küçə Tyburn Street adlanmış, XVII əsrdən etibarən zadəgan Oksfordun şərəfinə adlandırılmışdır.
Uol Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll Strit 40
40 Wall Street, Nyu-Yorkda yerləşən 70 mərtəbəli bir göydələndir. Bank of Manhattan Trust Building və ya Manhattan Company Building olaraq da bilinir. Daha sonra Chase Manhattan Bank adlandırılmış və hal-hazırda Trump Building adlandırılır. 40 Wall Street, New York şəhərinin Manhetten hissəsində, Nassau Street və William Streetin kəsişməsində yerləşir. Binanın tikintisinə 1929-cu ildə başlanılmış və 11 ay çəkən tikinti işləri 1930-cu ildə tamamlanmışdır. Binanın üstündə olan antena ilə birlikdə hündürlüyü 283 m təşkil edir. Binah hal-hazırda ofis binası kimi istifadə olunur.
Uoll-strit canavarı
Uoll-strit canavarı — Terens Vinterin eyni adlı kitabı əsasında çəkilmiş film. Filmin premyerası 2013-cü il dekabrın 17-də Nyu-Yorkda baş tutdu və Paramount Pictures tərəfindən 25 dekabr 2013-cü ildə ABŞ-da nümayiş olundu . Bu, sırf rəqəmsal distribusiya vasitəsilə buraxılan ilk böyük Amerika filmi idi . Teatr nümayişi zamanı dünya üzrə 406,9 milyon dollar qazanaraq Scorsese-nin ən çox gəlir gətirən filminə çevrilərək böyük bir kommersiya uğuru idi. Film əxlaqi qeyri-müəyyənliyi və qurbanlara rəğbət bəsləməməsi, həmçinin açıq-aydın cinsi məzmun, ifrat söyüş , ağır narkotik istifadəsi və istehsal zamanı heyvanların istifadəsinin təsviri ilə mübahisə doğururdu. O , Ginnesin Rekordlar Kitabına ən çox söyüş halları olan film kimi düşüb. Filmin maliyyələşdirilməsi 1Malaysia Development Berhad korrupsiya qalmaqalına qarışdı ; ABŞ Ədliyyə Nazirliyi və Malayziya Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Red Granite Pictures-i araşdırdı və prodüser Rza Əziz 2019-cu ildə həbs olundu. Film tənqidçilərdən müsbət rəylər (və bəzi mənəvi qınaq) aldı və "ilin ən yaxşıları" siyahısında yer aldı. O, 86-cı Akademiya Mükafatları mərasimində beş mükafat da daxil olmaqla bir neçə mükafata namizəd olub : Ən yaxşı filmə görə Oskar mükafatı, Ən Yaxşı Rejissor , Ən Yaxşı Uyğunlaşdırılmış Ssenari , Ən yaxşı kişi roluna görə Oskar mükafatı (Di Kaprio üçün) və Ən Yaxşı Köməkçi Aktyor (Hil üçün). Di Kaprio 71-ci Qızıl Qlobus Mükafatlarında Ən Yaxşı Aktyor — Musiqili və ya Komediya filminin qalibi oldu və film də ən yaxşı film — musiqili və ya komediya nominasiyasında namizəd oldu .
Praqa (tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Praqa tort)
Praqa — xüsusilə də, SSRİ dövründə Rusiya və digər postsovet ölkələrində məşhur olan şokoladlı tort. == Tarixi == Bu tortun adı Praqa olduğundan çoxumuz elə bilirik ki, Çexiya mətbəxinə aiddir. Lakin, "Praqa" tortunun Praqaya heç aidiyyatı yox imiş. Tortun müəllifi “Quş südü” kimi onlarla məşhur sovet reseptlərinin yaradıcısı olan rus kulinarı Vladimir Quralnikdir. == Hazırlanması == === Ərzaqlar === ==== Krem üçün: ==== Kərə yağı – 200 qr. Qatılaşdırılmış süd – 0,5 banka Kakao – 1 x.q. ==== Qlazur üçün ərzaqlar: ==== Kərə yağı – 50 qr. Şəkər tozu – 4 x.q. Süd – 3 x.q. Kakao – 1 x.q.
Raqnhild Tori
Raqnhild Tori — Norveçli tərcüməçi. Raqnhild Tori dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasını ingilis dilinə uyğunlaşdırmışdır. Kitab qədim miniatürlərlə işlənərək, üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunmuşdur.
Tori Eymos
Tori Eymos (ing. Myra Ellen Amos; 22 avqust 1963[…]) — Amerikalı müğənni, mahnı müəllifi və pianoçu. Eymos mezzo-soprano vokal diapazonuna sahib olan klassik bir musiqiçidir. 5 yaşında artıq fortepianoda instrumental əsərlər bəstələməyə başlayan Eymos, bu günə qədər Johns Hopkins Universitetindəki Peabody İnstitutuna tam təqaüd qazanaraq qəbul edilən ən gənc şəxsdir. 11 yaşında oranı tərk edir. Eymos, 1990-cı illərin əvvəllərində solo sənətçi kimi irəliləyiş əldə etməzdən əvvəl, 1980-ci illərin populyar qrupu Y Kant Tori Read -in aparıcı müğənnisi idi. Onun mahnıları gender, feminizm, siyasət və din də daxil olmaqla geniş mövzulara yönəlmişdir. == Diskoqrafiya == Little Earthquakes (1992) Under the Pink (1994) Boys for Pele (1996) From the Choirgirl Hotel (1998) To Venus and Back (1999) Strange Little Girls (2001) Scarlet's Walk (2002) The Beekeeper (2005) American Doll Posse (2007) Abnormally Attracted to Sin (2009) Midwinter Graces (2009) Night of Hunters (2011) Gold Dust (2012) Unrepentant Geraldines (2014) Native Invader (2017) Ocean to Ocean (2021) == İstinadlar == == Xarici keçidlər == toriamos.com — Tori Eymos rəsmi saytı "Tori Amos". AllMusic.
Şokoladlı tort
Şokoladlı tort — şirniyyat növü. == Tərkibi == 400 qr tünd şokolad 3 xörək qaşığı su (lazım gələrsə çox da götürmək olar) 12 yumurta (sarısı ağından ayrılmalıdır) 2 stəkan (1 stəkan = 237 qr) xırdalanmış şəkər tozu 2 çay qaşığı qurudulmuş apelsin qabığı 340 qr + 4 xörək qaşığı yumşaldılmış kərə yağı 1 stəkan (237 qr) ələnmiş un şəkər pudrası == Hazırlanması == Sobanı 160˚С – yə qədər qızdırın. Diametri 25 sm olan qabın içərisini və divarlarını yağlayın. Tavaya şəkər tozu tökün. Yumurtaların sarısını içərisinə vurub, durmadan çalın. Ağ rəng alınana qədər bu prosesi davam etdirin. Daha sonra ayrıca bir qabda şokoladı yaxşıca əzin və 3 xörək qaşığı su əlavə edin. Əgər şokolad çox qurudursa bir az da su əlavə edə bilərsiniz. Müəyyən qədər yumşalmasına şərait yaradın. Bütün bunlardan sonra əldə olunmuş isti şokoladı əvvəlcədən qarışdırdığınız yumurtanın sarısı ilə şəkər tozunun üzərinə əlavə edin.