Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Meroe
Meroe (meroitcə Medewi və ya Bedewi, ərəb. مرواه‎ Meruvah və مروى‎ Meruvi, q.yun. Μερόη) — Nilin şərq sahilində, Sudanın Şendi şəhəri yaxınlığındakı Kabuşiya stansiyasından təxminən 6 km şimal-şərqdə, paytaxt Xartumdan təxminən 200 km şimal-şərqdə yerləşən qədim şəhər idi. Saytın yaxınlığında Baqraviya adlı bir qrup kənd var. Bu şəhər eramızın dördüncü əsrində dağılana qədər bir neçə əsr boyu Kuş krallığının paytaxtı olmuşdur. Paytaxt Meroe olduğu dövrdə krallığa daxil olan müasir Butana bölgəsinə "Meoe adası" adı verilmişdi. Meroe şəhəri Butananın yaxınlığında idi. Butanada başqa iki Meroit şəhəri daha var idi: Musavvarat əs-Sufra və Naqa. Bu ərazilərdən birincisinə, Fars şahzadəsi Kambiz tərəfindən bacısının şərəfinə Meroe adı verilmişdi. Şəhər əvvəlcə ölkənin əsl qurucusunun şərəfinə Saba adını daşıyırdı.
Vitre
Vitre (Alye) — Fransada kommuna, Overn regionunda yerləşir. Vitre-le-Fransua (rayon) — Fransanın Şampan-Arden rayonlarından biri. Fujer-Vitre (rayon) — Fransanın Bretan regionun rayonlarından biri.
Voore
Voore - Estoniyada kənd. Əhalisinin sayına görə (320 nəfər) Yıgıva rayonunda ən böyük kənddir. Vooreda məktəb, qonaq evi və kitabxana var. 4-cü Vikmediya CEE görüşü Vooreda qonaq evində keçirilmişdir.
Vərov
Vərov — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 2001-ci il tarixli, 191-IIQ saylı Qərarı ilə Yardımlı rayonunun Vərov kəndi Horavar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kəndi mərkəz olmaqla Vərov kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Tron
Taxt ya Tron(yun. θρόνος) — bərli-bəzəkli hökmdar oturacağı. Monarxiya, hökmdar və onun hakimiyyətinin rəmzi.
Troq
Troq — çayların əmələ gətirdiyi xüsusi dərələr. Relyef formalarının yaranmasında buzlaqların rolu böyükdür. Uca dağlardakı buzlaqlar dərələrlə aşağı hərəkət edərkən çay dərələrindən fərqlənən təknəvari dərələr əmələ gətirir. Troq adlanan bu dərələrin yamacları dik, dibi hamar olur. Troq dərələrinin dibində, buzlaq dilinin qurtardığı yerdə toplanan qırıntı materiallarından ibarət təpə və tirələr (moren tirələri, təpələri) əmələ gəlir.
True
True — L'Arc~en~Ciel qrupunun albomu. Bu qrupun barabançı sakura ilə yazdığı son albomu olub. Albom Oricon çartının birinci yerinə çatıb və satılan nüsxələrin sayı bir millionu ötdüyünə görə RIAJ (Recording Industry Association of Japan) tərəfindən sertifikatlaşdırılıb.
VTOL
Şaquli enmə-qalxma (ing. Vertical Take-Off and Landing) bu cür sinifləndirmə az saylı havada hərəkət etmək üçün nəzərdə tutulmuş olan texnikanı əhatə edir: helikopterlər, avtojirlər, balonlar və hava gəmiləri (zeplinlər) əsasən VTOL olaraq sinifləndirilmirlər. Bəzi hava texnikaları VTOL moduna əlavə olaraq CTOL (Şərti enmə-qalxma/Conventional Take-off and Landing) və/və ya STOVL (Qısa enmə-qalxma/Short Take-Off and Landing) da edə bilirlər. Bəzilərinin isə eniş dəstləri üfüqi hərəkət üçün nəzərdə tutulmadığı üçün sadəcə olaraq şaquli enmə-qalxma edə bilirlər (Nümunə Convair XFY).
Viro
Katolikos Viro və ya Viroy (erm. Վիրոյ, pəhl. 𐭥𐭩𐭥𐭥𐭩, v. 630) — VII əsrdə Alban Həvari Kilsəsinə rəhbərlik etmiş katolikos. == Sasani sarayında fəaliyyəti == Həyatının ilkin dövrləri haqqında məlumat yoxdur. O, 596-cı ildə Abasdan sonra Alban Həvari Kilsəsinin başçısı olub. Stepanos Asoqikin dediyinə görə, o, II Xosrovun erkən dövründə Paytakaranda yaşayırdı. “Albaniya ölkəsinin tarixi”nə görə 603-cü ildə alban əhalisi Sasani hakimiyyətinə qarşı üsyan qaldıranda Sasani sarayına qaçmışdı. Mari Brosset bunu 602-628-ci illər Bizans-Sasani müharibəsi zamanı Xosrovun Bizans İmperiyasına hücumu ilə əlaqələndirsə də, Çarlz Dousett bunu inandırıcı hesab etmir. O, mənbələrdə pəhləvi dilini öyrənməyə müvəffəq olan və şahənşahın arvadı Şirinin himayəsindən istifadə edən alim ilahiyyatçı və bacarıqlı diplomat kimi təsvir edilmişdir.
Vure
Vure (fr. Vourey) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38566. Kommunanın 1999-cu il üçün əhalisi 1548 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 181 ilə 402 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 22 km şimal-qərbdə yerləşir.
App Store
App Store — proqramlar mağazasıdır, iTunes Store onlayn-supermarketinin bölməsi, iPhone mobil telefonları, iPod Touch pleyerləri və iPad planşetləri üçün müxtəlif əlavələri özündə saxlayan mağazadır. Proqramların bir hissəsi ödənişli, bir hissəsi də pulsuzdur. == Mağaza haqqında == App Store - iPhone və iPod Touch üçün 900 mindən çox proqram təklif edir, iPad üçün təxminən 375 min (12 iyun 2013), ümumi yükləmələrin sayı 50 milyardı örtmüşdür. İstifadəçi bazası 575 milyon userdən ibarətdir. Proqramlar kateqoriyalardan təşkil olunub.
Bru-Verne
Bru-Verne (fr. Broût-Vernet, oks. Brot e Vernet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Eskyurol kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03043. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 1175 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 699 nəfər (15-64 yaş arasında) arasında 510 nəfər iqtisadi fəal, 189 hərəkətsiz (fəaliyyət göstərici 73.0%, 1999-cu ildə 70.0%) olmuşdur. Fəal 510 nəfərdən 468 nəfər (256 kişi və 212 qadın) işləyir, 42 nəfər işsizdir (18 kişi və 24 qadın).
Echinops atrox
Echinops atrox (lat. Echinops atrox) — mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Evtrof bataqlıq
Evtrof göl
Evtrof su
Evtrof su — qida maddələri ilə zəngin olan su. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
In vitro
In vitro (lat. vitrum — "şüşə", azərb. şüşənin içində‎) — eksperimental biologiyada canlı orqanizmlərdən kənarda, sınaq şüşəsində təcrübələrin aparılması texnologiyası. Təcrübələrin canlı orqanizmlər, insan və ya heyvanlar üzərində aparıldığı in vivo terminin əksidir. Molekulyar biologiya, biokimya, farmakologiya, tibb, genetika və digər sahələrə aid olan bir çox eksperimentlər in vitro, canlı hüceyrələrin və ya hüceyrəsiz modellərin üzərində aparılır. == Üstünlükləri == Canlı orqanizmlər həddən artıq mürəkkəb funksional sistem olub, on minlərlə gendən, zülal və RNT molekullarından, kiçik üzvi birləşmələrdən, qeyri-üzvi ionlardan, çoxhüceyrəli orqanizmlərdə isə orqanlar sistemindən ibarətdirlər. Canlı orqanizmin yaşaması üçün bu saysız-hesabsız komponentlər bir-biri ilə və ətraf mühitlə qarşılıqlı əlaqədə olmaqla qida əldə etmək, tullantıları çölə atmaq, başqa orqanizmlərə, işığa, səsə, istiyə və s. reaksiya vermək bacarığına sahib olmalıdır. Canlı orqanizmlərin belə xüsusi mürəkkəbliyə sahib olması onların müxtəlif komponentlərinin təyin edilməsi və əsas bioloji funksiyalarının öyrənilməsində çətinliklər yaradır. In vitro təcrübənin əsas üstünlüyü isə tədqiq olunan sistemin istənilən səviyyədə sadələşdirilməsinin mümkünlüyü və tədqiqatçının çox kiçik komponentlər üzərində işləməsinə şərait yaratmasındadır.
Kabo-Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kabo Verde
Kabo-Verde (port. República de Cabo Verde, kea dilində: Kabu Verdi; 1986-cı ilə qədər adı rəsmi şəkildə digər dillərə tərcümə edilirdi, azərbaycan dilində Yaşıl Burun Adaları Respublikası) — Afrikanın qərb sahillərinin 620 kilometrliyində Atlantik okeanda eyni adlı adalarda yerləşən dövlət.10 ada və 8 adacıqdan ibarət bir adalar qrupudur. Ən böyük üç adası: Santiago, Santo Antao, Boa Vista. Paytaxtı — Santiago adasındakı Praiadır. Böyük adalar 50–60 km uzunluğundadır. == Tarix == 1456-cı ildə Portuqaliyalılar adalara gəldikdə hələ məskunlaşma yox idi. Afrika ya yaxın olması səbəbi ilə əhəmiyyətli bir liman və qul ticarəti mərkəzi halına gəldi. Bugünkü xalqının kökləri bu Portuqaliyalı gəlmələrə və qulara əsaslanır. Ölkə 1975-ci ildə Portuqaliyadan müstəqillik qazanmışdır. Təbii resurs və yağış azdır.
Kaldu Verde
Caldo Verde (portuqalca kaɫduˈverd(ə) — yaşıl su)- portuqaliya mətbəxinin ən məşhur şorbadir. == Hazırlanma qaydası == Yeməyin əsas tərkibini kartof, zeytun yağı, duz və iyaşıl portuqal kələmi təşkil edir. Zövqə uyğun olaraq sarımsaq və soğanda əlavə etmək olar. Bəzi reseptlərində isə ona ət qatıllar. Xüsusilə İtaliya-Amerika mətbəxində bud əti əlavə edilir. Bu yemək Latın Amerika respublikalarında əsas toy yeməyidir. Yeməyi hazılamaq üçün əvvəlcə kartof, duz, ispanaq və zeytun yağı əlavə edilir bütün bunlar odda qaynayan zaman sosiska və ya ət tökülür. Portuqaliyada xüsusilə Braga bölgəsində toy və ziyafətlərdə xüsusilə bu yeməyi verirlər. Bu yemək xüsusilə Portuqaliyanın Minho əyalətində bişirilir. Portuqal (orijinal) versiyada həmişə chouriço var.
Le-Verne
Le-Verne (Alye)
Meroe ehramları
Meroë ehramları və ya Meroë piramidaları — Sudan ərazisində piramidalar. == Tarixi == Bu ehramların ərazi yaxınlığına və hamıya məşhur olan Misir piramidalarının fironlarına baxmayaraq, Meroë Kuş ərazisində, tamamilə başqa mədəniyyətlə yaradılmışdı. Bu ərazidə ilk yaşayış hələ bizim eradan əvvəl 8 əsrdə olub və təxminən həmin vaxt müddətinə Meroë ehramlarını yaranıb. Fironlar tərəfindən yaradılmış piramidalar kimi bu həmçinin çar məqbərələridirlər. Bu ehramların yanında kahinlər iddia etdikləri çarların tac qoyma mərasimi keçirilirdi. Sudana aid olan ərazidə, indi 50-dən çox piramida yerləşir. Bu ehramlar öz strukturasına görə fironlar tərəfindən yaradılmış ehramlardan çox fərqlənir.
Meroe piramidası
Meroë ehramları və ya Meroë piramidaları — Sudan ərazisində piramidalar. == Tarixi == Bu ehramların ərazi yaxınlığına və hamıya məşhur olan Misir piramidalarının fironlarına baxmayaraq, Meroë Kuş ərazisində, tamamilə başqa mədəniyyətlə yaradılmışdı. Bu ərazidə ilk yaşayış hələ bizim eradan əvvəl 8 əsrdə olub və təxminən həmin vaxt müddətinə Meroë ehramlarını yaranıb. Fironlar tərəfindən yaradılmış piramidalar kimi bu həmçinin çar məqbərələridirlər. Bu ehramların yanında kahinlər iddia etdikləri çarların tac qoyma mərasimi keçirilirdi. Sudana aid olan ərazidə, indi 50-dən çox piramida yerləşir. Bu ehramlar öz strukturasına görə fironlar tərəfindən yaradılmış ehramlardan çox fərqlənir.
Qabriel Veron
Gabriel Veron Fonseka de Souza (3 sentyabr 2002) – Portuqaliya Premyer Liqasında çıxış edən Portunun brazilyalı hücumçusu. == Karyerası == === Palmeiras === Palmeirasın heyətində ilk matçına 29 noyabr 2019-cu ildə keçirilən Fluminense-Palmeiras matçının 76-cı dəqiqəsində çıxıb. Matç Fluminensenin 1–0 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasda ilk qolunu isə 6 dekabr 2019-cu ildə keçirilən Palmeiras-Goias matçında vurub. Matça 58-ci dəqiqədə daxil olmasına baxmayaraq 70-ci və 90-cı dəqiqələrdə qol vurmağı bacarıb. Matç Palmeirasın 5–1 hesablı qələbəsi ilə başa çatıb. Palmeirasın heyətində 10-cu qolunu isə 24 yanvar 2021-ci ildə keçirilən Ceara-Palmeiras matçının 34-cü dəqiqəsində vurub. Matç Cearanın 2–1 hesablı qələbəsi ilə başa çatıb. == İstinadlar == 1. Qabriel Veron Soccerway 2.
Staroe Çaplino
Staroe Çaplino — Çukot Muxtar Dairəsində vaxtı ilə mövcud olan yaşayış məntəqəsi. Burada Rusiya Federasiyasının sərhəd xidməti fəaliyyət göstərir. Çaplino burnunda yerləşir. == Tarixi == Yaşayış məntəqəsi Un’аzik’ olaraq adlanırdı və 19-cu əsrdə özünün ən pik dövrünü yaşayırdı.. Kənd əhalisinin əsas məşğuliyyəti balina və morj ovlanması olmuşdur. 1958-59-cu ildə Staroe Çaplino və bir sıra şayayış məntəqəsi fəaliyyət göstərir.