Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Mineralnıye Vodı
Mineralnıye Vodı — Rusiyanın cənubunda, Stavropol diyarında şəhər. Mineralovodski rayonunun (şəhər rayonu) inzibati mərkəzi. Rayon əhəmiyyətli şəhərdir. Qafqaz Mineralnıye Vodı ekoloji kurort bölgəsinin bir hissəsidir. Qısa olaraq Minvodı da adlanır. == Coğrafiyası == Şəhər Kuma çayının vadisində, Stavropoldan 172 km cənub-şərqdə yerləşir. Şəhərdə Qafqaz Mineralnıye Vodı bölgəsini Rusiyanın digər regionları ilə birləşdirən hava limanı, Şimali Qafqaz dəmir yolunun Armavir-Proxladnaya xəttində Kislovodska qolu olan qovşaq stansiyası, M-29 Qafqaz federal magistralı yerləşir. Buradan Jeleznovodsk, Pyatiqorsk, Essentuki, Kislovodsk kurort şəhərlərinə, eləcə də Lermontov şəhərinə getmək olar. Şəhər əksər ərazisi Beştauqor meşəsinin ərazisi olan Zmeyka dağının ətəyində yerləşir və şəhərin bir hissəsindən köhnə yolların cığırları ilə bağlanan qayaların və karyerlərin möhtəşəm mənzərəsi var. Keçən əsrin ortalarında burada daş karxanaları fəal şəkildə inkişaf etdirilirdi, həmçinin daş emalı zavodu fəaliyyət göstərirdi.
Mineralnıye-Vodı