Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Biqorno
Biqorno (fr. Bigorno, kors. Bigornu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Qolo-Morozalya kantonuna daxildir. Kommunanın dairəsi — Bastiya. Kommunanın INSEE kodu — 2B036. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 79 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 34 nəfər (15-64 yaş) arasında 16 nəfər iqtisadi fəal, 18 nəfər qeyri-fəal (fəaliyyət göstəricisi 47,1%, 1999-cu ildə 41,2%) olmuşdur. Fəaliyyətdə olan 16 nəfərdən 14-ü işləyir (9-u kişi və 5-i qadın), 2-si işsiz (1-i kişi və 1-i qadın) olub.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Antuan Riqodo
Antuan Pocer Riqodo (fransiz dilində: Antoine Roger Rigaudeau; 17 dekabr 1971-ci ildə anadan olmuşdur) ― peşəkar fransız basketbol oyunçusu. 2015-ci ildə FİBA şərəf zalı siyahısına daxil edilmişdir.. == Peşəkarlıq karyerası == Antuan Riqodo Fransanın Şole (basketbol klubu) (1987—1995), PO-Ortez (basketbol klubu) (1995—1997), Virtus (basketbol klubu, Bolonya) (1997—2003), Dallas Maveriks (basketbol klubu, ABŞ) (2003), Valensiya (basketbol klubu, İspaniya) (2003—2005) komandalarında çıxış etmişdir. O, 1997-1998-ci il və 2000-2001-ci il mövsümlərində Virtus (basketbol klubu, Bolonya) komandasının tərkibində Avroliqa çempionu olmuşdur. Antuan Riqodo, həmçinin 2002-2003-cü il mövsümündə Dallas Maveriks komandasının tərkibində Milli Basketbol Assosiasiyasında NBA-da çıxış etmişdir. == Fransa yığması == 2001-ci ildə hələ basketbol üzrə Avropa çempionatına qədər Antuan Riqodo Basketbol üzrə kişilərdən ibarət Fransa yığma komandasının tərkibində 127 oyun keçirdikdən sonra beynəlxalq basketbol oyunlarından uzaqlaşmışdır, lakin 2005-ci ildə o, basketbol üzrə Avropa çempionatına qayıtmağı qərara almış, bürüc medal qazanmış, turnir qurtardıqdan sonra yenidən idmandan getmişdir. == Məşqçilik fəaliyyəti == Antuan Riqodo 2015-ci ildən Paris-Levallua basketbol komandasının məşqçisidir.
Coko Vidodo
Coko Vidodo (d. 21 iyun 1961-ci il) — İndoneziyanın 7-ci və hazırkı prezidentidir. Cokovi adı ilə də tanınır. O, bu vəzifədə xidmətinə 2014-cü ildən etibarən başlamışdır. O, bundan əvvəl 2005-ci ildən 2012-ci ilə qədər Surakarta şəhərinin meri, 2012-ci ildən 2014-cü ilə qədər isə Cakarta şəhərinin qubernatoru vəzifəsində xidmət etmişdir. Yüksək səviyyədə siyasi və ya hərbi xidmət keçmişi olmayan ilk İndoneziya prezidentidir. == Fəaliyyəti == Cokovi 2012-ci ildə Cakarta qubernator seçkilərində öz partiyası olan İndoneziya Demokratik Mübarizə Partiyası tərəfindən namizəd olaraq təqdim olunmuşdur. 20 sentyabr 2012-ci il tarixində seçkilərin ikinci hissəsində əsas rəqibi olan Fauzi Bovonu məğlub edərək qubernator təyin olunmuşdur. Qubernatorluğu dövründə öz xarakteri ilə seçilmiş, yüksək səviyyəli ictimai səfərləri ilə bütün ölkədə nüfuzunu artırmışdır. 14 mart 2014-cü il tarixində prezident seçkilərində namizədliyini irəli sürdüyünü elan etmişdir.
İriana Coko Vidodo
İriana Cokovi (1 oktyabr 1963, Surakarta, Mərkəzi Yava) — 20 oktyabr 2014-cü ildən İndoneziyanın birinci xanımı və İndoneziyanın indiki prezidenti Coko Vidodonun xanımı. Həyat yoldaşı Coko Vidodo Cakartanın qubernatoru olarkən İriana İndoneziyada milli qadın hərəkatı olan Ailə Rifah Təhsil Təşkilatının (Pembinaan Kesejahteraan Keluarga və ya PKK) lideri təyin edildi. 2005-2008-ci illəri arasında Surakarta şəhərində PKK-nın lideri vəzifəsində çalışdı. İriana 24 dekabr 1986-cı ildə Solo, Mərkəz Yavada Coko Vidodoyla ailə həyatı qurdu. Qibran Rakabuminq (1 oktyabr 1987-ci il təvəllüdlü) və Kaesanq Panqarep (25 dekabr 1994-cü il təvəllüdlü) adlı iki oğlu və Kahiyanq Ayu adlı bir qızı (20 aprel 1991-ci il təvəllüdlü) var.