Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vigna
Vigna (lat. Vigna) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Əhalinin qidasının zülal balansını nizamlamaq və kənd təsərrüfatı heyvanlarının yem bazasını yaxşılaşdırmaq üçün bir çox ölkələrdə dənli paxlalı bitkilərdən biri olan viqnanın səpilib becərilməsinə son vaxtlar maraq çox artmışdı. Viqnanın quru dənində 27% zülal, 62% karbohidrat, 1,3%yağlar vardır. Viqnanın dəni yaxşı bişməsi ilə başqa paxlalılardan fərqlənir. Bir çox ölkələrdə viqna çoxlu məqsədlərlə istifadə olunan bitki kimi becərilir. Əksər ölkədə viqnanın dəni ərzaq məqsədilə, yaşıl kütləsi isə ya heyvanın yemləndirilməsində, ya da yaşıl kübrə kimi sahələrin münbitlyinin yüksəldilməsində istifadə olunur. Heyvanlar üçün də viqna əhəmiyyətli bitkidir. O, otlaq üçün çox yaralıdır. Viqna, əsasən, tropik və subtropik mənşəli bitki olduğuna görə özünün boy və inkişafı üçün çoxlu istilik tələb edir.
Viqna

Vironika Dumbrevyanu
Vironika Dumbrevyanu (rum. Viorica Dumbrăveanu 23 dekabr 1976, Kişinyov) — Moldovalı qadın siyasətçi. Hüquq magistri. 14 noyabr 2019-cu ildən etibarən İon Kikunun rəhbərlik etdiyi Kiku hökumətində Moldova Respublikasının Səhiyyə, Əmək və Sosial Müdafiə naziri. 29 iyul-14 noyabr 2019-cu il tarixlərində Moldova Respublikası Prezidentinin sosial məsələlər üzrə müşaviri. 23 dekabr 1976-cı ildə Kişinyovda anadan olmuşdur. 1994-1997-ci illərdə Respublika İnformatika Kollecində (Colegiul Republic de Informatică, hazırda - Centrul de Excelenin Informatică Tehi Tehnologii, CEITI) Hüquq Fakültəsində ümumi hüquq üzrə təhsil alır. 1997-2001-ci illərdə Moldova Dövlət Universitetində hüquq ixtisası üzrə təhsilini davam etdirmişdir. 2003-cü ildə cinayət hüququ və kriminologiya ixtisası üzrə hüquq magistri dərəcəsi almışdır. 2002-2003-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Müdafiə İdarəsində baş məsləhətçi kimi çalışmışdır.
Vitezslav Pivonka
Vítězslav Pivoňka — Çexiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
İvonka Survilla
Survilla İvonka (belar. Івонна Уладзіміраўна Шыманец; 11 aprel 1936, Stolbtsı[d], Polşa Respublikası) — belaruslu ictimai və siyasi fəal, mühacir, dilçi, rəssam. Hazırda Kanadada yaşayır. 1997-ci ildən bəri Belarus Xalq Respublikasında (BXR) Rada sədri kimi fəaliyyət göstərir. 1936-cı ildə Polşaın Stolbtsı ərazisində anadan olmuşdur. Atası Vladimir Şimaneç, V.Zaxarkinin rəhbərliyi altında BXR hökumətində Maliyyə naziri olmuşdu. 1944-cü ildə bütün ailə Belarusdan Şərqi Prussiya, sonra Danimarka qaçqın düşərgəsində bir neçə il yaşamış, daha sonra Fransa və İspaniyaya qaçmışdır. O, Sorbonnada (filologiya) təhsil almışdı. 1969-cu ildən etibarən Kanadada məskunlaşmış, tərcüməçi vəzifəsində çalışmışdı. 1974-cü ildə Kanadada Belarus Elm və İncəsənət İnstitutunun sədri seçilib.
Vignea arenaria
Qumluq cili (lat. Carex arenaria) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin topalaqkimilər fəsiləsinin cil cinsinə aid bitki növü. Vignea arenaria (L.) Rchb. Carex arenaria var. adjuncta Merino Carex arenaria f. pallida Lackow. Carex arenaria var. prostrata De Langhe Carex arenaria var. pseudoarenaria T.Marsson Carex arenaria f. pumila Lackow.