Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Siderit
Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər. Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar. Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir.
Bulbophyllum vidalii
Bulbophyllum apodum (lat. Bulbophyllum apodum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. == Arealı == Sikkimdən Sakit okeanın cənub-qərb hissələrinə qədər yayılmışdır. == Sinonimləri == Bulbophyllum apodum var. lanceolatum Ridl. Bulbophyllum balapiuense J.J.Sm. Bulbophyllum ebulbe Schltr. Bulbophyllum ebulbum King & Pantl. Bulbophyllum humiligibbum J.J.Sm. Bulbophyllum nigroscapum Ames Bulbophyllum polypodioides Schltr.
Geum vidalii
Şəhər çınqılotu (lat. Geum urbanum) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çınqılotu cinsinə aid bitki növü. == Sinonimləri == Caryophyllata officinalis Moench Caryophyllata urbana (L.) Scop. Caryophyllata vulgaris Lam. Geum caryophyllata Gilib. Geum hederifolium C.C.Gmel. Geum hirtum Wahlb. Geum hyrcanum C.A.Mey. Geum ibericum Besser ex Boiss. Geum klettianum Peterm.
Semper fidelis
Semper fidelis (Latınca tələffüz: [ˈsɛmpɛr fɪˈdeːlɪs]) — latın dilindən tərcümədə "Həmişə sadiq " mənasını verən ifadə. Qədim Roma senatorlarının müdaxilələrinin sonunda dedikləri bir ifadədən gəldiyinə inanılır. "Semper fidelis"in ilk dəfə deviz kimi 1369-cu ildə Fransanın Abbevil şəhərində istifadə edilmişdir. Bu, digər şəhərlər tərəfindən də istifadə edilmişdir və XIII əsrdən müxtəlif Avropa zadəgan ailələrinin şüarı olmuşdur. "Semper fidelis" Birləşmiş Ştatlar Dəniz Piyadaları Korpusunun şüarıdır. Adətən "Semper Fi" kimi qısaldılır. Hardiman's history of the town of Galway Exeter City Council site giving supposed origin of Exeter's use of the motto.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.