Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vidyut Camval
Vidyut Camval (12 mart 1980 və ya 10 dekabr 1980, Kanpur, Uttar Pradeş) — hind kino aktyoru və modeli.
Bidun
Bidun (Bindu; bilinmir, Soqdiana – 670-ci illər) — Orta çağda Buxaranın hakimi, Buxaraxudat. Bəzi tarixi mənbələrdə Nidun, Sadun və yaxud Bandun kimi də göstərilir. == Həyatı == Türk əsilli xaqandır. Hakim titul olan Tidunla qarışdırılmışdır. Orta əsr tarixçisi Cəfər Narşaxi yazır ki, Çaçın tudunu Buxaraya yardıma gəlmişdi. Paykəndin də tidunu ola bilər. Ciddi tədqiqatçılara görə Qərbi Göytürk xaqanlığı çökəndən sonra Bidun Buxaraya gəlib, burda hakimiyyətə nail olur. Bidun Ramitən, Candar, Xaqan, Babkənd və Qaragöl şəhərlərini ələ keçirir. O, Buxara Ərkini təmir etdirir. Bəzi tarixçilərə görə, Buxara şəhəri ilk dəfə 674-cü ildə Əməvilər dövləti tərəfindən hakimiyət altına alınmağa çalışılmışdır.
Bidət
Bidət — müəyyən edilmiş inanclar və ya adətlər, xüsusən də dini təşkilatın qəbul edilmiş inancları və ya dini qanunları ilə kəskin şəkildə ziddiyyət təşkil edən hər hansı inanc və ya nəzəriyyə. Bidətçi bidət tərəfdarıdır. Xristianlıqda, iudaizmdə və islamda bidət bəzən aforozdan tutmuş ölüm cəzasına qədər qınaqla qarşılanmışdır. Bidət dindən, prinsiplərdən və ya səbəblərdən açıq-aşkar imtina etmək olan mürtədlikdən fərqlidir. Bidətşünaslıq bidəti öyrənən elmidir. == İstinadlar == == Əlavə ədəbiyyat == Walter Bauer (1971), Orthodoxy and Heresy in Earliest Christianity, (Philadelphia, Fortress Press (original edition 1934) ISBN 0-8006-1363-5 (on-line: Updated Electronic English Edition by Robert A. Kraft, 1993). Henderson, John B. The Construction of Orthodoxy and Heresy: Neo-Confucian, Islamic, Jewish, and Early Christian Patterns. Albany, NY: State University of New York Press. 1998. ISBN 9780791437599.
Hiduc
Hiduc,Hiduç və ya Hindugəh-İranın Sistan və Bəlucistan ostanının Sib və Suran şəhristanının Hiduc bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,065 nəfər və 217 ailədən ibarət idi.
Redut
Redut bir regionu, məntəqəni və ya ərazini müdafiə etmək üçün inşa edilmiş və silahlarla gücləndirilmiş hərbi istehkamdır. İlk dəfə XI əsrdən sonra istifadə edilmiş redutlar Birinci dünya müharibəsindən sonra əhəmiyyətini itirmişdir. Redut (fr: redoute, latınca reductus - uzaq, sığınacaq), çoxməqsədli müdafiə məqsədi ilə hazırlanmış, qala divarları və xəndəklərlə əhatə edilmiş, əsasən (lakin mütləq deyil) torpaqdan olan qapalı tipli müstəqil bir istehkamdır. == Məqsədi == Redutlar, strateji baxımdan əhəmiyyətli bir regionun, məntəqənin, yolun və ya şəhərin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün ərazini hər tərəfdən nəzarət altında saxlamağa imkan yaradan dominant bir təpəsində və ya dağ yamacında inşa edilmiş hərbi obyektlərdir. Tikilməsinin əsas məqsədi şəhərin müdafiəsinin ön tərəfində bir müdafiə xətti yaradaraq düşmənin hücumlarının qarşısını almaqdır. Bir növ şəhərlərin müdafiəsinin forpostudur. Redutlar memarlıq məsələləri nəzərə alınmadan, əsasən möhkəmlik və təhlükəsizlik əsasında inşa edilmişdirlər. Əsas binası və giriş yolları ümumiyyətlə torpaqdan hazırlanmış bəndlərlə müdafiə edilirdi. Tikildikləri yerin vəziyyətinə görə planlaşdırıldıqları üçün bir-birlərinə bənzəməmələrinə baxmayaraq, ümumiyyətlə şəkillərinə görə ulduzvari redutlar, torpaq redutlar, hilalvari redutlar, yay formalı redutlar kimi təsnif edilmişdirlər.
Sidur
Sidur (sidur, ivr. ‏סידור‏‎ ‎- İudaizmdə dua kitabı. "Sidur" sözünün mənşəyi ( ivr. ‏סדור‏‎ ‎ "Seder" ( ivr. ‏סדר‏‎ ivr. ‏סדר‏‎ ‎ (bax. Pasxa ) - "qayda" (qayda; dua ardıcıllığı - gündəlik və müxtəlif hallarda) sözü ilə əlaqələndirilir Sidurlar ənənələrə görə fərqlənir: Sefarad, Aşkenazi yəhudiləri, Dağ yəhudiləri, Hasidic və s, eləcə də təyinata görə hər gün üçün (xüsusi günlərdə, bayramlarda), böyük bayram dövr üçünxüsusi sidurlar ( mahzor) ) Roş-Ha-Şananın birinci günündən Yom Küpürün sonuna qədər). Diasporda və ya diaspor üçün yayımlanan müasir sidurlarda iki və ya üç paralel mətn daha çox çap olunur - İbrani və ya Arami dillərində dua, bölgədə yayılmış Yəhudilərin dilinə tərcümə ( İngilis, Rus və s.) . ), bəzən isə duaların mətnlərinin həmin dilin yazı şəklində transkripsiyası. Həm tərcüməni, həm transkripsiyanı, həm də səsliliyi özündə cəmləşdirən bəzi sidur növləri üçün hecaların tələffüzünü və İbrani dilində oxumağı öyrənməyə başlaya bilərsiniz.
Vaduts
Vaduts (alm. Vaduz‎) — Lixtenşteynin paytaxtı.
Veduta
Veduta (it. veduta, "görüntü") — XVIII əsr Venesiyasında xüsusilə məşhur olan Avropa rəssamlıq janrı. Gündəlik şəhər peyzajını detallı təsvir edən şəkil, rəsm və ya qravürdür.
Viaduk
Viadúk (fr. viaduc; lat. via — yol, və duco — aparıram, sözlərindən əmələ gəlib) — yolun çuxur, dağ dərəsi ilə kəsişməsində daş, dəmir-beton və ya metaldan tikilmiş körpü tipli nəqliyyat qurğusudu. Viaduklar, bir qayda olaraq, əhəmiyyətli uzunluğa və yüksək dirək elementlərinə malik olurlar; onlar torpaq tökümünün iqtisadi və ya texniki cəhətdən məqsədəuyğunlu olmadığı yerlərdə tikilir. Estakadadan fərqli olaraq, viaduka müxtəlif hündürlü dayaqlar və müxtəlif uzunluqlu gözlər xasdı. Vacib nəqliyyat kommunikasiyaları üzərində viadukların tikintisi Qədim Roma dövründən tətbiq edilir.
Video
Video (lat. video dan — baxıram, görürəm) — prinsiplər əsasında hərəkət edən təsvirin formalaşdırılması, qeydə alınması, emalı, ötürülməsi, saxlanması və çoxaldılması üçün elektron texnologiya televiziya, eləcə də audiovizual əsər, fiziki mediada qeydə alınıb (video kaset, video diskdə və s.).
Virus
Virus (lat. virus — "zəhər") — ən bəsit canlı orqanizmdir. Çox vaxt canlı yox, yarı-canlı orqanizm olaraq qəbul edilir. 1892-ci ildə D. İ. İvanovski sübut edib ki, bu kiçik hissəciklər asanlıqla kiçik məsamələrdən keçə bilirlər. Ona görə bunlara viruslar və ya süzülən viruslar adı verildi. Əksər viruslar irsi materialdan və qoruyucu örtük olan kapsiddən təşkil olunmuşdur. Ensefalit, qızılca, quduzluq, tütün mozaikası və s. RNT tərkibli viruslardır. Virusların xaricdən örtən zülal örtüyü kapsid adlanır. Virusun RNT-si zülal örtüyünün (yəni kapsidin) içərisində yerləşir.
Vint
Vint - maşınqayırmada ən geniş yayılmış bərkidici element sayılır. Vint bir tərəfdən başlığa, digər tərəfdən yivə malik gövdədən ibarətdir. Başlıqlar birləşdirilən hissələrin bir-birinə sıxılmasına və həmçinin onların açarla və ya burucu ilə bağlanmasına imkan yaradırlar. Çox istifadə olunan altı tilli, kvadrat, sferik formalı və burucu üçün yarığa malik olan başlıqlardır. Vintlər onların malik olduqları yivin profillərinə görə də təsnifatlaşdırılırlar. Xarici yivlərə malik vintlərin həndəsi parametrləri ISO 4753:1999-də verilir.
Vudu
Vudu (Benində: Vodun; Haitidə: Vodou; Dominikan Respublikasında: Vudu) — Qərbi Afrika mənsəli animist bir dinidir. Bu dinə Qərbi Afrika və Mərkəzi Amerikada otuz milyondan çox insanın sitayiş edir. O, 1750–1785-ci illərdə Haitidə meydana gəlsə də ideyasını katoliklikdən və Afrikada yayılmış qədim dini inanclardan götürmüşdür. Bu din özündə müxtəlif tanrılara itaət, onlar üçün heyvanlar qurban vermək və insan ruhunu tamamilə ələ keçirmək mənasını ifadə edir. Fon dilindən vudu, "hər an insan həyatının bütün sahələrinə müdaxilə etmək qüdrətinə malik qorxulu, sirli, gözə-görünməz güc" kimi tərcümə olunur. Bu dinin əsasında şamanizm elementləri ilə yanaşı, möhkəm bünövrəyə malik xüsusi struktur durur. Vudu dinində tək tanrıya, Bondyeyə sitayiş olunur. O, bəşəriyyətdən uzaq, məlum olmayan məkanda təsəvvür edilir. İnanca görə, ondan aşağıda üç ruhi varlıq mövcuddur: 1) Loa. İnsan həyatını tənzimləyən ruhlar birliyi, bu dünyada təcəssümünü tapan enerjidir.
Vıru
Vıru (est. Võru) — Estoniyanın cənub-şərqində yerləşən şəhər, Vırumaa qəzasının inzibati mərkəzidir. Hal-hazırda(2012), burada 12,9 min sakin yaşayır.Əsasını Verro adı ilə 1784 ildə qoyuldu. Şəhərdə yağ-pendir və mebel müəssisələr fəaliyyət göstərir.
Acid (virus)
Acid və ya Acid674 — command.com daxil olmaqla . COM və . EXE sənədlərinə yoluxan bir kompüter virusudur. Yoluxmuş bir fayl hər dəfə icra edildikdə, Acid cari qovluqdakı bütün . EXE sənədlərinə yoluxur. Daha sonra, yoluxmuş bir fayl icra edilərsə, mövcud qovluqdakı . COM sənədlərinə yoluxur. Acid-ə yoluxmuş proqramlar, ana proqramın ilk 792 baytını Acid-in öz kodu ilə yazmış olacaqdır. Orijinal host proqramı 792 baytdan kiçik olmadığı müddətdə heç bir fayl uzunluğu artmayacaq, bu halda uzunluğu 792 bayt olacaq. Proqramın DOS disk qovluğu siyahısında olan tarixi və saatı dəyişdirilməyəcəkdir.
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir. Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Dendrocygna viduata
Solğun fitçalan ördək (lat. Dendrocygna viduata) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ağac ördəyi cinsinə aid heyvan növü.
Didus ineptus
Dodo (lat. Raphus cucullatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin raphus cinsinə aid heyvan növü.
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. == Həyatı == 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. == Mənbə == "Uşaqlar üçün ensiklopediya.
Google Video
Google Video — Google şirkəti tərəfindən təqdim olunan, video faylların yerləşdirilməsini və onlar üzrə axtarışı təmin edən veb-xidmət. Xidmətdən istifadə edənlər video fayllara birbaşa baxa və ya .gvi formatında öz kompüterlərinə endirə bilərlər. Həmçinin video-fraqmentlər hər hansı veb-saytın HTML-koduna daxil edilə bilər. == Tarixi == Xidmətin rəqibləri — iFilm, Metacafe, Veoh, blip.tv və Outloud.tv xidmətləridir. 9 oktyabr 2006-cı ildə Google şirkəti keçmiş rəqibi olan YouTube şirkətini 1,65 milyard ABŞ dollarına satın alsa da, bu saytı Google Video xidməti ilə birləşdirməyərək, sadəcə video faylların axtarış sistemlərini bir-birinə inteqrasiya etdi. 2009-cu ildə Google Video-da yeni videoların əlavə olunması dayandırıldı, lakin əvvəl yüklənmiş videoları izləmək mümkün idi. 29 aprel 2011-ci ildə videoları izləmək funksiyasının da dayandırılması nəzərdə tutulsa da, 25 aprel 2011-ci ildə Google şirkəti bu planından əl çəkdiyini bildirdi. Həmçinin şirkət, bütün məzmunun YouTube-a keçiriləcəyini, lakin Google Video keçidlərinin aktiv qalacağını bildirdi.
Hanta Virus
Hantavirus (lat. Orthohantavirus) - Bunyavirales dəstəsinin Hantaviridae ailəsindən olan tək bir qapalı RNT virusu növüdür. Ümumiyyətlə gəmiricilərə təsir edən viruslar bu canlılarda xəstəlik yaratmır. Gəmiricilərin nəcisi demək olar ki, hantavirusun insanlara yoluxmasının səbəbidir və 2005 və 2019-cu illərdə insandan-insana hantavirusun yoluxması halı Cənubi Amerikada iki dəfə bildirilmişdir.
Korona virus
Koronavirus — məməlilərdə və quşlarda xəstəliklərə səbəb olan RNT virus qrupudur. İnsanlarda və quşlarda yüngüldən ölümcülə qədər nəticəsi ola bilən tənəffüs yolu infeksiyasına səbəb olur. İnsanlarda yüngül formasına zökəmin bəzi halları daxildir (buna digər viruslar, əsasən rhinoviruslar səbəb olur). Daha ölümcül növləri SARS, MERS və COVID-19 xəstəliyinə səbəb ola bilir. Bu virus inək və donuzlarda diareyaya, siçanlarda isə hepatit və ensefalomiyelitə səbəb olur. Hazırda insanları koronavirus infeksiyasına qarşı qoruyan və ya müalicə edən dərman və ya vaksin yoxdur. Koronavirus koronaviruslar ailəsinə aiddir. Tam olaraq orthocoronavirinae fəsiləsinin nidovirales dəstəsinin koronaviruslar sinifinə aiddirlər. Koronaviruslar superkapsid viruslardır. (+)ssRNA virus və RNT genomuyla kapsid spiral simmetriyaya malikdirlər.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.
Midun rayonu
Midun rayonu (çin. sadə. 米东区, pinyin: Mǐdōng qū, uyğ. میدونگ رايونى, uyğ. Midong Rayoni) — Çinin Sincan-Uyğur Muxtar Rayonunun Urumçi dairəsində yerləşən şəhər tabeli rayon.