Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nicat
Nicat — Azərbaycanda ad. Nicat Abasov — Nicat Qurbanov — Nicat Qocayev — Nicat Rəhimov Nicat Rəhimov (ağır atlet) Nicat Rəhimov (aktyor) Nicat Kazımov Nicat Kazımov (aktyor) — Azərbaycan aktyoru, rejissor, Azərbaycan Respublikasının Əməkdar Artisti. Nicat Kazımov (yazıçı) — Fransada yaşayan, azərbaycanlı yazıçı.
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Sirat
Əs-Sirat (ərəb. الصراط‎‎‎) ― İslam və zərdüştilik dinlərinə görə cəhənnəm üzərində qurulmuş dar körpüdür. Zərdüşt dinində bu körpünün adı "Çinvat körpüsü" olaraq səslənir. == Etimologiya == Sırat ərəb dilindən tərcümədə "doğru yol" (ərəb. الصراط المستقيم‎‎) deməkdir. Lüğət alimlərinin bir qismi (o cümlədən, Süyuti) bu kəlmənin ərəb dilinə latın dilindən keçdiyini və "strata" sözündən qaynaqlandığını bildirirlər. Qurani-kərimdə bu söz tez-tez "sıratül-müstəqim" (istiqamətlənmiş, doğru yol) ifadəsi şəklində işlədilir ki, müxtəlif təfsirlərdə bunu İslam dininə inanmaq, halal-haramlara riayət etmək və hətta İmam Əli ibn Əbu Talibin (ə) imamətini qəbul etmək kimi yozurlar. == İslamda == Sırat körpüsü tükdən nazik, qılınc tiyəsindən itidir. Alimlərin bəziləri bu cəhəti hərfi mənada deyil, məcazi mənada qəbul etməyi tövsiyə edirlər. Yəni İslam müqəddəsləri sıratın bu qədər nazik olduğunu bildirməklə, əslində onun üzərindən keçməyin nə qədər çətin və təhlükəli olduğunu göstərmək istəyiblər.
Sitat
Sitat — öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar. Sitatbaz (latınca citatum və farsca . . . baz] dedikdə, yazısında, nitqində sitat gətirməyi sevən adam, sitat həvəskarı nəzərdə tutulur.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Vikar
Vikarius (lat. vicarius, cəmdə: vicarii) — Qədim Romada zabit və məmur köməkçisi ya müavini. Roma İmperiyasında imperator Diokletian və Böyük Konstantindən sonra prefekt tabeliyində olan diosez hakimlərinin adı. Xristiyanlıqda yeparxiyası olmayan kilsə yepiskopuna vikar deyilir. O, yeparxiya yepiskopunun müavini və ya yardımçısıdır.
Viqan
Viqan və ya rəsmi olaraq Viqan şəhəri (Ciudad ti Bigan, Filipince: Lungsod ng Vigan) — Filippinin Cənubi İlokos əyalətinin bir mahalı və paytaxtıdır. Şəhər Cənubi Çin dənizinə baxan böyük Luzon adasının qərb sahilində yerləşir. 2015-ci il siyahıyaalınmasına əsasən, əhali 53879 nəfərdir. YUNESKO tərəfindən Dünya İrsi Mirası olaraq tanınan şəhər, Filippində və İspaniyada toxunulmaz qalan bir neçə İspan şəhərlərdən biridir. Şəhər döşəmə daşları ilə Filippin və Şərq memarlığını müstəmləkə İspan memarlıq dizaynları ilə birləşdirən özünəməxsus memarlığı ilə tanınır. 2015-ci ilin may ayında Viqan şəhəri Beyrut, Doha, Durban, Havana, Kuala-Lumpur və La-Pas (Boliviya) ilə birlikdə rəsmi olaraq dünyanın 7 möcüzəsindən biri olaraq tanınıb.
Vixar
Vixar (sanskr. विहार vihāra, q.türk Vixar), Sanskrit və Pali dilində Buddist rahibxanaları üçün işlənilər sözdür. Əvvəlcə "yerimək üçün tənha bir yer" anlamına gəlirdi və yağışlı mövsümlərdə dolaşarkən keşişlər tərəfindən işlənilən "sığnaq" olaraq keçirdi. == Xarici keçidlər == Lay Buddhist Practice: The Rains Residence Arxivləşdirilib 2005-04-05 at the Wayback Machine - A short article on the meaning of Vassa, and its observation by lay Buddhists. Mapping Buddhist Monasteries A project aiming to catalogue, crosscheck, verify and interrelate, tag and georeference, chronoreference and, finally, map online (using KML markup & Google Maps technology).
Fiat
Fiat S. p. A. (Fiat Qrupu olaraq da tanınır) avtomobil istehsalçısı, maliyə və sənaye qrupu. 1899-cu ildə Giovanni Agnelli Tərəfindən Torinoda qurulmuşdur. Adını "Fabbrica İtaliana Automobili Torino" sözlərinin baş hərflərindən götürmüşdür.
PIAT
Projector Infantry Anti Tank (Azərbaycanca Piyadanın Anti Tank Layihəsi) Böyük Britaniya tərəfindən istehsal edilmiş olan anti-tank silahıdır. Silah dünya müharibəsində ingilis ordusunun daha güclü bir anti-tank silahına olan ehtiyaclarına görə yaradılmışdır. Mərminin çıxış sürəti: 76 m/s Effektiv məsafə: 110 m Maksimal məsafə: 320 m Mərmi ağırlığı: 1.1 kq PIAT mərmi quyruğunda bir kartuşdan istifadə edərək 1.1 kq-lıq bomba atan havalı minaatan sisteminə əsaslanır. PIAT öz dövrünün digər anti-tank silahları ilə müqayisədə daha çox üstünlüyə malik idi və Böyük Britaniya ordusu ilə yanaşı millətlər cəmiyyətinin üzvlərinin və müttəfiq qüvvələrinin üzvlərinə də verilmişdi.
VIAF
VIAF (ing. Virtual International Authority File) beynəlxalq səlahiyyət faylıdır. Bu, bir neçə milli kitabxananın birgə layihəsidir və Onlayn Kompüter Kitabxana Mərkəzi (OCLC) tərəfindən idarə olunur. == Tarix == 1990-cı illərin sonlarında ümumi beynəlxalq səlahiyyətə malik olmaq haqqında müzakirələr başladı. Unikal ümumi səlahiyyət faylı yaratmaq üçün bir sıra uğursuz cəhdlərdən sonra yeni ideya mövcud milli orqanları əlaqələndirmək idi. Bu, prosesdə böyük vaxt və xərc tələb etmədən ümumi bir faylın bütün üstünlüklərini təqdim edəcəkdir. VIAF konsepsiyası 2003-cü ildə Beynəlxalq Kitabxana Assosiasiyaları Federasiyasının ev sahibliyi etdiyi Dünya Kitabxana və İnformasiya Konqresində təqdim edilmişdir. Layihə ABŞ Konqres Kitabxanası (LC), Almaniya Milli Kitabxanası (DNB) və OCLC tərəfindən 6 avqust 2003-cü ildə başlamışdır. Fransa Milli Kitabxanası (BnF) layihəyə 5 oktyabr 2007-ci ildə qoşulmuşdur. == VIAF klasterləri == VIAF-ın klasterləşdirmə alqoritmi hər ay işlədilir.
"Nicat" məktəbi
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
"Nicat" məktəbləri
"Nicat" məktəbləri — Azərbaycanda 1906–1917-ci illərdə "Nicat" və "Nəşri-maarif" cəmiyyətləri tərəfindən yaradılmış bir və ikisinifli ibtidai məktəblər. 1906–1917-ci illərdə Bakıda və onun ətraf kəndlərindəki 30-a yaxın "Nicat" məktəbində 1160 şagird, o cümlədən 123 qız təhsil almışdır. Fəhlələr üçün axşam "Nicat" məktəbləri fəaliyyət göstərirdi. Balaxanıdakı "Nicat" məktəbində Mirzə Ələkbər Sabir dərs demişdir. == Həmçinin bax == Nicat Cəmiyyəti Nəşri-maarif Mirzə Ələkbər Sabir == Ədəbiyyat == Azərbaycan Sovet Ensiklopediyası, VII cild. Bakı, 1983.
Aleiş Vidal
Aleiş Vidal (isp. Aleix Vidal; 21 avqust 1989) — "Espanyol" klubunda oynayan İspaniya peşəkar futbolçusu. Əsasən sağ cinah yarımmüdafiəçisi və həm də sağ cinah müdafiəçisi mövqeyilərində çıxış edir. Karyerasının ilk illərində bir sıra aşağı liqa klublarında və ehtiyat komandalarda keçirərək, o, "Almeriya" klubunun heyətində müntəzəm rol aldı və kluba La Liqaya yüksəlməsinə kömək etdi, həmçinin 2015-ci ildə "Barselona" ilə €17 milyon dəyərində müqavilə bağlamadan əvvəl "Sevilya" ilə Avropa Liqasının qalibi oldu. Üç mövsüm sonra o, "Sevilya"ya qayıtdı. İspaniya milli komandası ilə Vidal 2015-ci ildə 1 oyun keçirtmişdir.
Arturo Vidal
Arturo Erasmo Vidal Pardo (isp. Arturo Erasmo Vidal Pardo; 22 may 1987[…], Santyaqo) — İtaliyanın "İnter Milan" klubunda və Çili milli komandasında yarımmüdafiəçi mövqeyində çıxış edən Çili futbolçusu. == Karyerası == === İlk illəri === 2005-ci ildən başlayaraq "Kolo-Kolo"da peşəkar futbol oynamağa başlamışdır. 56 oyunda 5 qol vura bilmişdir. === Bayer Leverkusen === 1 iyul, 2007-ci ildə Almaniyanın "Bayer Leverkusen" klubu ilə 5.2 milyon € qarşılığında müqavilə imzalamışdır. Vidal, 2007-08 sezonunda 24 oyuna çıxmış və 1 qol vurmuşdur. Həmin qolu isə 23 sentyabr, 2007-ci ildə "Hannover 96" ilə oyunda vurmuşdur. Vidal, 2008-09 sezonunda 29 oyuna çıxmış və 3 qol vurmuşdur. Qolları "Bohum", "Ayntraxt Frankfurt" və "Verder Bremen" qarşısında vurmuşdur. O, 2009-10 sezonunda 31 oyuna çıxmış və sadəcə 1 qol vurmuşdur.
Cihat Arman
Cihat Arman (16 iyul 1915, İstanbul - 14 may 1994, İstanbul) — Türkiyə futbolçusu, qapıçı, məşqçi. == Həyatı == Cihat Arman 16 iyul 1915-ci ildə İstanbulda anadan olmuşdur. === Oyunçu karyerası === 15 yaşında futbol oynamağa başladı. Qapıçı mövqeyisində çıxış edirdi. Oyun karyerasına 1934-1937-ci illərdə çıxış etdiyi Gənclərbirliyində başlamışdır. Sonradan, 1939-cu ildə bağlanan Güneş klubuna keçdi. Onun növbəti və oyunçu karyerasında sonuncu klubu Fənərbaxça oldu. Onun heyətində 308 matç keçirmiş və "Uçan qapıçı" ləqəbini qazanmışdır. 1944-cü ildə Türkiyə çempionatının qalibi oldu, üç dəfə İstanbul Futbol Liqasında (1944, 1947-1948) qalib gəlmişdir, İstanbul Liqa Kubokunu (1945) qazanmışdır. 1936-cı ildə Berlində keçirilən Yay Olimpiya Oyunlarında 9-16-cı yerləri bölüşən Türkiyə milli futbol komandasının üzvü idi.
Curriculum vitae
Curriculum vitae (lat.) (azərb. xülasə‎, fr. résumé — "həyatın axını", tərcümeyi-hal) qısaldılmış forması CV — bacarıqlar, iş təcrübəsi, təhsil və təqdim olunan yer üzrə digər lazımı məlumatları özündə saxlayan sənəd. Adətən, mahiyyətcə işəqəbulunma - namizədlik sənədi sayılır Tərcümeyi-hal, yəni CV, xülasəsinin həcmi bir namizədin bacarıqları ilə müəyyənləşir. == Strukturu == Xülasə adətən bir neçə bölmədən ibarətdir. Bu bölmələrin hər birində informasiya qısa və anlaşıqlı bir şəkildə yazılmalıdır. CV-ə heç bir qeyri-dəqiq informasiya daxil etmək olmaz. Xülasədə sizi maksimal xarakterizə edəcək məlumatlar yerləşdirilməlidir. CV formasında olmalıdır: Ad və soyad; Doğum tarixi; Namizəd ilə əlaqə vasitələri - əlaqə nömrəsi və elektron poçt ünvanı; Təhsil - burada təhsil səviyyəsi (məktəb, kollec, bakalaviatura, magistratura, doktorantura və s.), təhsil müəssisələrinin adları, təhsil alınan zaman aralığı və ixtisas qeyd olunmalıdır; Sertifikat və diplomlar (nailiyyətlər); İş həyatı və könüllülük fəaliyyəti; Maraq və bacarıqlar (dil, komputer və s.) Namizədi tövsiyə edə biləcək şəxslər və onların əlaqə nömrələri (referanslar). əks xronoloji sıra ilə (bir qayda olaraq, üç son iş yeri) ixtisas üzrə iş təcrübəsinin icmalı Bəzən xülasədə həmçinin peşəkar assosiasiyalara, elmi nəşrlərə və müəllif patentlərinə üzvlük haqqında informasiyanı da daxil edirlər.
Fijak (rayon)
Fijak (fr. Figeac) — Fransanın Cənub-Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Lo (departament). Suprefektura — Fijak. Rayon əhalisi 2006-cı ildə 52 869 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 34 nəf / km². Rayon sahəsi — 1550 km².
Fransua Viyet
Fransua Viyet (1540-1603) - Fransız riyaziyyatçısı. Hesab edilir ki, bütün elementar cəbri işləyib hazırlamışdır. == Həyatı == 1540-cı ildə Fransanın Fantene-le-Kont şəhərciyində anadan olmuşdur. Atası prokuror olmuşdur. Adətlərə görə atasının sənətinə yiyələnmişdir. Universiteti Puatuda bitirmişdir. 1560-cı ildə doğma şəhərində karyerasına başlamışdır. 1571-ci ildə dövlət işinə başlamışdır. Əvvəlcə parlamentin, daha sonra isə Fransa kralı III Henrinin məsləhətçisi olmuşdur.Onu əsasən Viyet teoreminin yaradıcısı kimi tanıyırlar. == Mənbə == "Uşaqlar üçün ensiklopediya.
Fırat Tanış
Nuri Fırat Tanış 5 may, 1975), türkiyəli aktyor və musiqiçi. == Həyatı == İstanbul Universitetinin Dövlət Konservatoriyasının Teatr Fakültəsinin məzunu olan sənətkar, teatra lisey dövründə Məmməd Beyazid Məktəbində başlayıb. Bir müddət Şəhər Teatrında vəzifə etdiyi 1998–2001-ci illərdə Nail Ol Sabunçu, Məmməd Ulusoy, Kamal Kocatürk kimi rejissorlarla çalışdı. 2000–2010 tarixləri arasında Sirr Uşaqları-2002, Tramvay-2003, Ağ Mələk, Dilbərin Səkkiz Günü, Vay Qardaş-Manik, Tika, Dildo kino filmlərində və Adəm ilə Həvva, Radyo-Madyo, Yeddi Təpə İstanbul, Fələk Nə Demək, Şeytan, Ətrafda Gizlənir, Eşqə Sürgün, Cökələr Altında, Bənövşə İlə Xəlil, Geniş Ailə televiziya çəkilişlərində rol aldı. Musiqi sahəsində də çalışmaları olan sənətkarın sözü-musiqisi özünə aid olan işləri Əmrə Altuğ, Levent Yüksəl, Gülay kimi analitiklər tərəfindən səsləndirilmişdir. 1 Oktyabr 2012-ci ildə qurulan gündəlik sol Qəzetinin mədəniyyət səhifəsində 3 Dekabr 2012-ci ildən etibarən tin dramaturgiya edilmişdir.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Kıuat (Baymak)
Kıuat (başq. Ҡыуат, rus. Куватово) — Başqırdıstan Respublikasının Baymak rayonunda yerləşən kənd. Kənd Əbdülkərim kənd şurasının tərkibindədir. Kənd Kıuat XVIII əsrin sonları salınmışdır. 1816-cı il məlumatına görə kənddə 31 həyət və 200 sakin vardı. 1859-cu ildə əhalinin sayı 434 nəfər təşkil edirdi. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Baymak): 42 km, kənd sovetliyindən (Əbdülkərim): 2 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 83 km. Kənd Samkara çayının sahilində yerləşir.
Le-Vibal
Le-Vibal (fr. Le Vibal, oks. Lo Bisbal) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Lessak kantonuna daxildir. Kommunanın dairəsi — Pon-de-Salar. INSEE kodu — 12297. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 15 km şərqdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 482 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 292 nəfərdən (15-64 yaş) 214 nəfəri iqtisadi cəhətdən fəal, 78 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 73.3%, 1999-cu ildə 73.6%).
Mert Fırat
Mert Fırat — Məşhur Türkiyə aktyoru. == Həyatı və karyerası == Mert Fırat 10 yanvar 1981-ci ildə Ankarada dünyaya gəlib. Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsi teatr bölümü məzunudur. Aktyor ərəb və çərkəz əsillidir.
Midat Səlimov
Midat Səlimov (krımtat. Midat Selimov; 13 dekabr 1918, Qaşıq-Jermay[d], Feodosiya qəzası[d] – 2001, Moskva) — Sovet və rus infeksiyanisti. Tibb elmləri doktoru (1963), Professor (1967). Quduzluq əlihinə peyvəndinin yaradıcısı. İkinci Dünya müharibəsinin işyirakçısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü. Rusiya Federasiyasının əməkdar elm xadimi. == Bioqrafiyası == 13 dekabr 1918-ci ildə Qaşıq-Jermay kəndində anadan olub. Feodosiyada məktəbdə oxumuşdur. Krım Tibb İnstitutunu bitirib (1940). Məzun olduqdan sonra Nijneqorsk rayon xəstəxanasına rəhbərlik etmişdir.