Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vikidata
Vikidata və ya Vikiverilənlər(ing. Wikidata) — Vikimedia Fondu tərəfindən idarə olunan və viki-səhifələrdə toplanmış verilənlərin mərkəzləşdirilmiş mühafizəsini təmin edən layihə. Bu verilənlərə misal olaraq intervikiləri, statistik məlumatları (məsələn, doğum tarixi, əhalinin sayı və s.) göstərmək olar. Layihə rəsmi olaraq 30 oktyabr 2012-ci ildə istifadəyə verilmişdir. Layihə strukturuna və səhifələrin yaradılması texnologiyasına görə "Wikimedia Commons" layihəsinə bənzəyir. Vikiverilənlər bazasına müxtəlif dillərdə informasiya daxil etmək mümkündür.
Varidat
Varidat (dövriyyə və satış həcmi) — müəyyən müddət ərzində istehsal olunan məhsulların, xidmətlərin, işlərin satışı nəticəsində müəssisə və ya sahibkarın alıcılara təqdim etdiyi tələblərin (o cümlədən ödənilməmiş tələblərin) ümumi məbləği.
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.