Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vikidata
Vikiverilənlər və ya Vikiverilən (ing. Wikidata) — Vikimedia Fondu tərəfindən idarə olunan və viki-səhifələrdə toplanmış verilənlərin mərkəzləşdirilmiş mühafizəsini təmin edən layihədir. Bu verilənlərə misal olaraq intervikiləri, statistik məlumatları (məsələn, doğum tarixi, əhalinin sayı və s.) göstərmək olar. Layihə rəsmi olaraq 30 oktyabr 2012-ci ildə istismara verilmişdir. Layihə strukturuna və səhifələrin yaradılması texnologiyasına görə Commons layihəsinə bənzəyir. Vikiverilənlər bazasına müxtəlif dillərdə informasiya daxil etmək mümkündür. == Realizə mərhələləri == Layihənin reallaşdırılması rəsmi olaraq 3 mərhələ üzrə həyata keçirilmişdir: Birinci mərhələ – intervikilərin mərkəzləşdirilmiş mühafizəsinin dəstəklənməsi (2013-cü ilin 6 mart tarixində bütün dil bölmələri üçün realizə olundu).
I Tiridat
I Trdat və ya I Tiridat (erm. Տրդատ Ա, lat. Tiridatus) — 53–72-ci illər arasında fasilələrlə hakimiyyətdə olmuş Ermənistan çarı. Parfiya çarı II Vononun oğlu olan Trdat Arşakuni sülaləsindən olan ilk Ermənistan çarı idi. Onun hakimiyyəti ilk dəfə 54-cü ildə başlamış, lakin 58-ci ildə taxtından enmişdir və bu vəziyyət 63-cü ilə qədər davam etmişdir. Demək olar ki, yalnız Roma müəlliflərinin qələmə aldığı mənbələrin azlığı onun hakimiyyətinin bir çox aspektlərinin naməlum olduğunu göstərir. 66-cı ildə Roma ilə Parfiya arasında Ermənistan haqqında bağlanmış müqaviləyə əsasən, Parfiya hakimi I Vologezin qardaşı Trdat Ermənistanın çarı olmuş, Romada imperator Neron tərəfindən taclandırılmışdır. Razılaşmanın şərtlərinə görə, onun varisləri Parfiya şahzadələri olacaqdı, lakin onların Ermənistan taxtına çıxması üçün Romanın razılığı alınmalı idi. Beləliklə, Ermənistan həm Romanın, həm də Parfiyanın vassalına çevrilmişdi. Dövrün bir sıra Roma müəllifləri Neronun Ermənistanı de-fakto olaraq Parfiyaya verdiyini düşünürdü.Trdat həm də zərdüşti kahini idi, 66-cı ildə Romada olarkən o, digər zərdüşti maqlar ilə birlikdə qalır.
İctimai varidat
İctimai varidat və ya İctimai mülkiyyət ― əsərə aid müəlliflik hüququnun qanunla təsbit olunmuş müəyyən bir müddətdən sonra qüvvədən düşərək ictimai varidata keçməsi halı. Azərbaycan Respublikasının ərazisində heç vaxt qorunmamış əsər də ictimai varidata keçmiş sayılır.