Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Lisa Vikari
Lisa Vikari (alm. Lisa Vicari‎; 11 fevral 1997, Münxen) — almaniyalı aktrisa. == Bioqrafiya == Vikari 1997-ci ildə Münhen şəhərində həkim ailəsində anadan olmuşdur. O on yaşında teatr təhsili aldı və qısa müddət sonra ilk qısa filmi olan Tunnelblicke-də rol aldı. 2010-cu ildə uşaqlar üçün olan Hanni və Nanni filmində rol aldı. Sonrakı il Hell filmində rol aldı. Vikari 2017-ci ildə Luna filmində baş rolu canlandırdı. 2017-2020-ci illər aralığında Netflix serialı Dark-da Marta Nilsen rolunu canlandırdı. Vikari Potsdamda media təhsili alır. Vikari 2020-ci ildə Netflix-in romantika-komediya janrında olan Isi və Ossi filmində rol aldı.
Vikarın evində qətl
"Vikarın evində qətl" yaxud "Yepiskopun evində qəl" (ing. The Murder at the Vicarage) — Aqata Kristi tərəfindən yazılmış roman. Detektiv janrında olan roman "Mis Marpl" silsilə əsərlərindən olub 1930 cu ildə qələmə alınmışdır. == Personajlar == Jane Marple — qarımış qız, həvəskar detektiv. Leonard Klement — qəsəbə vikarı. Qrizelda klement — vikarın gənç arvadı. Dennis Clement — vikarın qardaşı oğlu. Mari — vikarın ev xidmətçisi. Polkovnik Protero — istefada olan hərbçi polkovnik, Sent-Meri-Mid kilsə rəhbəri. Lucius Protero — polkovnik Proteronun birinci nigahdan olan qızı.