Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dikanka
Dikanka (ukr. Дика́нька) — Ukraynanın Poltava vilayətində, Dikan rayonu ərazisində yerləşən şəhər tipli qəsəbə. Dikan rayonunun və Dikan qəsəbə sovetinin inzibati mərkəzidir. Qəsəbə sovetinə Vasilevka, Proni və Troyan kəndləri daxildir. Dikanka qəsəbəsi daha çox Nikolay Qoqolun «Dikanka yaxınlığında xutor axşamları» əsəri ilə tanınır. == Ümumi məlumat == Dikanka şəhər tipli qəsəbəsi Poltava inzibati mərkəzindən 27 km şimalda yerləşir. Qəsəbə Vorskla və Kratova Qovtva çayları arasındadır (~3 km). Dikankadan 6.5 km aralı Böyük Budişa kəndi var. Qəsəbə ərazisində bir neçə kiçik gölməçə var. Yaxınlıqdan iki əsas avtomobil yolu keçir: Н-12 и Т-1721.
Salvia vinacea
Salvia vinacea (lat. Salvia vinacea) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Dikanka yaxınlığında xutor axşamları (film, 1961)
Dikanka yaxınlığında xutor axşamları (rus. Вечера на хуторе близ Диканьки) — rejissor Aleksandr Rounun 1961-cı ildə çəkdiyi sovet tammetrajlı və rəngli bədii filmi. Filmin SSRİ-də premyerası 8 yanvar 1962-ci ildə olub. == Məzmunu == Film görkəmli rus yazıçısı Nikolay Qoqolun "Miladqabağı gecə" (rus. Ночь перед Рождеством) povestinin "Dikanka yaxınlığında xutor axşamları" motivlərinin əsasında "kinonağıllar ustası" adlandırılan rejissor Aleksandr Rou tərəfindən ekranlaşdırılıb. == Rollarda == Aleksandr Xvılya — kazak Çub Lüdmila Mıznikova — Oksana Yuri Tavrov — Vakula Lüdmila Xityayeva — Soloxa Sergey Martinson — Osip Anatoli Kubatski — Panas Vera Altayskaya — Panasın anası Dmitri Kapka — Şapuvalenko Mikola Yakovçenko — Patsyuk Marina Sidorçuk — Odarka Aleksandr Radunski — kəndin başçısı (kəndxuda) Georgi Millyar — şeytan Aleksey Smirnov Mixail Troyanovski Aleksandr Demyanenko == Xarici keçidlər == «Dikanka yaxınlığında xutor axşamları» — Internet Movie Database saytında "«Вечера на хуторе близ Диканьки»". Государственный регистр фильмов. Министерство Культуры Российской Федерации. 2013-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-23.