Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mikrolit
Mikrolit — porfir süxurların əsas kütləsini təşkil edən və ya afir süxurların tərkibinə daxil olan lövhəvari, iynəvari, prizmatik və ya izometrik formalı mikroskopik kristallar. Mikrolit təşkil edən mineral adi optik üsullarla təyin olunur. Bu göstəricisinə və aydın formasına görə mikrolit kristallitlərdən fərqlənir. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Tikrit
Tikrit (ərəb. ﺗﻜﺮﻳﺖ ‎) — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması). Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi. Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar. Tarixi şəxsiyyətlərdən Səlahəddin Əyyubi və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.
Vikont
Vikont (ing. viscount; fr. vicomte, latınca vicecomes, hərfən qrafın köməkçisi, müavini) — Qərbi Avropada zadəgan titulu. Burke’s Peerage & Baronetage, 1956, introduction, pp cxx-cxxviii.
Mikrit əhəngdaşları
Mikrit əhəngdaşları (mikritlər) - çox incə dənəli (3,5–4) əhəngdaşları. Mikrit əhəngdaşları beş genetik tipə ayrılır (Flugel, 1967): hemogen, biohemogen (yosunların təsiri ilə karbonatlı maddənin iynəvari formalar şəklində biokimyəvi çökməsi), kokkolitli, foraminiferli və qırıntılı (kalsit qabıqların pozulma məhsulu). Əhəngdaşı Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Uilyam Vikri
Vilyam Vikri (ing. William Spencer Vickrey) (21 iyun 1914 - 11 oktyabr 1996) — Kanadada anadan olmuş, ABŞ-də vəfat etmiş iqtisadçı. 1996-cı ildə Ceyms Mirrlislə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Vilyam Vikri Kanadanın Britaniya Kolumbiyası əyalətinin Viktoriya şəhərində anadan olub. Vilyam Vikri 1935-ci ildə Yel Universitetinin riyaziyyat bölməsindən məzun olmuşdur. Sonra Kolumbiya Universitetində 1937-ci ildə magistr, 1948-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdi. Vilyam Vikri 1951-ci ildə Sesilya Tomson ilə evlənir. Vilyam Vikri 11 oktyabr 1996-cı ildə ABŞ-nin Nyu York şəhərində ürək çatışmazlığından öldü.
Vilyam Vikri

Mikrit əhəngdaşları (mikritlər)