Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Silikat turşusu
Metasilikat və ya Silikat turşusu H2SiO3. == Alınması == Silisium 4-oksid suda həll olmur və onunla reaksiyaya girmir. Ona görə də silikat turşusu H2SiO3 dolayı yolla- onun həll olan duzlarının məhlullarına turşu ilə təsir etməklə alınır: Na2SiO3 + 2HCl = 2NaCl + H2SiO3 ↓ == Quruluşu == Silikat turşusunun tərkibini göstərən H2SiO3 formulu şərtidir. Əslində x SiO2 . y H2O və ya (H2SiO3)n tərkibli silikat turşuları qarışığı - polisilikat turşusu əmələ gəlir. qızdırıldıqda polisilikat turşusu suyunu tədriclə itirib bərk silisium 4-oksidə çevrilir. H2SiO3 = SiO2 + H2O == Fiziki xassələri == Silikat turşusu H2SiO3 zəif, ikiəsaslı turşudur. Suda həll olmur və indikatorun rəngini dəyişdirmir. qismən susuzlaşdırılmış H2SiO3 - bərk, ağ, məsaməli, yüksək adsorbsiya xassəli kütlə - silikagel adlanır. == Kimyəvi xassələri == Silikat turşusunun duzlarına silikatlar deyilir.
Con Viliam
Con Viliam — (25 iyun 1811 - 17 avqust 1893) Amerikalı rəssam. == Həyatı == O, Nyu-Yorkda anadan olub. Viliam və Durand yaxın dost olub. Onlar 1830-cu illərdə Nyu-Yorkda qravüraçı kimi bərabər işləyiblər. Dostu Durandın sayəsində onun rəssamlığa marağı artıb və rəssamlıqla yaxından maraqlanıb. == Ailə həyatı == 1867-ci ildə o, Nyu-Hempşirin Tamvorst şəhərində Helen M. Havord ilə evlənib. Onların (1867-1939) adlı bir oğlu olub. Viliam 1893-cü ildə Nyu-Yorkun Saratoqa-Sprinqs şəhərində vəfat edib.
Stefana Velizar Teodoryanu
Stefana Velizar Teodoryanu (17 oktyabr 1897, Sankt-Morits, Qraubünden kantonu – 31 may 1995 və ya 30 may 1995, Rumıniya) — Rumıniyalı roman yazar, şair və tərcüməçi, yazıçı Yonel Teodorun həyat yoldaşı. Həyat yoldaşının təşviqi ilə ədəbiyyata gəlmiş, o, Rumıniya Ortodoksluğu ilə əlaqəli "mənəvi mövzular" ı ilə poporan ənənəsinin nümayəndəsi idi. İkinci Dünya Müharibəsi dövründə yaradılmış ilk əsərləri əsasən daxili münaqişələrə həsr olunmuş, rumınlardan və özü kimi əyalət qadınlarının "mənəvi zəfərlərindən" ibarətdir. Bir çox hallarda əsərlərini, ərinin işi ilə tamamlayırdı ki, bu bir zamanlar Stefan Teodoryanın tənqidçilər tərəfindən tərif qazanmasına səbəb olsa da, lakin sonradan " idiliya " və "didaktik" kitablar üçün onların mənfi rəylərinə məruz qaldı. Velizar, onun anti kommunist həyat yoldaşı kimi, Rumıniyada kommunist rejim tərəfindən təqib olunan yazıçılara və siyasətçilərə kömək etdi. Daha sonra, 1960-cı illərin sonuna qədər ümumi tərcümə işinə başlamış və xüsusən rus ədəbiyyatını rumın dilinə tərcümə etməsi ilə tanınmışdır. "Kommunist təzyiqi" dövründə ərini vəfat etdi, qayınanası Pastorell, dostu Dinu Pilla həbs edildi və bir çox tanışı Rumıniyadan qaçdı. Daha sonra vəziyyət daha əlverişli hala gəldikdə, Velizar sakit və dinc həyat yaşamış və nəticədə Văratec monastırına getmişdir. Sonrakı fəaliyyəti, Teodor ilə xatirələrindən, habelə Pilla ailəsinə göndərdiyi məktubların dərcindən ibarət idi. == Bioqrafiya == Stefana İsveçrənin Sankt-Morits şəhərində anadan olub, valideynləri diplomat Stefana Lupaşcu (1872–1946) və Fransa vətəndaşı Maria Mazurye idi.