Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Viçada
Viçada (isp. Vichada) — Kolumbiyanın departamentlərindən biri, ölkənin şərq hissəsində Orinoko çayı, şimal hissəsində Venesuela ilə sərhəddir. İnzibati mərkəzi Puerto-Karreno şəhəridir.
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. == Canlılar aləmi == Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. == Turizm == Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.
Vizadan İmtina Proqramı
Vizadan İmtina Proqramı (VİP) (ing. Visa Waiver Program (VWP) — ABŞ federal hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır. Proqram 50 əyalətə və Kolumbiya Bölgəsinə, eləcə də ABŞ-nin digər əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarına məhdud tətbiqetmə ilə aiddir. ABŞ hökuməti tərəfindən bu proqramda iştirak üçün seçilən ölkələr yüksək İnsan İnkişafı İndeksinə görə yüksək gəlirli iqtisadiyyata malik olan, bir sözlə inkişaf etmiş ölkələrdir. == Proqramda iştirak edən ölkələr == VİP-ə əsasən vizadan imtina hüququ qazanmaq üçün ABŞ-yə daxil olmaq istəyən səyahətçi, ABŞ Daxili Təhlükəsizlik Naziri tərəfindən təyin edilmiş bir ölkənin vətəndaşı olan "proqram ölkə" olmalıdır. Seçilmiş ölkənin vətəndaşı olmayan digər ölkələrin vətəndaşları vəya daimi sakinləri bu proqramdan yararlana bilməzlər. Proqram ölkələri olaraq təyin olunma meyarları İmmiqrasiya və Vətəndaşlıq Qanununun 217 (c) Bölməsində (Başlıq 8 ABŞ § 1187) göstərilmişdir. Kriteriyalar pasport təhlükəsizliyini və immiqrasiya və vətəndaşlıq qanununun 217 (c) (2) (A) bəndində göstərildiyi kimi 3%-dən çox olmayan və ABŞ-nin immiqrasiya qanunlarına davamlı olaraq uyğun gələn, çox aşağı miqrasiya dərəcəsi olan ölkələr olmalıdır. 2021-ci ildən etibarən 40 ölkənin və ərazinin vətəndaşları VİP çərçivəsində ABŞ-yə vizasız giriş hüququna malikdirlər: Qeydlər ^ - Yalnız Tayvan şəxsiyyət vəsiqəsi olan vətəndaşlar. ^ - Yalnız Britaniya vətəndaşları VİP-də iştirak edə bilərlər.
İbadat-i do
İbadat-i do (fars. عبادات دو‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011-ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 20 ailədə 53 nəfəri kişilər və 56 nəfəri qadınlar olmaqla cəmi 109 nəfərdir. Kəndin əhalisini ərəblər təşkil edir, ərəb dilində danışırlar və şiə müsəlmandırlar.
İbadat-i yek
İbadat-i yek (fars. عبادات یک‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Rüğeyvə dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 24 ailədə 61 nəfəri kişilər və 58 nəfəri qadınlar olmaqla cəmi 119 nəfərdir.