Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Phoca vitulina
Adi suiti (lat. Phoca vitulina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin əsl suitilər fəsiləsinin suiti cinsinə aid heyvan növü. Şimal Buzlu okeanın qütb ətrafı bütün dənizlərində rast gəlinir. İki yarımnövü: Avropa və Steyneqer suitisi Qırmızı kitaba daxil edilmişdir. Əsasən Atlantik okean, Sakit okean sularında yaşayıırlar. Xüsusi ilə Baltik dənizi və Şimal dənizi sularında onlar üstünlük təşkil edir. Onlar əsasən qəhvəyi və ya boz rəngdə olurlar. Yetkin fərd 1,85 m uzunluğa və 132 kq çəkiyə malik olurlar. Erkəklər 30–35, dişilər isə 20–25 il yaşayırlar. Onlar əsasən qayalıqlar üzərində yerləşirləki, yırtıcılar onları ovlaya bilməsinlər.