Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Piraşki
Pirojok —Şərqi Avropada bişmiş və ya qızardılmış bulka üçün ümumi söz, müxtəlif doldurucular ilə doldurulur. İranda "Piraşki" adlanır.
Pseudophoxinus firati
Pseudophoxinus firati (lat. Pseudophoxinus firati) — Çəkilər fəsiləsinin külmə cinsinə aid balıq növü.
Teylor sırası
Teylor sırası — riyaziyyatda bir funksiyanın, o funksiyanın həddlərinin bir nöqtədəki törəmələrinin qiymətlərindən hesablanan sonsuz toplamı şəklində yazılması formasında açılımdır. Adını ingilis riyaziyyatçı Bruk Teylordan almışdır. Əgər sıra sıfır mərkəzlidirsə ( a = 0 {\displaystyle a=0} ), Teylor sırası daha sadə bir hal alar və bu xüsusi hala şotland riyaziyyatçı Kolin Maklarenə istinad olaraq Maklaren sırası deyilir. Bir silsilənin hədlərindən sonlu bir say qədərini istifadə etmək bu silsiləni bir funksiyaya yığmaq üçün ümumi bir üsuldur. Hər dərəcədən törəməsi olan, həqiqi ya da kompleks bir f ( x ) {\displaystyle f(x)} funskiyasının a həqiqi ya da kompleks bir ədəd olmaq şərtilə ( a − r , a + r ) {\displaystyle (a-r,a+r)} intervalındakı Teylor sırası aşağıdakı şəkildə təyin edilir tanımlanmıştır: f ( x ) = f ( a ) + f ′ ( a ) 1 ! ( x − a ) + f ″ ( a ) 2 ! ( x − a ) 2 + … + f ( n ) ( a ) n ! ( x − a ) n + … {\displaystyle f(x)=f(a)+{\frac {f'(a)}{1!}}(x-a)+{\frac {f''(a)}{2!}}(x-a)^{2}+\ldots +{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}+\ldots } Daha nizamlı bir forma olan Siqma təqdimatı ilə isə belə yazılır: = ∑ n = 0 ∞ f ( n ) ( a ) n ! ( x − a ) n {\displaystyle =\sum _{n=0}^{\infty }{\frac {f^{(n)}(a)}{n!}}(x-a)^{n}} Burada n ! {\displaystyle n!} , n faktorialı; ƒ (n)(a) isə f funksiyasının n-ci dərəcədən törəməsinin a nöqtəsindəki qiymətini bildirir.
Türk Lirası
Türk lirəsi — Türkiyədə və Şimali Kiprdə istifadə olunan pul vahidi. Türk lirasının alt vahidi kuruşdur. Türkiyədə kağız pul çap etmə səlahiyyəti Türkiyə Respublika Mərkəzi Bankına aiddir. Puldakı 0 (sıfır) sayını azaltmaq məqsədilə 31 yanvar 2005-ci ildə müvəqqəti olaraq tədavüldən qaldırılmış və yerinə Yeni Türk Lirəsi istifadə edilməyə başlanmışdır. YTL-dən TL-yə keçidin tamamlanması səbəbiylə 1 yanvar 2009 tarixində yenidən tədavülə girmişdir. Lakin 2009-cu ildə tədavülə girən pullardan YTL-də olduğu kimi 6 sıfır yoxdur. YTL-nin alt vahidi Yeni Kuruş-dur. Bu günə qədər Türk lirəsının ön tərəfində yalnız Mustafa Kamal Atatürk və İsmət İnönü-nün şəkilləri var. İsmət İnönünün şəkli yalnız prezidentlik etdiyi dövrdə (1938–1950) Türk lirasının ön tərəfində yer almışdır. Bunun səbəbi isə Osmanlı dövründən bəri bir ənənə halını almış və Osmanlıdan başqa bir çox dövlət tərəfindən də istifadə olunan bir ənənə olan pulun ön tərəfinə o zaman ki dövlət başçısının şəklini qoymaqdır.
Z-sırası
Z-sırası (ing. z-order, ru. z-порядок – qrafik obyektlərin müşahidəçiyə nəzərən yerləşməsi ardıcıllığını bildirən termin. Z-sırası hansı obyektin o birilərlə müqayisədə öndə, yaxud arxada olmasını təyin edir. Başlıca olaraq, kompüter qrafikasında və qrafik interfeyslərin proqramlaşdırılmasında, o cümlədən, veb-dizaynda tətbiq olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
C vizası
C vizası (ing. C visa) — müəyyən istisnalar olmaqla, başqa ölkəyə gedən yolda Birləşmiş Ştatlar vasitəsilə birbaşa və davamlı tranzitlə səyahət edən şəxslər üçün nəzərdə tutulmuş qeyri-immiqrant viza kateqoriyası. Bu istisnalara Vizadan İmtina Proqramının əhatə etdiyi şəxslərin tranzit səyahətləri və ABŞ-ın Dövlətlərarası Vizadan İmtina Müqaviləsi olan ölkələrin vətəndaşlarının səyahətləri daxildir. == Viza növləri == === C-1 === C-1 vizası Birləşmiş Ştatlar vasitəsilə ərizəçinin istədiyi ölkəyə dərhal və davamlı tranzit üçün verilir. Viza alanlar statusun uzadılması və ya dəyişdirilməsi üçün uyğun deyil və tranzit və xarici təyinat ölkəsinə daxil olmaq üçün kifayət qədər vəsaitə malik olmalıdırlar.
Miranti du Vali
Miranti du Vali (port. Mirante do Vale) — San-Pauluda göydələn. 1960-cı ildə inşa edilmişdir. Hazırda Braziliyada ən yüksək göydələndir. Hündürlüyü 170 metr, mərtəbələrinin sayı 51-dir. 75.000 kvadrat metrdir.
Bornun mirası (film, 2012)
Bornun mirası (ing. The Bourne Legacy) — Ceyson Born film seriyasının spin-offu olan Tony Gilroy tərəfindən çəkilmiş döyüş filmidir və bu filmdəki hadisələr əvvəlki filmdəki hadisələrə paralel baş verir. Baş qəhrəman Aaron Kross rolunu Ceremi Renner canlandırmışdır. Film Erik Van Lastbaderin (Amerika yazıçısı Robert Ludlumun Ceyson Born seriyasını davam etdirən yaziicy) eyniadlı kitabının şərəfinə adlandırılmışdırsa da, həmin kitabdakı hadisələrə əsaslanaraq çəkilməmişdir. == Süjet xətti == Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş muzdlusu Ceyson Bornun sərgüzəştləri hələ başa çatmayıb. Born həddindən artıq təhlükəli olduğundan təşkilat ondan əl çəkmək fikrində deyil. Ancaq bu dəfə “Tredstoun layihəsi deyil, onunla əlaqəli olan “tam məxfi” möhürlü başqa layihədən danışılır. MKİ-nin sözügedən bölməsi haqqında məlumatların kütləvi informasiya vasitələrinə sızmasından sonra təşkilat onların fəaliyyətinə işarə edən bütün dəlilləri, o cümlədən insanları bir-bir aradan götürür. Adı “qara siyahıda” olan keçmiş məxfi agent Aaron Kross sağ qalmaq üçün bu mexanizmə qarşı mübarizəyə başlayır. Bu işdə ona bilavasitə layihədə iştirak edən cazibədar həkim Marta Şerinq köməkçi olacaq.
İspaniya mirası uğrunda müharibə
İspaniya mirası uğrunda müharibə (1701–1714) — XVIII əsrin əvvəllərində, 1700-cü ilin noyabrında vəfat edən və varisi olmayan İspaniya kralı II Karlın ölümü ilə başlanan ümumavropa müharibəsi. II Karl taxt-tacını daha sonra İspaniya Kralı V Filip olan Fransız kralı XIV Lüdovikin nəvəsi Anju hersoqu Filipə vəsiyyət etmişdi. Müharibə Müqəddəs Roma İmperatoru I Leopoldun sülaləsinin (Habsburqların da) İspan mülkləri hüququnu müdafiə etmək cəhdi ilə başladı. XIV Lüdovik torpaqlarını daha aqressiv şəkildə genişləndirməyə başladıqda, bəzi Avropa ölkələri (əsasən İngiltərə və Hollandiya Respublikası) Fransanın güclənməsinin qarşısını almaq üçün Müqəddəs Roma İmperiyasının tərəfini tutdu. Fransa və İspaniya arasındakı ittifaqda yeni dövlətlər əlavə ərazilər qazanmağa və ya mövcud torpaqlarını müdafiə etməyə çalışırdılar. Müharibə yalnız Avropada deyil, lokal qarşıdurmanın getdiyi və ingilis kolonistləri tərəfindən Kraliça Anna müharibəsi adlandırdıqları Şimali Amerikada da gedirdi. Müharibə on üç ildən bir az çox davam etdi. Müharibə hersoq De Villyar və hersoq Bervik (Fransa), hersoq Marlboro (İngiltərə) və Savoy şahzadəsi Yevgeni (Avstriya) kimi istedadlı sərkərdələri üzə çıxarıb məşhurlaşdırdı. Müharibə Utrext (1713) və Raştatt (1714) müqavilələrinin imzalanması ilə sona çatdı. Nəticədə V Filip İspaniya kralı olaraq qaldı, lakin Fransa taxt-tacına varis olmaq hüququnu itirdi və bu da İspaniya və Fransa sülalələrinin ittifaqını pozdu.