Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Şişəvan
Şişəvan və ya Şavan İranın Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanının Mərkəzi bəxşindəki Qərbi Dizəcrud dehestanında yerləşən kənd. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, kəndin əhalisi 3,074 nəfərdən və 850 ailədən ibarət idi. Bu kəndin əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar. Bu kəndin əhalisi əsasən şiə və qismən bəhaidirlər.
Bisəvad Teymur
Bisavad Teymur və ya Aşıq Teymur Əhmədov (1903, Tap Qaraqoyunlu, Goranboy rayonu – 1981) — el şairi == Həyatı == Teymur Əsgər oğlu Əhmədov 1903-cü ildə Cavanşir qəzasının Tap Qaraqoyunlu (indiki Goranboy rayonu) anadan olmuşdur. Savadsızlığından dolayı "Bisavad" təxəllüsü daşıyırdı. Zəngin yaradıcılıq yolu keşmişdir. Şeirlərinin əlyazması ailəsində saxlanılır. Aşıq şeirinin müxtəlif formalarında bir-birindən maraqlı nümunələr yaratmışdır. Çap olunan şeirləri onun kifayət qədər güclü istedada ma lik olmasından xəbər verir. Klassik ədəbiyyatın mükəmməl bilicilə rindən olan sənətkar xalq şeiri üslubunda yazmağa üstünlük vermişdir. == Ailəsi == Teymurun kiçik yaşlarından atası ölmüş, anasının himayəsində yaşamışdır. El şairinin oğlu Mirzə Əsgərovdur.
Visovaç adası
Visovaç adası (xorv. Visovac)- Xorvatiyada yerləşən kiçik adalardan biridir. Krka çayının Visovaç gölünə töküldüyü yerdə yerləşmişdir. Krka Milli Parkının ərazisinə daxildir. Adanın ümümi sahəsi 17376 m²-dir. Sahil xəttinin uzunluğu isə 478 metrdir. Ada təxminən 170 × 120 m ölçülərində olan oval formaya malikdir. Adanın cənub-şərq hissəsinin üçbucaq şəklində olması burada şelf zonanın olmasıdır. Ada Drişna şəhərindən avtomobillə 10 dəqiqəlik məsafədə, Skradina şəhərindən isə 6 km məsafədə yerləşmişdir. Milli parkın daxilində yerləşən Visovaç adası Macarıstan kralı I Luiz dövründə kəşf olunmuşdur.
Viszlát nyár
Viszlát nyár (azərb. Sağol, yay‎) — Macarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. AWS "Viszlát nyár" mahnısı ilə Macarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Post-hardkor üslubunda olan mahnı AWS qrupunun üzvləri Daniel Kökenyes, Bens Braker, Aron Veress, Soma Şisler və Örs Siklosi tərəfindən bəstələnmişdir.
Malaya Vişera
Malaya Vişera — Rusiya Federasiyasında yerləşən şəhər. Novqorod vilayətinə daxildir.
Nina Fişeva
Nina Qriqoryevna Fişeva (27 sentyabr 1930, Bakı – 29 avqust 2010, Bakı) 1958–2009-cu illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin rəisi olub. Bu arxiv ilk dəfə Dövlət Oktyabr İnqilabı Arxivinin Fotosənədlər Şöbəsi adı altında 1930-cu ildə yaradılmışdır. 1943-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kino və Foto Sənədləri Arxivinə çevrildi. Arxivdə Azərbaycan tarixinin ən mühüm siyasi və mədəni hadisələrini əks etdirən 22 mindən çox film və 400 mindən çox fotosənəd var ki, onlardan ən qədimi 1858-ci ilə aiddir. Hazırda arxivlərdə qorunub saxlanılan sənədlər müxtəlif yollarla əldə edilmişdir. Bəzilərini Fişeva Moskva, Daşkənd, Tbilisi, Minsk və keçmiş Sovet İttifaqının digər şəhərlərinə etdiyi səfərlərdən gətirib; bəziləri müxtəlif təşkilatlar və qurumlar tərəfindən hədiyyə kimi verildi. İnternet resursları fondu doldurmaq üçün yeni vasitədir, onun sayəsində Arxivlər çoxlu diqqətəlayiq köhnə fotoşəkilləri, məsələn, Köhnə Bakının rəngli fotoşəkillərini əldə ediblər. Yuliya Qermanoviçin hədiyyə etdiyi unikal fotoşəkillərdən ibarət kolleksiyalar Arxivin xüsusi sərvətləri sırasındadır. Bu fotoşəkillərdə 20-ci əsrin əvvələrinə aid Bakının bazarları, çayxanaları, məktəblərini özündə əks etdirən orijinal təsvirlər əks olunmuşdur. 1981-ci ildə Nina Fişeva Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb.