Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vısotsk
Vısotsk — Rusiya Federasiyasında yerləşən şəhər. Leninqrad vilayətinə daxildir.
Vladimir Vısotski
Vladimir Semyonoviç Vısotski (rus. Владимир Семёнович Высоцкий; 25 yanvar 1938[…], Moskva – 25 iyul 1980[…], Moskva) — Sovet şairi, aktyoru və musiqiçisi, SSRİ Dövlət mükafatı laureatı. Vladimir Semyonoviç Vısotski 1938-ci il yanvarın 25-də Moskvada anadan olmuşdur. Onun uşaqlığı müharibə illərinə təsadüf etmişdir. 1947-ci ildən 1949-cu ilə kimi atası və analığı ilə Almaniyada yaşamış, sonradan Moskvaya qayıdıb müəllimlər evindəki dram dərnəyinə getmişdir. Tikinti-mühəndisləri institutuna daxil olub, lakin oranı tərk edib Moskva Bədii Akademik teatrın nəzdindəki V.İ.Nemiroviç- Dançenko adına məktəb studiyasının aktyorluq şöbəsinə daxil olmuşdur. 1960-cı ildə oranı bitirib, A.S.Puşkin adına dram teatrında fəaliyyətə başlayıb. 1964-cü ildən ömrünün sonuna qədər Moskva dram və komediya teatrında işləmişdir. O, "Qalileyin həyatı", "Hamlet","Puqaçov", "Albalı bağı", "Cinayət və cəza" tamaşalarında baş rollarda çıxış etmişdir. Bir neçə tamaşada Vısotskinin mahnıları səslənmişdir.
Aziatskiy vestnik
"Aziatskiy vestnik" (rus. Азиатский вестник; mənası – Asiya bülleteni) — 1825–1827-ci illərdə Sankt-Peterburqda nəşr olunan Rusiya aylıq elmi-ədəbi jurnalı. "Sibirskiy vestnik"in davamı kimi çıxmışdır. Nəşrçi Qriqori Spasski olmuşdur. 5 nömrəsi 1827-ci ildə nəşr edilmişdir. Ən son əsərlər haqqında qiymətli materiallar dərc edilmişdir. Şərq ölkələrinin tarixi, coğrafiyası, etnoqrafiyası və ədəbiyyatı üzrə Qərbi Avropadan olan müəlliflərin yazıları, Asiyada səyahət qeydləri, Şərq yazıçılar və şairlərin əsərlərinin tərcümələri dərc olunurdu. Elm və incəsənət, səyahət, şərq ədəbiyyatı, müxtəlif xəbərlər, şərq biblioqrafiyası bölmələrindən ibarət idi. Əlavə olaraq, jurnalda "Sibir və onun adalarının coğrafi-statistik təsviri" nəşr edilmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Обзор статей и заметок «Сибирского» и «Азиатского вестника» 1818—1822 гг.// Восточное обозрение, 1885, № 27-29 Ивановский А. А. Указатель этнографических статей, содержащихся в сибирских изданиях от начала их существования // Этнографическое обозрение, 1891, № 1 == Xarici keçidlər == Азиатский вестник в on-line библиотеке.
Yelena Sotnik
Yelena Sotnik (ukr. Олена Сергіївна Сотник, 21 dekabr 1982, Kiyev) — ukraynalı vəkil, siyasətçi, «Samopomoş» partiyasından Ukrayna Radasının VIII çağırış deputatı. 2005-ci ildə Ukraynanın Milli Daxili İşlər Akademiyasını bitirib, "Hüquqşunaslıq" ixtisası üzrə diplom alıb. Eyni ildə "Bələdiyyə İdarəşiliyi Akademiyasını" fərqlənmə diplomu ilə bitirir "Menecer-iqtisadçı" ixtisasına yiyələnir. 2011—2012-ci illərdə Ukrayna siyasi araşdırmalar məktəbində təhsil alır (Avropa İttifaqının Ukraynadakı layihəsi). 2012-ci ildə M. P. Draqomanov adına Milli Pedaqoji Universitetin «Psixologiya» fakultəsini bitirir. 1999—2001: "Faktlar və Şərhlər" qəzetinin sosial siyasət və təhsil bölməsinin müxbiri. 2004: «Svema» müəssəsinin Şostka şəhərindəki baş hüquq konsulu. 2005: "SD LTD" ASC-nin hüquq şöbəsinin müdiri. 2006: «Solodko və Həmkarları» hüquq bürosunun icraçı direktoru.
Zakavkazski vestnik (qəzet)
Zakavkazski vestnik (rus. Закавказский вестник) — 1838-ci ildə Tiflisdə rus dilində nəşr olunan qəzet. Bu qəzet sonralar gürcü və Azərbaycan dillərində də buraxılmışdır. Həftəlik "Zakavkazski vestnik" qəzetinin ilk nömrəsini redaktor əvəzi kimi "Sovetnik Lyubarski" imzalamışdır. 1841-ci ildən redaktor yerində "İspolnyayuşi doljnosti vitse-qubernatora Vasilkovski" imzası gedir. Sonra isə P.İoseliani redaktor olur. Qəzet ardıcıl olaraq şənbə günləri çıxır, hər il 52 nömrəsi buraxılırdı. "Zakavkazski vestnik" iki müstəqil şöbədən ibarət idi: rəsmi və qeyri-rəsmi. Rəsmi hissədə fərmanlar, hökumət və inzibati orqanlara aid materiallar, qeyri-rəsmi şöbədə isə Zaqafqaziya xalqlarının iqtisadi və mədəni həyatını əks etdirən, rus mədəniyyətini təbliğ edən materiallar dərc olunurdu. Redaksiya qeyri-rəsmi şöbənin açılmasının məqsədi barədə yazırdı: 1845-ci ildən "Zakavkazski vestnik"də Bakı həyatına, xüsusilə Bakıda neft emalı məsələlərinə dair ilk publisist materiallar buraxılır.