Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Stavka
Stavka (rus. Ставка) - Rusiya imperiyasının (Birinci dünya müharibəsi) və SSRİ-nin (İkinci dünya müharibəsi) ümumi qərargahı. İkinci dünya müharibəsində, 23 iyun 1941-də Sovet Xalq Komissarlığı Şurası və Partiya Mərkəzi Komitəsinin əmri ilə Yüksək Sovet Hərbi Assambleya Təşkilatı oldu. Bu assambleyada Xalq Müdafiəsi Komissarı general Georgi Jukov, İosif Stalin, Vyaçeslav Molotov, marşal Kliment Voroşilov, marşal Semyon Budyonnı və xalq komissarı (narkom) və admiral Nikolay Gerasimoviç Kuznetsov vardı. Stavka Sovet Silahlı Qüvvələrinin bütün fəaliyyətlərini idarə edirdi, lakin bu idarə dövlət müdafiə komitəsinin göstlərişləri çərçivəsində gedirdi. Stavka ilə cəbhədə döyüşən komandirlər arasındakı əməkdaşlıq və əlaqə komandirlərin Stavkaya çağırılaraq məlumat verilməsi surətiylə reallaşırdı. Həmçinin, bu əlaqə bəzən assambleya təmsilçilərinin də şəxsən cəbhələrə gedərək yoxlanış və əməkdaşlıq etmələri ilə də təmin edilirdi.
Vislava Şimborska
Vislava Şimborska (pol. Maria Wisława Anna Szymborska; 2 iyul 1923[…], Kurnik[d], Böyük Polşa voyevodluğu[d] – 1 fevral 2012[…], Krakov) — Polşa şairəsi, tərcüməçi, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1996). Vislava Şimborska XX yüzillikdə ədəbiyyat sahəsində Nobel mükafatı alan beşinci polyak müəllifidir. O, Poznan yaxınlığındakı kiçik Kurnik şəhərində doğulmuşdu. Səkkiz yaşı olanda ailələri Krakova köçmüşdü. Xanım Şimborska artıq səksən ilə yaxındır ki, özünün sakit və mütəvazi həyatını Polşanın qədim paytaxtında yaşayır. İkinci Dünya müharibəsi illərində o, Krakovdakı gizli polyak məktəbini bitirmişdi. Müharibə dövründə dəmir yolunda fəhlə kimi çalışmış, bununla da Almaniyada məcburi əməkdən xilas olmuşdu. Krakovdakı Yagellon universitetində polonistika və sosiologiyanı öyrənmişdir. Lakin imkansızlıq ucbatından bu sahələrin heç birində təhsilini tamamlaya bilməmişdi.