Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Rosa istrica
Həmərsin (lat. Rosa canina) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Hündürlüyü 1,5-2,5 m ə çatan koldur. Budaqları qövsşəkilli əyilən, bəzən demək olar ki, düz budaqlı koldur; tikanları bərkdir, oraqşəkilli əyilmişdir, əsas budaqlarda tikanlar demək olar ki, düzdür, uzərində çiçək formalaşan budaqlarda isə həmişə qarmaqşəkilli dartılmış formada olub, coxsaylıdır. Orta yarpaqların uzunluğu 7-9 sm olub, çılpaqdır, yalnız əsas ox boyunca bəzən qısa tükcüklər yerləşmişdir. Yalançı zoğlar çox zaman ensiz olur, kənarları vəzili-kirpikciklidir və sivri qulaqcıqlıdır. Yarpaqcıqları 7 ədəd, nadir hallarda 5 və ya 9 ədəd olur, hər iki tərəfdən həmişə çılpaq və hamardır, çox hallarda ellipsvari qısa sivriləşmiş uca malikdir, uzunluğu 2-2,5 sm, eni 1-1,5 sm-dir, ümumiyyətlə, iti-mişarvaridir, çox vaxt dişcikləri vəziciklə sonlanır. Çiçəkləri çiçək qrupunda 3-5 ədəd, bəzən isə tək olur, və ya çiçək qrupu çox çoxçiçəklidir; çiçək saplağı 12–18 mm uzunluqda olub, çox vaxt yetişmiş meyvənin ölçüsünə bərabər olur. Nadir hallarda isə ondan uzun və ya qısa olur, adətən tükcük və vəzilərdən məhrum olur. Ləçəkləri ağımtıl-çəhrayı rəngdə olur və kasa yarpaqlarından qısadır.
Echinops nistrii
Echinops giganteus (lat. Echinops giganteus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
National Historic Landmark
Milli Tarixi Abidə və ya qısaca olaraq NHL (ing. National Historic Landmark) ― ABŞ federal hökuməti tərəfindən tarixi əhəmiyyətinə görə tanınmış tikili, əsər və ya regiona verilən addır. Tarixi Yerlərin Milli Ryestirində yerləşən 80 000-ə yaxın tikili, əsər və regiondan yalnız 2 430 ədədi NHL kateqoriyasına aid edilmişdir. Milli Tarixi Abidə Regionu və ya NHLD (ing. District National Historic Landmark), NHL tərəfindən tanınan və bir qrup tarixi baxımdan əhəmiyyətli binanı və ya əsəri özündə ehtiva edən regionlara deyilir. 9 oktyabr 1960-cı ildə, o zamankı ABŞ Daxili İşlər Naziri Fred Andrew Seatonun 92 əsəri NHL kateqoriyasında təsnif etməsini elan etməsi ilə başlamışdır. NHL təsnifatına daxil olan ilk əsərin, Ayova ştatının Sioux City şəhərində yerləşən Başçavuş Floyd məzarı və memorial abidəsi olmasına və bu qərarın 30 iyun 1960-cı ildə verilməsinə baxmayaraq, digər 91 əsərin elanı isə həmin il 9 Oktyabr tarixinə qədər siyasi səbəblərə görə təxirə salınmışdır. ABŞ Daxili İşlər Naziri tərəfindən NHL olaraq seçiləcək bir əsər üçün aşağıdakı şərtlərdən biri və ya bir neçəsi tələb olunur: Milli əhəmiyyətli tarixi bir hadisənin baş verdiyi bir region olmalıdır. Tarixi əhəmiyyət kəsb edən insanların yaşadığı və ya işlədiyi yerlər olmalıdır. Milləti formalaşdıran və ya əhəmiyyətli dərəcədə təsir göstərən bəzi fikirlərlə əlaqəli ikonik bir əsər olmalıdır.
Vitri-syur-Sen
Vitri-sür-Sen (fr. Vitry-sur-Seine) — Fransada yerləşən bələdiyyə, Paris şəhərinin cənub-şərq şəhərətrafı. Əvvəllər Viktoriakum adlanırdı. Daha sonra bir neçə dəfə adını dəyişən şəhər müasir adını 1897-ci ildə aldı. Vitri bir çox zərbələrdən xilas oldu: Yüzillik müharibə, II Karl qoşunları Qevarsiya və Protasiya kilsəsini yandırdıqda, armanyak və burginyon müharibəsi, dini müharibələr, Fronda, 20-21 əsrlərin dövründəki milli torpaqlarda iğtişaşlar. Hal-hazırda vitriots enerji, sənaye və digər fəaliyyətlərlə məşğuldur. Şəhərdə geniş müasir incəsənət muzeyi mövcuddur.
Vitri-sür-Sen
Vitri-sür-Sen (fr. Vitry-sur-Seine) — Fransada yerləşən bələdiyyə, Paris şəhərinin cənub-şərq şəhərətrafı. Əvvəllər Viktoriakum adlanırdı. Daha sonra bir neçə dəfə adını dəyişən şəhər müasir adını 1897-ci ildə aldı. Vitri bir çox zərbələrdən xilas oldu: Yüzillik müharibə, II Karl qoşunları Qevarsiya və Protasiya kilsəsini yandırdıqda, armanyak və burginyon müharibəsi, dini müharibələr, Fronda, 20-21 əsrlərin dövründəki milli torpaqlarda iğtişaşlar. Hal-hazırda vitriots enerji, sənaye və digər fəaliyyətlərlə məşğuldur. Şəhərdə geniş müasir incəsənət muzeyi mövcuddur.