VİTRİN

[ fr. ] Malları və ya müxtəlif şeyləri nümayiş etdirmək üçün mağaza pəncərəsinin dalında sərgi yeri, yaxud şüşə ilə örtülü şkaf, yeşik və s.
Laçın iki aydan bəri görmədiyi qəsəbənin ayrı-ayrı evlərinə, dükanların xırda-xuruşla bəzənmiş vitrinlərinə baxa-baxa gedirdi. M.Hüseyn.
…Məktəblilər vitrinlərin qabağında dayanıb baxır, kitabların üstünü oxuyur, bir-birinə göstərirdilər. Mir Cəlal.
Böyük dükanların vitrinləri, divarlar, hasarlar afişa, elan və reklamlarla dolu idi. S.Rəhman.

VİTAMİNSİZLİK
VİTSE...

Значение слова в других словарях