Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vistula
Vistula (pol. Wisła;alm. Weichsel‎) — Polşanın ən uzun və ən böyük çayıdır ki uzunluğu 1.047 km (651 mil)dir. Vistulanın su sahəsi 194,424 km ² dir ki 168,699 km ² Polşada ərazisində yerləşir (ölkəni yarıya bölür). Vistula, Polşanın cənubunda yerləşən Barania Qora dağından qaynaqlanır ki dəniz səthindən 1220 metr ucadır və Silesian Beskidz (Karpat dağlarının qərb hissəsində)dağ silsiləsində yerləşir.Vistula, burada Ağ kiçik Vistula (Biała Wisełka) və Qara kiçik Vistula (Czarna Wisełka) ilə başlanır. O, yol boyu bir neçə iri Polşa şəhərlərindən o cümlədən Krakov, Sandomierz, Varşava, Potsk, Votsoavek, Toruni, Bidqoşç, Şvyeçe, Qruconts, Tçev və Qdanskdan keçərkən geniş Polyak düzənliklər üzərində axınını davam edir.Vistula, bir delta və neçə qolları ilə Vistula laqununa boşalır və ya birbaşa Baltik dənizinin Qdansk körfəzinə daxil olur.
Vistula Universiteti
Vistula Universiteti — Polşada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri. == Tarixi və fəaliyyəti == 1996-cı ildə İqtisadiyyat və İnformatika Ali Məktəbi adı ilə fəaliyyətə başlayan bu təhsil müəssisəsi Polşanın ilk özəl ali məktəblərindən biridir. Bu ali təhsil ocağı 2011-ci ilin 11 fevral tarixindən etibarən universitet statusu əldə edərək Vistula Universiteti adlandırılıb. Universitet 25 000 m² sahəni əhatə edən əraziyə malikdir. Burada seminar məşğələləri üçün 2200 yerlik 7 auditoriya və 46 mühazirə zalı inşa edilib. Ali təhsil ocağında 10 kompüter zalı fəaliyyət göstərir. Eyni zamanda, ali məktəbin dəhlizlərində internetə çıxışla təmin olunmuş kompüterlər qoyulub. Bütün auditoriyalar müasir multimedia vasitələri və qurğularla təchiz edilib, seminar zallarında müasir audiovizual avadanlıqlar qurulub. Universitet şəhərciyində idman zalı, tennis kortu və trenajor zalları inşa olunub. Bütün tələbələrə pulsuz olaraq tibbi xidmətlər göstərilir.
Vistula-Oder əməliyyatı
Vistula-Oder strateji hücum əməliyyatı – 1945-ci ildə Sovet-Alman cəbhəsinin sağ cinahında sovet qoşunlarının strateji hücumu. Yanvarın 12-də başlayıb fevralın 3-də başa çatıb. O, 1-ci Belarusiya (komandiri - Sovet İttifaqının marşalı Georgi Jukov) və 1-ci Ukrayna Cəbhələrinin (Sovet İttifaqının marşalı İvan Konyev) qüvvələri tərəfindən həyata keçirilib. Vistula-Oder əməliyyatı zamanı Vistulanın qərbindəki Polşa ərazisi alman qoşunlarından azad edildi və Oderin sol sahilindəki körpübaşı tutuldu, sonradan Berlinə hücumda istifadə edildi. Əməliyyat sürətli xarakter daşıyırdı - 20 gün ərzində sovet qoşunları gündə 20-30 km məsafədə irəliləyirdilər. Bu müddət ərzində onlar düşmənin 7 möhkəmləndirilmiş xəttini və 2 böyük su səddini keçiblər. == Hücum ərəfəsində mövqe == 1945-ci ilin yanvarına qədər Alman ordusu kritik vəziyyətdə idi. Macarıstanda və Şərqi Prussiyada ağır döyüşlər getdi, Wehrmacht tədricən Qərb cəbhəsində geri çəkildi. İasi-Kişinev əməliyyatı zamanı Sovet ordusu Almaniya üçün strateji əhəmiyyətli Ploeşti neft bölgəsini (Rumıniya) ələ keçirdi. Müttəfiqlərin bombalaması Alman sənayesinə ciddi ziyan vurdu.