Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Vişnu
Vişnu (sanskr. विष्णु, viṣṇuIAST) — vişnuizmdə ali tanrı. Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər.
Şunut
Şunut dağı — Rusiya Federasiyasının Sverdlovsk vilayətində yerləşən bir dağ. Uralın 15 kilometr uzunluğundakı hisəsinin dağ zirvəsi. Yekaterinburqun qərbində yerləşir. Konovalovski silsiləsinin ən yüksək nöqtəsi olduğu kimi bir stratotipdir. Turistlər tərəfindən tez-tez ziyarət edilən, nadir bitkilərin yayılmış olduğu qaranlıq iynəyarpaqlı tayqa meşələri ilə örtülmüşdür. Şunut dağı mərkəzi hissəsində "Nijneserginski rayonu" və "Revda şəhər dairəsi" ilə sərhədində yerləşir. Konovalovski Uval silsiləsinin ən yüksək zirvəsidir. Hündürlüyü 726,2 metr olan dağ tamamilə qaranlıq iynəyarpaqlı meşə ilə örtülmüşdür və Krasnoyar kəndindən 10 kilometr cənub-qərbdə yerləşir. Dağın cənubunda Bardım çayının sağ qolu olan Şunut çayının başlanğıcı başlayır. Dağın zirvəsində şərq tərəfdən 60-70 metr hündürlüyə çatan kənar qayalar var.
Lisanüt-teyr
"Lisanüt-Teyr" və ya “Lisanut-Tayr” (ərəb. لسان الطیر‎; azərb. "Quşların dili"‎) — XVI əsrdə məşhur özbək şairi Əlişir Nəvai tərəfindən yazılmış əsər. Bu əsər Nəvainin sufi düşüncələrini və fəlsəfi baxışlarını əks etdirən mühüm poetik bir əsərdir və onun farsca qələmə aldığı əsərlərdən biridir. "Lisanüt-Teyr" Fəridəddin Əttarın "Məntiqüt-Teyr" əsərinin təsiri altında yazılmışdır və bənzər mövzulardan bəhs edir. Əttarın əsərində olduğu kimi Nəvainin əsərində də quşların simvolik və mənəvi səyahəti təsvir olunur. Əsas mövzu yenə də quşların öz hökmdarları olan Simurqu tapmaq üçün uzun və çətin bir səyahətə çıxmasıdır. Simurq burada haqqı və həqiqəti təmsil edir. Quşlar isə insan ruhunu və onun mənəvi kamillik yolunda keçdiyi mərhələləri simvolizə edir. Nəvainin "Lisanüt-Teyr" əsərində diqqət çəkən məqam odur ki, o, öz dövrünün sufi düşüncələrini dərin poetik ifadələrlə zənginləşdirir və insanın Allaha çatmaq yolundakı maneələri və keçməli olduğu mərhələləri özünəməxsus şəkildə izah edir.