Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Veselin Topalov
Veselin Topalov (bolq. Веселин Топалов, 15 mart 1975, Ruse) — bolqar şahmatçı, qrosmeyster, FİDE-nin versiyasına görə şahmat üzrə 2005-ci il Dünya Çempionu, 2005-ci Şahmat Oskarının sahibi. 1971-ci ildən FİDE-nin reytinq siyahısı nəşr olunur. Topalov Harri Kasparov, Anatoli Karpov, Bobbi Fişer, Maqnus Karlsendən sonra ən çox siyahının önündə yer alan şahmatçıdır. 1994-cü ildən bəri Bolqarıstan millisinin lideridir. Müxtəlif vaxtlarda FİDE Dünya Çempionatının fərqli mərhələrinə qədər mübarizəsini davam etdirib. Nəhayət, Argentinada keçirilən FİDE Dünya Çempionatının ilk dövründə 7 oyundan 6½ xal toplayaraq ikinci dövrdə sadəcə heç-heçələr edərək çempion adını qazandı. 2006-cı ilin mayında M-Tel Masters turnirində 10 oyundan 6½ xal toplayaraq birinci oldu. 2007-ci ildə 19-cu kateqoriyalı Corus Chess turnirində ilk yeri bölüşdürdü. 2007-ci ildə Dünya Kubokunu Qata Kamski qazandı və Topalovla matç keçirdilər.
Viszlát nyár
Viszlát nyár (azərb. Sağol, yay‎) — Macarıstanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. AWS "Viszlát nyár" mahnısı ilə Macarıstanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil etmişdir. Post-hardkor üslubunda olan mahnı AWS qrupunun üzvləri Daniel Kökenyes, Bens Braker, Aron Veress, Soma Şisler və Örs Siklosi tərəfindən bəstələnmişdir.
Frantişek Veselı
Frantişek Veselı (7 dekabr 1943, Praqa – 30 oktyabr 2009, Praqa) — Çexiya futbolçusu == Həyatı == Çexiyalı Avropa çempionu Frantişek Veselı 2009-cu ildə dünyasını dəyişib. 1976-cı ildə qitə birinciliyinin qalibi olan veteran futbolçu 65 yaşında ürək tutmasından ölüb. == Karyerası == Frantişek karyerasının böyük hissəsini keçirdiyi Praqanın "Slaviya" klubunda 920 oyunda meydana çıxıb. O, Avropa çempionluğunu qazandığı Çexoslovakiya yığmasının heyətində 34 görüş keçirib.
Kisəli ayı
Kisəli ayılar
Kisəli ağacqurbağası
Kisəli ağacqurbağası (lat. Gastrotheca) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin hemiphractidae fəsiləsinə aid heyvan cinsi.
Kisəli fillər
Kisəli fillər (lat. Burramyidae) i̇kikəsicidişlilər dəstəsinə aid heyvan fəsiləsi.
Kisəli köstəbəklər
Kisəli köstəbəklər (lat. Notoryctemorphia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Kisəli yerqazanlar
Kisəli yerqazanlar (lat. Monodelphis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin opossumkimilər dəstəsinin opossumlar fəsiləsinə aid heyvan cinsi.
Köndələlən mielit
Köndələlən mielit — nisbətən qısa müddətdə (bir neçə saatdan bir neçə günə kimi) başlayan onurğa beyninin müəyyən səviyyəsi ilə bağlı olan və struktur dəyişikliyi (məsələn, disk yırtığı) ilə müşahidə olunmayan sidik kisəsinə və bağırsaq funksiyasına nəzarətin pozulması ilə müşahidə edilən motor və sensor pozuntulardır. Bu DS-nin ilk təzahürü ola bilər, amma belə pasiyentlərin üçdə birində gələcəkdə heç bir həmlə müşahidə olunmur. Onurğa beyninin kəskin disfunksiyası olan hər bir şəxs təcili surətdə müayinədən keçməlidir, çünki onda cərrahi əməliyyatı tələb edən kompressiv zədələnmə ola bilər.
Visali Şirazi
Mirzə Məhəmmədşəfi Visali Şirazi (1782, Şiraz – 1846) — Qacarlar dövrü İran şairi. == Həyatı == Mirzə Məhəmmədşəfi Məhəmmədismayıl oğlu 1783-cü ildə Fars əyalətinin mərkəzi Şirazda doğulmuşdu. Ləqəbi Mirzə Kiçik, künyəsi Əbu Məhəmməd və Əbu Əhməddir. Atası Məhəmməd İsmail, Nadir şahın katibi idi. Atasını kiçik yaşda itirincə ana tərəfindən babası şair Mirzə Əbdürrəhim onu himayəsinə aldı. Ardından dayısının yanına getdi, ondan ərəb və fars dilləri ilə bərabər gözəl yazı yazmağı və oxumağı öyrəndi. İstedadı sayəsində xətt sənətində və şeirdə uğur qazandı. Dayısının, şeir oxumasını əngəlləməsinə rəğmən Visal şeir söyləməyi sürdürdü. İlk dönəm şeirlərində "Məhcur" təxəllüsünü işlətdi; daha sonra şeyxi ona "Visal" təxəllüsünü verdi. Visal musiqi təhsili də aldı.
Kisəli göbələklər
Kisəli göbələklər (lat. Ascomycota) — fungi aləminə aid göbələk şöbəsi. Bu şöbə 30000-dən artıq növü birləşdirir ki, bu da məlum göbələk növlərinin 30 %-ni təşkil edir. Kisəli göbələklərin əsas əlaməti cinsi proses nəticəsində kisələrin və ya askların, yəni sabit sayda, adətən 8 ask sporundan təşkil olunmuş təkhüceyrəli strukturun əmələ gəlməsidir. Kisələr ya birbaşa ziqotdan ya da bu ziqotdan meydana gələn askogen hiflər əsasında yaranır. == Ümumi xarakteristikası == Bu göbələklərin vegetativ cismi şaxələnmiş haploid mitselilərdən təşkil olunmuşdur, onlarda septalaşaraq arakəsmələrə malikdir. Kisəli göbələklərin hüceyrə divarının tərkibi xitin və qulikan, o cümlədən, D-qlükozanın polimerlərindən ibarətdir. Kisəli göbələklərin vegetativ çoxalması ya mitselinin fraqmentləşməsi, ya da mayayabənzər hüceyrələrin bölünməsi yolu ilə həyata keçirilir. Bu göbələklər arasında qeyri-cinsi çoxalma da geniş yayılmışdır. Bu göbələklərin qeyri-cinsi çoxalması həmişə ekzogen sporlar və ya konidilər vasitəsilə həyata keçirilir.
Vəlit (Xaybulla)
Buzaulık kəndi (başq. Быҙаулыҡ) - Rusiyanın Başqırdıstan Respublikası Xaybulla rayonu Selin kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Vəlit kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Akyar): 48 km., kənd sovetliyindən (Selin): 20 km. ən yaxın dəmiryol stansiyasından (Sibay stansiyası): 73 km. == İstinadlar == == Mənbə == Başqırdıstan Respublikası Bələdiyyələr Şurası.
Kiçik kisəli siçan
Kiçik kisəli siçan (Antechinus minimus ) yırtıcıların kisəli siçanlar ailəsinin bir növüdür. Avstraliyaya xasdır == Yayılması == Alt növü A. m. maritimus cənub-şərqi Avstraliya əyalətlərinin sahil bölgələrində , Cənubi Avstraliya Viktoriya , o cümlədən adanın qərbində Peninsula Vilson Promontoridə daha çox yayılmışdır. Alt növü A. m. Minimusa Tasmaniya və Bass Boğazı ərazisində təsadüf edilir . Təbii yaşayış sahəsi - yüksək rütubət və sıx məskunlaşma olan ərazilərdir. Onlar meşəliklərdə, çəmənliklər və kollarda yaşayırlar . == Görünüş == Yetkin fərdlərin orta çəkisi təxminən 42 q-dır. Bədənin uzunluğu - 90-140 mm, quyruq - 60-100 mm çatır. Xəzi yumşaq, incədir.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. == Yayılması == Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir . Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . == Görünüş == Bu növ cinsin demorfizmi var.
Oje Qiselin de Busbek
Ogier Ghiselin de Busbecq (1522[…], Komines[d], Eno – 28 oktyabr 1592, Ruan) — Avstriya monarxiyasına xidmət etmiş holland diplomatı olmuşdur. Eyni zamanda, XVI əsr İstanbulu ilə bağlı ən mötəbər mənbələrdən biri olan “Türk məktubları”nı yazmış və bununla da ədəbiyyatda səyahət məktubları janrının öncüllərindən biri olmuşdur. Türk laləsini Avropaya tanıdan şəxs kimi də tanınır. == Həyatı == O, indiki Fransanın şimalında yerləşən Busbek şəhərində anadan olub. Atası Georges Ghislain, anası Catherina Hespiel idi. O, indiki Cənubi Belçikanın Vervik və Komines şəhərlərindəki məktəblərdə və Leuven Universitetində təhsil almışdır. Daha sonra təhsilini o dövrün ən yaxşı təhsil ocaqlarının olduğu İtaliyanın Venesiya başda olmaqla bir neçə fərqli universitetində başa vuraraq dövlət qulluğuna qədəm qoymuşdur. 1552-ci ildə Avstriya knyazı I Ferdinandın rəhbərliyi altında vəzifəyə təyin edilmişdir. İki il sonra o, Avstriya adından İngiltərəyə göndərilmiş, orada İngiltərə kraliçası Meri Tudor və İspaniya şahzadəsi II Felipenin toy mərasimində iştirak etmişdir. Busbekin növbəti təyinatı Avstriyanın Osmanlıdakı səfiri olmaq olmuşdur.