Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ağadost
Çatqıran, Ağadost — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Abovyan, Kotayk) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km cənub-şərqdə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə "müsəlmanların yaşadığı Çatqıran", Qafqazın 5 verstlik xəritəsində Cadqran, erməni mənbələrində həm də Çatıqran kimi qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Qırxbulaq nahiyəsində "Müsəlmanların yaşadığı Çatqıran kəndi" ifadəsi vardır 1945-ci ildə kənd ermənicə Qeqaşen adlandırılmışdır. Yerli tələffüz forması Cadqırandır. 1590-cı ilə aid mənbədə də Cadqıran kimidir. 1590-cı ilə aid mənbədə Cadqıran kəndinin həm də Ağadost adlandığı göstərilir. 1727-ci ilə aid türkcə mənbədə Çatkıran kimi qeyd olunmuşdur == Toponimi == Toponim türk dilində "dağ beli, dağın çıxıntısı, qayalı yüksəklik, iki dərəni birləşdirən yer, yarğanh, dərəli sıra dağlar", "iki çay arasında yer> mənasında işlənən çat sözü ilə türk dilində (əslən monqol dilinə mənsubdur) "çəpər, hasar", "düşərgə", "heyvanlar üçün ağıl", "yaşayış yeri", "alaçıq" mənasında işlənən kuren (>quran >qıran >qran) sözündən əmələ gəlib, "qayalıqda, iki dərənin, iki çayın arasında olan yaşayış yeri, kənd" mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Razdan, 21. X.1967-ci il fərmanı ilə yenidən dəyişdirilib Gexaşen qoyulmuşdur.
Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Qisili Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır. 2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
Arjeles-Qazost (rayon)
Arjeles-Qazost (fr. Argelès-Gazost) — Fransanın Cənubi Pireney regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Pireney. Suprefektura — Arjeles-Qazost. Rayon əhalisi 2006-cı ildə 39 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 30 nəfər / km². Rayon ərazisi — 1,300 km².
Qadjet
Qacet (ing. gadget — uyğun gələn, əlavə) və ya mini-proqramlar — əldə gəzdirilə bilən orijinal, qeyri-standart texniki qurğu. Qacet kimi əl fənəri, mobil telefonu, fləş götürülə bilər. == Xüsusiyyətləri == Portativliyi! O az çəkidə olmalı və cibdə yerləşə bilinməlidir. Funksiyalı . Müxtəlif funksiyaları yerinə yetirə bilməlidir. Məsələn, saat göstərməli, radioqəbuledicisi olmalı, pleyer kimi istifadə ediə bilməli, informasiya daşıyıcısı kimi istifadə edilə bilinməlidir. Məhdud imkanlı. Onun özü sərəbəst funksiya yerinə yetirən olmamalıdır.
Qlanost
Qlasnost (rus. гла́сность) və ya Aşkarlıq — SSRİ-nin son dövründə Mixail Qorbaçovun liderliyində ölkədə xüsusilə iqtisadi problemlərə son vermək məqsədiylə tətbiq siyasətlərin hamısına verilən addır. 1985-ci ildə tətbiq olunmağa başlamış, SSRİ-nin dağılmasıyla sona çatmışdır.
Radest
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Rodost
Bizant (q.yun. Βισάνθη), daha sonra Rodost (q.yun. Ῥαίδεστον) və ya Radest (lat. Rhaedestum) — Qədim Frakiyada, Propontida sahilində tarixi şəhər. == Coğrafiya == Şəhər indiki Təkirdağ yaxınlığında yerləşirdi. == Tarix == Şəhər samoslular tərəfindən salınmışdır. Bizant e.ə. IV əsrdə Odris çarlığının tərkibində idi. IV əsrdə Bizans imperatoru Yustinian şəhəri bərpa etməyə səy göstərir. Buna baxmayaraq, şəhər bulqarlar tərəfindən 813-cü və 1206-cı illərdə məhv edilir.
Alost
Alst (nid. Aalst, Niderlandca tələffüz: [aːlst] ( dinlə)) və ya Alost (fr. Alost, Fransızca tələffüz: [alɔst]) — Belçikada, Şərqi Flandriya əyalətində şəhər. Dender çayında gəmi dayanacağıdır. Dəmiryol qovşağı var. Kətan, pambıq parça, inək, krujeva, dəri-ayaqqabı və yeyinti sənayesi var. == İstinadlar == == Əlavə ədəbiyyat == Anon. "From Then til Now". www.brabantia.com. 2014.
Aqost
Aqost (isp. Agost) — İspaniyada yerləşən bələdiyyə və şəhər. Bələdiyyə Alakanti ərazisinin 66,64 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 4818 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 18 km uzaqlıqda yerləşir.
Gadus
Treska (lat. Gadus) — Treskalar fəsiləsinə aid balıq cinsi. Ümumilikdə cinsə üç növ daxil edilsə də, hazırda Mintay növü də bura daxil edilir.
Ghost
Ghost — 2008-ci ildə İsveçdə yaradılan metal qrupu. "Ghost" (ABŞ adı ilə Ghost B.C.) 2008-ci ildə İsveçin Linköping şəhərində qurulmuş Qremmi mükafatlı heavy/doom metal qrupudur. 2010-cu ildə 3 mahnıdan ibarət demo ilə birlikdə "Elizabeth" adlı sinql və çıxış (ilk) albomları olan Opus Eponymous'u yayımlamışdır. Həmin il İsveçin Grammis mükafatlarına namizəd göstərilən albom müsbət rəylər almış və qrupun məşhurluğunu daha da artırmışdır. Infestissumam adlı ikinci albomlarını 2013-cü ildə yayımlayan qrup İsveç çartlarında zirvədə yer almış və sözügedən albom ilə həmin il İsveçin Grammis mükafatlarının Ən Yaxşı Hard Rock/Metal kateqoriyasını qazanmışdır. Qrup 2015-ildə artıq sayca üçüncü olan Meliora albomunu yayımlamış və bu albomdan olan Cirice sinqlı ilə "58-ci Qremmi Mükafatları"nda Ən Yaxşı Metal performansını qazanmışdır. Ghost səhnədə teatrikal və artistik performansları ilə tanınmaqdadır. Qrup 6 üzvdən ibarətdir və üzvlərdən yalnız biri fərqli görünüşü ilə anti-Papa personajına malik Papa Emeritus ləqəbli vokalistdir. Digər 5 üzv isə Nameless Ghouls (Adsız Pis Ruhlar) adlanır və pentaqramdakı (5 guşəli ulduz) 5 elementi təmsil edir və pentaqrama görə hava, od, su, torpaq və ruh elementləri ilə bir-birindən seçilirlər. Qrup bu vaxta qədər heç bir müsahibə, konsert və digər qatıldığı yerlərdə maskalarını çıxartmamış və özləri haqda heç bir məlumat verməmişdir.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qatos
Katos — Azərbaycan Respublikasının Laçın rayonu Qarakeçdi kənd inzibati ərazi dairəsində kənd.1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. == Tarixi == Katos dağ yamacındadır. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində yaxınlıqdakı Şeylanlı kəndindən köçüb gəlmiş ailələr (nəbilər, xudular və əsədlər nəslinə mənsub) Katos meşəsi adlanan yerdə salmışlar. Qədim türk dillərində katıs "birləşmək, qarışmaq", kadus "gözəllik", "sənət əsəri" mənalarında işlənmişdir. == Mədəniyyəti == 1969-1970-ci illərdə kənddə ibtidai məktəb fəaliyyət göstərmişdir. Məktəbin əsası Böyük Vətən Müharibəsində xidmətlərinə görə "Rəşadətli Əməyə görə" medalı ilə təltif edilən, kəndin ziyalısı İsmixan Mustafa oğlu Abdullayev tərəfindən qoyulmuşdur. 1980-ci ildə kənddə 8 illik əsas məktəb fəaliyyət göstərmişdir. 8 illik məktəbin əsası isə İsmixan Abdullayevin oğlu Məhyəddin İsmixan oğlu Mustafayev tərəfindən qoyulmuşdur. Katos, Şeylanlı və Ağbulaq kənd camaatı arasında savadsızlığın ləğv edilməsi, onların təhsil almasında və maariflənməsində İsmixan Abdullayevlə yanaşı onun övladları Mustafa və Məhyəddin Mustafayevlərin xidmətləri əvəzsiz olmuşdur.
Qayot
Qayot-(rus. гайоты, ing. guyots)amerikalı coğrafi və geoloq A. Qüyotun (1807-1884) şərəfinə adlandırılmışdır. Ətraf sahələrdən təcrid olunmuş hamar zirvəli sualtı vulkanik dağlar. Belə hesab edirlər ki, zirvənin hamarlanması qədim abraziya və yaxud subaeral denudasiya nəticəsində baş vermişdir. Sakit okeanda müşahidə olunur. Q. zirvəsi 200 m-dən 2000 m-ə qədər dərinlikdə yerləşir.
Qado-qado
Qado-qado (indoneziya. gado-gado) — İndoneziya mətbəxinin şorbasıdır. Müxtəlif növ tərəvəz və bir sıra digər məhsulların bişməsindən alınır. Şorbaya araxis şirəsi də əlavə edilir. Xüsusən Yavada bu yemək çox məşhurdur. Müxtəlif regionlarda bişirilimə qaydası da müxtəlifdir. == Yaranması və yayılması == Qado-qado Yava şorbası adlanır. Adanın qərb və şərq hissəsinin milli şorbasıdır. onun bir çox növləri mövcuddur. XX əsrin ikinci yarısında qado-qado İndoneziyanın digər bölgələrinə yayılmağa başladı.
Eldost Bayram
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Bayramov
Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; 25 yanvar 1947, Çöl Ərəb, Kürdəmir rayonu) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008) == Həyatı == Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır. Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb. == Filmoqrafiya == Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar.
Eldost Hüseynov
Eldost Asəf oğlu Hüseynov (16 dekabr 1996, Talışnuru, Şamaxı rayonu – 7 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Eldost Hüseynov 1996-cı il dekabrın 16-da Şamaxı rayonunun Talışnuru kəndində anadan olub. 2002-2013-cü illərdə Talışnuru kənd tam orta məktəbində, 2013-2017-ci illərdə isə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Subay idi. == Hərbi xidməti == Eldost Hüseynov 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Eldost Hüseynov oktyabrın 7-də Talış döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Eldost Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Melody Gardot
Melody Gardot (2 fevral 1985, Nyu Cersi) — Qremmi mükafatçısı, yazıçı, bəstəkar. == Həyatı == Melodi Qardot 2 fevral 1985-ci ildə doğulmuşdur. Ona blyuz və caz musiqisində Cudi Qarland Cenis Coplin Mayls Deyvis Dyuk Ellinqton Stan Qetz və Corc Göşvinin böyük təsiri olmuşdur. Onu həm də Nina Simyone ilə müqayisə edirlər. Qardot buddizmi öyrənir. O həm də özünü dünya vətəndaşı adlandırır. 2003cü ildə Filadelfiyada ağır yol qəzası keçirmişdir. Belə ki o işıqforun qırmızı işığına məhəl qoymamış və ağır qəza nəticəsində başından onurğa sütunundan ciddi xəsarət almış çanağının iki yerdən qırmışdır. Qəza onun həm də yaddaşının bir müddətinə pozulmasına da səbəb olmuşdur. Müalicədən sonra o yenidən musiqi karyerasına davam etmiş və 5 musiqidən ibarət Some Lessons: The Bedroom Sessions adlı EP albomunu öz prodüerliyi ilə buraxmışdır.
Qadişa vadisi
Qadişa vadisi (ərəb. وادي قاديشا‎) — Livanın Şimal mühafəzəsinin Beşarri və Zğarta nahiyələrində yerləşir.
Qalust Gülbənkiyan
Qalust Gülbənkiyan (erm. Գալուստ Կիւլպէնկեան; 29 mart 1869, Üsküdar, Konstantinopol, Osmanlı imperiyası – 20 iyul 1955[…], Lissabon) — Erməni əsilli Britaniya iş adamı, filantropist və neft maqnatı.
Qavdos adası
Qavdos adası- (yun. Γαύδος)- Aralıq dənizində Yunanıstana məxsus ada. == Əsas xüsusiyyəti == Krit periferiyasının Qavdos əyalətinə aiddir. Tripiti burnu Yunanıstanın və Avropanın ən cənub nöqtəsi hesab edilir. == Coğrafi mövqeyi == Krit adasının cənubundan 35 km məsafədə yerləşir. Adanın sahəsi-27 кm²-dir. Dəniz səviyyəsindən ən hündür nöqtəsi isə 345 m-dir. 2011-ci ildə aparılan əhali siyahıya alınmasına əsasən adadın 152 nəfər əhalisi vardır. Belə ki, bu ada Krit adalarının içərisindən ən çox əhalisi olan bu adadır. Buranın əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur.
Robert Qardos
Robert Qardos (16 yanvar 1979, Budapeşt) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Qardos Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Robert Qardos Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Robert Qardos Avstriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Roberto Qardos
Robert Qardos (16 yanvar 1979, Budapeşt) — Avstriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Robert Qardos Avstriyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, Komanda turnirində isə 4-cü pillənin sahibi olub. Daha sonra Robert Qardos Avstriyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və Komanda turnirində 5-ci pillənin sahibi olub. Robert Qardos Avstriyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub.
Aost
Aost (fr. Aoste) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Şartryoz-Qye kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38153. Kommunanın 1999-cu il üçün əhalisi 1715 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 207 ilə 256 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 65 km şərqdə, Qrenobldan 50 km şimalda yerləşir.