Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Astronom
Astronom — göy cisimlərini (ulduzlar, planetlər, kosmik fəza və s.) öyrənən mütəxəssis.
Həvəskar astronom
Həvəskar astronom — hər kəsin məşğul ola biləcəyi səma müşahidələrinə, araşdırmalara və əldə edilən məlumatlara verilən astronomiya elminin alt sahəsidir. Astronomiya ilə həvəskar olaraq məşğul olan şəxslərə "həvəskar astronom" deyilir. Həvəskar astronomlar, yalnız bir durbinlə ya da başqa teleskoplarla səma müşahidəsi edə bilərlər. Həvəskar astronomiyada müşahidə etmək, göy hadisələrini anlamaq və kosmologiya qədər uzanan geniş bir elm sahəsində araşdırma etmək vacibdir. İstifadə edilən müşahidə vasitəsinin növünə görə müşahidə sahəsi artar. Həmçinin həvəskar kosmonavtika proqramları da var. Bunlar; Hallo northern sky, Carte du ciel, "Alpha Centauri" kimi planetaryum proqramları və yalnız hesablarla ya da gələn siqnalları araşdıran radioteleskoblu proqramlarıdır.
Yasuaki (astronom)
Asada Qoryu (麻田 剛立, 10 mart 1734 və ya 6 fevral 1734, Kitsuki hanı[d], Saykaydo[d] – 25 iyun 1799, Osaka[d], Osaka) – Yaponiya astronomu və həkimi. Yaponiyada müasir astronomiyanın qabaqcılı olmuş, Yaponiyada təqvim islahatında vacib rol oynamışdır. Yaponiya astronomlarının ənənəvi Çin texnikalarından Qərb texnikalarına keçid etməsi üçün ilham mənbəyi olmuşdur. Asada Kitsuki hanında yaşayan konfusiçi alim və həkim Keysay Ayabenin dördüncü oğlu idi. Doğulanda ona Yasuaki adı verilmişdi. Astronomiya və tibb öyrənmiş, 1767-ci ildə daymyonun rəsmi həkimi təyin olunmuşdur. Tezliklə təqvim elminə maraq göstərməyə başlamışdır. O, 1772-ci ildə astronomiya ilə məşğul olmaq üçün həkimlik vəzifəsini tərk etmək istəsə də, daymyo ona bu icazəni verməmişdir. Buna görə də daymyonu qeyri-qanuni şəkildə tərk etmişdir. Osakaya qaçmış, adını Asada Qoryu olaraq dəyişdirmiş, astronomiyaya daha çox vaxt ayırmağa başlamışdır.
Əyyub Quliyev (astronom)
Əyyub Salah oğlu Quliyev (d. 1 iyun 1954, Şahbuz rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı, Beynəlxalq Astronomiya İttifaqının üzvü, AMEA müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor. ABŞ-nin Lovell rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlanacaq. Müvafiq astronomik kataloqlarda həmin kiçik planet ayyubguliev adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 — Heliofizika və Günəş sistemi cismlərinin fizikası Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 204 Xaricdə çıxmış elmi əsərlərin sayı: 110 Əsas elmi nailiyyətləri: Kometlərin tədqiqi: Çoxsaylı qanuauyğunluqlar bir sıra hipotez və nəzəriyyələr. Digər fəaliyyət sahələri. Poeziya və publistika ilə məşğul olur. "Niyazlılar (Dulusdan uzanan yollar)" - 2016 və "Palıd əfsanəsi" - 2024 kitablarının müəllifidir. Гулиев А.С., О возможности существования в зоне Нептун-Плутон неизвестной планеты, Кинематика и физика небесн.тел., 1987, t. 3, n.2, cc.28–33; Гулиев А.С.,Дадашов А.С., О трансплутоновых кометных семействах, Астрон.
Qastronomik turizm
Kulinariya turizmi (qastronomik turizm) - yeni bir yemək (içki, ədviyyat, şirniyyat və s.) ilə tanış olmaq məqsədilə edilən səyahətləri əhatə edir. Azərbaycan Respublikası "Turizm haqqında" Qanuna görə qastronomik turizm turistlərin səyahət edilən ölkənin (yerin) ənənəvi və (və ya) innovativ kulinariya nümunələri və ərza məhsulları, yerli ərzaq istehsalçıları ilə tanışlığı, kulinariya festivallarında və digər oxşar tədbirlərdə iştirakı ilə müşayiət olunan turizm formasıdır. Kulinariya turizmində turistlərə regionun milli mətbəxi və kulinariya mədəniyyəti ilə tanış olmaları hədəflənir. Burada təkcə yeməyin (içkinin) dadı yox, həm də içərisindəki inqridentlər, fərqli bişirilmə texnikaların da turistlərə tanıdılır. Əlbəttə ki, bu fəaliyyət müxtəlif qidalardan asılı olaraq (qurd, qurbağa, ilan, kərtənkələ, ilbiz və s.) bəzi turistlər üçün iyrənc görünə bilər. Belə olduqda turizm şirkətləri müştəri itirə bilər. Bir çox ölkələr fərqli qidalar üzrə ixtisaslaşmışdır və həmin qida üzrə qastronomik turizmdə aparıcı ölkə sayılır. Məsələn: Fransa şərab, Almaniya pivə, İspaniya panella, Türkiyə çiy köftə üzrə və s.