Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Həkim Qaşenin portreti
"Doktor Qaşenin portreti" (fransızca: Portrait du Dr Gachet avec branche de digitale / Le Docteur Paul Gachet) — holland rəssamı Vinsent van Qoqun ölümündən az əvvəl, 1890-cı ilin iyununda çəkdiyi rəsm əsəridir. Rəssamın sonrakı illərdə səhhətinə nəzarət edən Pol Qaşenin tülkü budağı ilə (o, rəssam üçün dərman iksiri hazırlamışdı) portreti 1990-cı il mayın 15-də Christie's hərracında rekord məbləğə — 82,5 milyon dollara satıldı. Sonrakı 15 il ərzində rəsm ən bahalı rəsmlər (satışa çıxarılanlar) siyahısında birinci oldu. == Sahiblik tarixçəsi (ilk versiya) == Van Qoqun ölümündən sonra rəsm onun bacısına miras qalmış, o da öz növbəsində 1897-ci ildə onu şəxsi kolleksiyaçıya satmışdır. Rəsm 1911-ci ildə Stadel İncəsənət İnstitutu tərəfindən alınana qədər bir neçə dəfə əl dəyişdirdi. Rəsm 1937-ci ilə qədər Frankfurt-Mayndə qaldı. 1933-cü ildə nasional-sosialistlər hakimiyyətə gəldikdən sonra rəsm sərgidən çıxarılaraq muzeyin saxlanc anbarına təhvil verilib. 1937-ci ildə, "degenerativ sənət" adlanan şeydən qurtulmaq üçün aparılan kampaniyanın ardınca, rəsm Reyx Təhsil və Təbliğat Nazirliyi tərəfindən müsadirə edildi. 1938-ci ildə Hermann Goering rəsm əsərini Amsterdamda bir sənət dilerinə satdı, o da öz növbəsində onu müharibə zamanı onunla birlikdə ABŞ-yə qaçan şəxsi kolleksiyaçı Ziqfrid Kramarskiyə satdı. Sonradan rəsm tez-tez Metropolitan İncəsənət Muzeyində sərgilənirdi.
Qalenit
Qalenit (qurğuşun parıltısı) – PbS — Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Selenli qalenit; svinçak – narındənəli bütöv sıx kütlələr. == Xassələri == Rəng – qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – bozumtul-qara; Parıltı – güclü, metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 7,4-7,6; Sərtlik – 2-3; Ayrılma – kub üzrə tam mükəmməl; Sınıqlar – pilləvari; Başqa xassələr – zəif elektrik keçiricisidir; Morfologiya – kristallar: heksaedrik, heksaoktaedrik, hərdənbir oktaedrik, bəzən skelet formalı, İkiləşmə: təmas və qarşılıqlı nüfuzetmə; Mineral aqreqatları: dənəvər kütlələr, druzalar. == Mənşəyi və yayılması == Skarn yataqlarında, bəzən püruzlar şəklində qələvi süxurlarda və peqmatitlərdə qeyd olunur. Qalenitin mineraloji əhəmiyyət daşıyan aqreqatlarına vulkanik qazlardan əmələ gələn məhsullar içərisində rast gəlinir. Geniş yayıldığı hidrotermal yataqlarda başqa sulfidlərlə birlikdə damarlar, metasomatik filiz cisimləri və püruzlar əmələ gətirir. Mühüm sənaye əhəmiyyətli toplularına polimetal və kolçedan-polimetal yataqlarında rast gəlinir. Sfaleritlə birlikdə karbonat süxurlarında iri filiz cisimləri əmələ gətirir. Nadir hallarda fosforit və pirit konkresiyalarında müşahidə edilir.
Yasnıy
Yasnı — Rusiya Federasiyasında yerləşən şəhər Orenburq vilayətinə daxildir == Tarixi == Şəhərin əsası 1961-ci ildə qoyulub. 1979-cu ildən şəhər statusunu daşıyır. == Coğrafiyası və iqlimi == == Əhalisi == 2017-ci ildə şəhər əhalisi 15000 nəfər təşkil edib.
Hind yaseni
Uca aylant (lat. Ailanthus altissima) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin simaroubakimilər fəsiləsinin aylant cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Azərbayacan şəraitində hündürlüyü 12-15 m (nadir hallarda 20 m.) m, diametri 60 sm olan, öz vətənində isə hündürlüyü 30 m-ə çatan ağacdır. Çətiri iri budaqlıdır, lakin iri yarpaqların çox olmasına görə sıxdır və kölgəlidir. Cavan budaqları açıq-qəhvəyi, yaşlı gövdəsinin rəngi isə açıq boz rəngdədir. Yarpaqları iri və mürəkkəbdir, uzunluğu 40-70 (90) sm-dir, tək lələkvaridir, ümumi saplaqda oturmuş 9-41 ədəd yarpaqcıqdan ibarətdir, xoşagəlməyən iyi vardır; yarpaqcıqların uzunluğu (4) 5-8 (13) sm, uzunsov-yumurtaşəkilli və yaxud neştərvari yumurtaşəkillidir. Qaidəsinə doğru dəyirmi və ya çəpinə kəsilmiş, tam inkişaf dövründə çılpaq, kənarları nazik kirpikcikli, qaidə hissəsində, hər birində 1-2 (3-4) ədəd iri dişlidir. Çiçək qrupu iri, süpürgəvari, kifayət qədər sıx olub, uzunluğu 20-30 sm-ə qədərdir. Çıçəkləri xırda, uzunluğu 2,5-3,5 mm, ikicinslidir və erkəkciklidir, xoşagəlməyən iyi vardır. Ləçəkləri 5-6 ədəd olub, xırdadır, yumurtaşəkilli, yaşılımtıl rəngli və tutqundur.
Əl-Qaniy
Əl-Qani/Əl-Qaniy (ər. الغني) — Allahın adlarından biri.