Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Genoqram
Genoqram – seçilmiş ailənin üzvləri arasındakı nəsillər arası qarşılıqlı münasibətlərin nümunələrinin xəritəsi və ya fotoşəklidir. Başqa sözlə desək, genoqram – ailənin, simvollar vasitəsilə çəkilmiş və ailə üzvləri arasındakı münasibətlərin qeyd edildiyi, şəcərə ağaçıdır ki, bu ağac mütəxəssisin ailə daxilindəki böhranın səbəblərini aşkar etməsi və ailəyə dəstək planını hazırlaması işini asanlaşdırır. Sosial işdə genoqramdan gücləndirici əlaqələrin, tələbatlar dairəsinin və müdaxilə məqsədlərinin aşkarlanması üçün istifadə edilir . İlk dəfə, uşaq və ailə ilə işdə genoqramdan Monika Mak Qoldrikin "Genoqramlar: Qiymətləndirmə və Müdaxilə" (Monica McGoldrick and Randy Gerson) "Genograms: Assessment and Intervention" kitabında istifadə edilmiş və populyarlıq qazanmışdır . Həmin vaxtdan etibarən, genoqramlardan müxtəlif ictimai elmlər, tibb, psixologiya, genetik araşdırmalar və s. geniş istifadə edilməyə başlamışdır. Bir çox klinik psixoloqlar genoqramı, Mürrey Bouenin 50-ci illərdə çap edilmiş ailə sistemləri nəzəriyyəsinə aid edir, belə ki, genoqramda ailə daxilində yaxınlıq və ya özgələşməklə bağlı nəsillər arası gərginliklərin ötürülməsini asanlıqla təsvir etmək mümkündür. Məhz bu dinamika Mürrey Bouenin nəzəriyyəsinin ana xəttini təşkil edir. Sistem nəzəriyyəsinə əsasən, ailə bir-biri ilə qarşılıqlı əlaqədə və bir-birindən qarşılıqlı asılı olan şəxsiyyətlər sistemidir. Hər-hansı şəxsiyyəti dərk etmək üçün, bu şəxsiyyətin ailə sistemini başa düşməliyik.
Geoqlif
Geoqlif — Yer səthinə çəkilmiş, ən azı 4 metr uzunluğu olan geometrik fiqur və ya geometrik bəzək. Bir çox geoqliflər böyük ölçüdə olduqlarından ancaq səma hündürlüyündən görünə bilərlər, məsələn Naska xətləri.
Yevqraf Meçnikov
Yevqraf İliç Meçnikov(rus. Евгра́ф Ильи́ч Ме́чников, 1770-1836)— Rusiyalı dağ mühəndisi, dövlət xadimi, senator. == Həyatı == Yevqraf İliç Meçnikov 21 may, 1770-ci ildə Rusiyada anadan olmuşdu. 1829-cu ildə Cənubi Qafqazı təftiş etmək üçün göndərilən senator Meçnikov və Kutaysov yoxlamanın nəticəsini raportlarında belə bildirirdilər: “Yüz minlərlə xalqın hüququ, namusu və mülkü komendantların kefinə tabedir. Xanlar dövründə əsasən, vergi toplananda və ya başqa mükəlləfiyyətlər istəniləndə mahaldakı adət və ənənə, ictimai vəziyyət və mülahizələrə əməl olunduğu halda, komendantlar bu məsələlərdə kar və kordurlar”. Həmin senatorlar Tiflisdən o dövrə Rusiya imperiyasının ədliyyə naziri D.B.Daşkova göndərdikləri raportda yazırdılar: “Bu vaxta qədər topladığımız məlumatdan aydın olur ki, bilavasitə Gürcüstan ərazisində hər cür pislik, rəzalət həddini aşaraq son dərəcəyə gəlib çatmışdır. Müsəlman vilayətlərindəki idarəyə gəlincə, burada idarə edənlərin zülmü ilə idarə olunanların məzlumluğu təsəvvür olunmaz dərəcədə faciəli şəkil almışdır. İnsan ləyaqəti tapdalanmış, ədalət tamamilə unudulmuş, qanunsuzluq, cinayət, qərəzçilik, rəislərin özbaşınalığı hökm sürür”. XIX əsrin əvvəllərində Azərbaycanın Rusiya tərəfındən işğalından ən çox əziyyət çəkən, sözsüz ki, ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər idi. Xanlıqlar dövründən qalma ənənəvi feodal istismarına müstəmləkə zülmünün əlavə edilməsi, yeni-yeni vergilər və mükəlləfıyyətlər qoyulması, vergilərin bölüşdürülməsi və yığılmasında hər cür qanunsuzluq, yerli hakimiyyət orqanlarının özbaşınalığı Azərbaycan kəndində sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi.
Evqraf Fyodorov
Evqraf Stepanoviç Fyodorov (rus. Евгра́ф Степа́нович Фёдоров; d. 22 dekabr, 1853. Orenburq, Rusiya – ö. 21 may, 1919. Petroqrad, Rusiya) — Rusiya riyaziyyatçısı, kristalloqrafı. Kristalloqrafiyanın banilərindən biri, 1890-cı ildə "Düzgün fiqurlar sistemində simmetriya" əsərində ilk dəfə kristalların 230 simmetriya qrupunun olduğunu almışdır. Həndəsə və başqa sahələrdə əsərlərin müəllifidir.. == Həyatı == == Fəaliyyəti == 1890-cı ildə "Düzgün fiqurlar sistemində simmetriya" əsərində ilk dəfə kristalların 230 simmetriya qrupunun olduğunu almışdır. Həndəsə və başqa sahələrdə əsərlərin müəllifidir.
Gəraf Əsgərov
Gəraf Əsgərov — Naxçıvan İnqilab Komitəsinin sədri == Həyatı == Şuşanın Hacı Əsgərlər məhəlləsindən idi. 1921-ci ildə Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində daşnaklar tərəfindən xaincəsinə qətlə yetirilmişdi. Şuşa şəhərindəki möhtəşəm evlərinin küçəyə tərəf divarında Gəraf Əsgərovun xatirə lövhəsi vurulmuş və bu barədə məlumat yazılmışdı. Eləcə də şəhərin küçələrindən biri onun adını daşıyırdı. Şuşada olan abidələrdən birdə Gəraf Əsgərovun mülküdür.