Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qlubokaya Şel
Qlubokaya Şel — Krasnodar diyarında, Soçi şəhəri daxilində mikrorayon. Mikrorayon Lazarevski rayonunun ərazisinə daxildir. == Coğrafiyası == Mikrorayon Lazarevski rayonunun mərkəzi hissəsində, Qlubokaya çayının mənsəbində yerləşir. Regional mərkəzdən - Lazarevskidən 25 km cənub-şərqdə, Mərkəzi Soçidən 47 km şimal-qərbdə və Krasnodar şəhərindən 255 km cənubda (yolla) yerləşir. Şimal-qərbdən Zubova Şel və cənub-qərbdən Qolovinka yaşayış məntəqələrinin əraziləri ilə həmsərhəddir. Qərbdə mikrorayon Qara dənizin suları ilə yuyulur. Şərqdə onun meşəli dağlar əhatə edir. Qlubokaya Şel Qara dəniz sahillərində dar bir vadidə yerləşir. Relyef əsasən dağlıqdır. Çay vadisi çox girintilidir və daralma dağlara doğru gedir.
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. == Turizm == Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. == Tarix == XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Qlubokoye gölü (Antarktida)
Qlubokoye — Şərqi Antarktidada yerləşən göl. Molodyojnaya qütb stansiyasının şərqində yerləşir. Yaxınlığında Lagernoye gölü var. 1962-ci ildə Sovet Antarktida Ekspedisiyası tərəfindən adlandırılmış və xəritələnmişdir.Hövzəsinin orta dərinliyi 30 m-dır. Gölün səthini bütün il boyu buz bağlayır, yalnız yay aylarında sahillər boyu sahil buzu əmələ gəlir, hansı ki quru ilə qar sulu buzun kənarı arasında kiçik su sahəsindən ibarətdir. İsti mövsümdə hövzənin buz səthində demək olar ki, qar örtüyü olmamadığndan, ölçülmüş gələn günəş radiasiyasının (5 Vt/m²-ə qədər) 10-15%-ı dibə çatır. Dibdə olan qatdakı suyun temperaturu 4 °C-dir. Gölün fitoplanktonu çox azdır, buna görə suyun şəffaflığı çox yüksəkdir — 15 m-ə qədər.
Yujnaya Qlubokaya buxtası
Yujnaya Qlubokaya buxtası — Berinq dənizinə daxil olan Olyutorski körfəzinin şimal-qərbində yerləşir. İnzibati baxımından Kamçatka diyarının Olyutorki rayonu ərazisinə daxildir. Qoven yarımadası sahilində yerləşir. Lavrov buxtası Koryak qoruğunun üç əsas bölgəsindən biridir. 1983-cü ildə kompleks şəkildə yerlio əhəmiyyətli təbiət abidəsi elan edilmişdir. == Təsviri == Lavrov buxtasından 8 mil cənub-şərqdə yerləşir. Qoven yarımadasının daxilində təqribi olaraq 3 mil məsafədə uzanır. Koryak öndağlığı, Pılqinski silsiləsi ətrafından keçir. Bu bazımından bir fiorddur. Sahilləri sıldırımlıdır.
Qlubokaya çayı (Şimali Dones)
Qlubokaya çayı — Rostov vilayəti ərazisindən axan çay. Qlubokaya çayı Şimali Dones çayının sol qolunu təşkil edir. O isə öz növbəsində Don çayına tökülür. Qlubokaya çayının uzunluğu 123 kilometr təşkil edir. Hövzəsinin sahəsi isə 1400 km²-dir. Çir çayının mənsəbinə 197 km qalmış ona tökülür. Kamensk-Şaxtinskinin əks tərəfindın Şimali Dones çayına tökülür. Burada nərəkimilər, karp, som və digər balıqlara rast gəlmık mümkündür. Burada həvəskar balıqçılıq inkişaf etmişdir. Çay əsasən yağış, qar və yer altı sularla qidalanır.