Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qluboka qəsri
Qluboka (alm. Frauenberg‎) ― Çexiyada tarixi şato. Qluboka ölkənin ən gözəl qəsrlərindən biri sayılır. Qluboka Çexiyanın ən məşhur və ən çox ziyarət edilən qəsrlərindən biridir. Qala 2019-cu ildə 293 000 nəfər ziyarətçi sayı ilə ən çox ziyarət edilən 3-cü qəsr olmuşdur. XIII əsrin ikinci yarısında indiki qalanın yerləşdiyi ərazidə qotik üslublu qəsr tikilmişdir. Bu qəsr ilk olaraq Renosans dövründə genişləndirilmiş, daha sonra isə 18-ci əsrin əvvəllərində Adam Frans şu Şvartsenberqin əmri ilə Barokko üslubunda qəsrə çevrilmişdir. 19-cu əsrdə II İohann Adolf şu Şvartsenberq qəsrin İngiltərədəki Vindzor sarayının romantik üslubunda yenidən qurulmasını əmr etmişdir. Memarlar Frans Beer ve F. Devoretskiy 1841-ci ildən 1871-ci ilə qədər 1,9 kvadrat kilemetrlik bir ingilis parkı ilə əhatə olunmuş romantik bir Neoqotik qəsr inşa etdilər. 1661-ci ildə İohann Adolf şu Şvartsenberq qəsri Baltasar Marradasın varislərindən satın almış və beləliklə Qluboka qəsri Şvartsenberqlər ailəsinə keçmişdi.
Qlubokoye gölü (Antarktida)
Qlubokoye — Şərqi Antarktidada yerləşən göl. Molodyojnaya qütb stansiyasının şərqində yerləşir. Yaxınlığında Lagernoye gölü var. 1962-ci ildə Sovet Antarktida Ekspedisiyası tərəfindən adlandırılmış və xəritələnmişdir. Hövzəsinin orta dərinliyi 30 m-dır. Gölün səthini bütün il boyu buz bağlayır, yalnız yay aylarında sahillər boyu sahil buzu əmələ gəlir, hansı ki quru ilə qar sulu buzun kənarı arasında kiçik su sahəsindən ibarətdir. İsti mövsümdə hövzənin buz səthində demək olar ki, qar örtüyü olmamadığndan, ölçülmüş gələn günəş radiasiyasının (5 Vt/m²-ə qədər) 10-15%-ı dibə çatır. Dibdə olan qatdakı suyun temperaturu 4 °C-dir. Gölün fitoplanktonu çox azdır, buna görə suyun şəffaflığı çox yüksəkdir — 15 m-ə qədər.