Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Quşencə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Quşəncə
Quşencə – Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Quşencə rayon mərkəzindən 10 km cənub qərbdə Dəvəbatan çayından və İsmayıllı-Qaraməryəm avtomobil yolundan 6 km aralı, Burnonuldağ silsiləsinin yamacında yerləşir. Əhalisi kənd təsərrüfatı və heyvandarlıqla məşğuldur. Kənddə vaxtı ilə şərab zavodu fəaliyyət göstərirdi. Hal hazırda kənddə orta məktəb, kitabxana, klub, tibb məntəqəsi, rabitə şöbəsi fəaliyyət göstərir. Əhalisi 2199 nəfərdir ki onunda 1110 nəfəri kişi, 1089 nəfəri qadındır. 1. Əhmədağa Şahbaba oğlu Babayev 1968-30.01.1994 2. Nadir Heydər oğlu Heydərov 1973-13.05.1994 3. Hacıyev Eldar Qədim oğlu 1968 - 1993 4.
Andrey Qluşenko
Andrey Qluşenko (23 oktyabr 1977, Kirovoqrad) — Ukraynanı təmsil edən triatlonçu. == Karyerası == Andrey Qluşenko Ukraynanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı 11-ci pillədə başa vurdu. Daha sonra Andrey Qluşenko Ukraynanı 2004-cü ildə Afina şəhərində (Yunanıstan) baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu. Növbəti dəfə Andrey Qluşenko Ukraynanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi və olimpiadanı nəticəsiz başa vurdu.
Quşencə bələdiyyəsi
İsmayıllı bələdiyyələri — İsmayıllı rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Gülşəni-şüəra
Gülşəni-şüəra (Şairlər gülşəni) — XVI əsrdə Əhdi Bağdadi tərəfindən qələmə alınan Bağdadda yaşamış türkdilli şair və alimləri haqqında müfəssəl məlumat verən təzkirə. Əsər Azərbaycan dilində yazılmış ilk təzkirə hesab edilir. "Gülşəni-şüəra"da Əhdi Bağdadi 381 (bunlardan 375 türkdilli) şairin özü və əsərləri haqqında çox mühüm və dəyərli məlumatlar verir. Bunlar əsasən azərbaycanlı və Osmanlı şairləridir. Təzkirə əlifba sırası ilə adlar göstəricisi olmaqla dörd rövzədən ibarət bir ensiklopedik abidədir. Təzkirə həmçinin Şəmsi, Hüsni, Rindi, Zöhdi, Muradi, Hüzni, Fəzli, Elmi, Kəlayi, Zaeyi və başqalarının həyat və yaradıcılığı haqqında ilkin məlumatlar verdiyi üçün böyük əhəmiyyət kəsb edir. Tədqiqatçı alim Süleyman Solmaz Əhdi təzkirəsinin önəmini içərisindəki başqa qaynaqlarda yer almayan şairlərin digər mənbələrdə olmadığını vurğulayır və yazır: “Çoğunluğu dövlətin doğu kəsimindən olan, digər təzkirələrin heç birində yer almayan 147 şair bunun ən bariz dəlilidir. İraq mehvər olmaq üzərə bugünkü İran və Azərbaycan, hətta Buxarayı da içinə alan, Suriya və Misirə qədər uzanan bir bölgədə yetişmiş bir çox şair ilk dəfə Əhdi ilə ədəbiyyat dünyamızdakı yerini almışdır." == Müəllifi == Əhdi Bağdadi haqqında mənbələrdə ilk məlumatı Aşıq Çələbi, Qınalızadə, Bəyani, Riyazi təzkirələrində rast gəlinir. Bağdadda anadan olan Əhdini əsl adı Aşıq Çələbi və Riyazi təzkirələrində Mehdi, Qınalızadə təzkirəsində və "Künhül-əxbar"da isə Əhməddir."Künhül-əxbar"da Əhdinin azərbaycanlı olduğu qeyd edilir. Türk təzkirəçilik tarixini araşdırdıqda məlum olur ki, Azərbaycan dilində ilk şüəra təzkirəsini Əhdi Bağdadi yazmışdır.
Şeyx İbrahim Gülşəni
Şeyx İbrahim Gülşəni (1423, Şamaxı – 1534, Qahirə) – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur. Dədə Ömər Rövşəninin vəfatından sonra səccadəsinə 1487-ci ildə İbrahim Gülşəni əyləşir. 50 ildən çox şeyxlik edən İbrahim Gülşəni 1501-ci ildə Təbrizdən ayrılana qədər burada 14 il şeyx olaraq fəaliyyət göstərmişdir. İbrahim Gülşəninin Amiddə (Diyarbəkir) və Azərbaycanın Bərdə şəhərində doğulması haqqında iki fərqli fikir vardır. Həyatı haqqında bilinənlər daha çox oğlu Əhməd Xəyalinin xəlifəsi Mühyi Gülşəninin Mənaqibi-İbrahim Gülşəni adlı əsərindən götürülmüşdür. Mühyi Gülşəni onun 1534-cü ildə vəfat edəndə 114 yaşında olduğunu söyləyir. Bu vəziyyətdə 1423-cü ildə doğulması güman edilir. Mühyi Gülşəni İbrahim Gülşəninin öz soyunu yeddi nəsil ilə oğuz ataya yetişdiyini söyləyir. Ziyalı bir ailəyə mənsub olan İbrahim Gülşəninin atası Məhəmməd Amidi fiqh, kəlam və məntiq mövzusunda əsərləri olan bir alim idi. Müəllimlik edən İbrahim Gülşəninin babası isə fiqh və təsəvvüfə dair əsərlərin müəllifi idi.
Şərh Sualati - Gülşəni-əsrar
Şərh Sualati – Gülşəni-əsrar – Müəllifi Seyid Yəhya Bakuvi olan bu əsər məşhur azərbaycanlı sufi şeyxi, filosof-alim Şeyx Mahmud Şəbüstərinin Gülşəni-raz adlı məsnəvisinin şərhidir. 1071 beytdən ibarət olan bu əsərdə ruh, nəfs, könül, sirr, qəbz-bəst, vaxt, yaxınlıq-uzaqlıq, qeybət, üns, heybət, əməl-yəqin, eynəl-yəqin haqqında soruşulan suallara mənzum olaraq verilən cavablardan ibarətdir. Mahmud Şəbüstərinin bu əsəri sufilər arasında çox rəğbətlə qarşılanmış, ona bir sıra şərhlər yazılmışdır. Bunlardan biri də Seyid Yəhyanın yazdığı Şərhi-sualati – Gülşəni-əsrar əsəridir.