Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aleksandr Qnezdov
Aleksandr Yefimoviç Qnezdov (rus. Гнездов Александр Ефимович; 17 sentyabr 1908, Vladimir quberniyası[d] – 1981) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Daha çox "Neftçi"nin ilk baş məşqçisi kimi tanınır. == Həyatı == Qnezdov futbolçu karyerasını 1926-cı ildə Bakının "Proqress" klubunda başlayıb. 1934-1936-cı illərdə Leninqradın "Stalinets" komandasında çıxış edib. Bu müddət ərzində komandanın heyətində cəmi 10 oyun keçirib, 6 qol vurub. 1937-ci ildə oynayan məşqçi kimi "Neftyanik" klubunun heyətində 13 oyun keçirib, 4 qol vurub. Qnezdov həm də Azərbaycan SSR-in ilk futbol şərhçisi olub. 1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməlini qoyan şəxslərdəndir. Birinci reportajı məhz özü aparıb.