Aleksandr Qnezdov

Aleksandr Yefimoviç Qnezdov (rus. Гнездов Александр Ефимович; 17 sentyabr 1908, Vladimir quberniyası[d]1981) — hücumçu mövqeyində çıxış etmiş sovet futbolçusu, məşqçi. Daha çox "Neftçi"nin ilk baş məşqçisi kimi tanınır.[1]

Aleksandr Qnezdov
Ümumi məlumatlar
Doğum tarixi 17 sentyabr 1908(1908-09-17)
Doğum yeri
Vəfat tarixi 1981
Vətəndaşlığı
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası[* 1]
1926—1927 SSRİ Proqress Bakı
1934—1936 SSRİ Stalinets Leninqrad 7 (5)
1937 SSRİ Neftyanik 11 (3)
Məşqçisi olduğu klublar
1937 SSRİ Neftyanik

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Qnezdov futbolçu karyerasını 1926-cı ildə Bakının "Proqress" klubunda başlayıb. 1934-1936-cı illərdə Leninqradın "Stalinets" komandasında çıxış edib. Bu müddət ərzində komandanın heyətində cəmi 10 oyun keçirib, 6 qol vurub.[2] 1937-ci ildə oynayan məşqçi kimi "Neftyanik" klubunun heyətində 13 oyun keçirib, 4 qol vurub.[1]

Qnezdov həm də Azərbaycan SSR-in ilk futbol şərhçisi olub. 1949-cu ildə Azərbaycan radiosunda futbol reportajlarının təməlini qoyan şəxslərdəndir. Birinci reportajı məhz özü aparıb.[1][3]

  1. 1 2 3 "Aleksandr Qnezdov". Neftchi.az. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  2. "Гнездов Александр Ефимович". Zenit-history.ru. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.
  3. "Veteran yenə öz yerindədir". Anl.az. 2023-11-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]