Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Non mi avete fatto niente
Non mi avete fatto niente (azərb. Sən mənə heç nə etmədin‎) — İtaliyanın 2018 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Ermal Meta və Fabritsio Moro dueti "Non mi avete fatto niente" mahnısı ilə İtaliyanın əsas musiqi hadisələrindən hesab olunan Sanremo musiqi festivalında qalib gəlmişdir. Qələbənin ardınca onların bu mahnı ilə İtaliyanı Portuqaliyanın paytaxtı Lissabonda keçirilən Avroviziya 2018-də təmsil edəcəkləri öz təsdiqini tapmışdır. Mahnı ifaçıların italyan söz yazarı Andrea Febo ilə əməkdaşlığı nəticəsində ərsəyə gəlmişdir.Mahnının əsas mövzusu dünyadakı müharibələr və son illərdə Avropanın və dünyanın müxtəlif şəhərlərində baş vermiş terror aktlarıdır. Mahnının sözlərində terror hücumuna məruz qalmış şəhərlərdən London, Nitsa, Barselona və Qahirənin adları çəkilir. "Non mi avete fatto niente" Mançester Arenadakı terror hadisəsindən sonra yazılmışdır.