Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Leonid Qovorov
Leonid Aleksandroviç Qovorov (22 fevral 1897[…] – 19 mart 1955[…], Moskva) — sovet hərb xadimi, Sovet İttifaqı Marşalı, Sovet İttifaqı Qəhrəmanı. == Həyatı == === Erkən həyatı === Leonid Qovorov 22 fevral 1897-ci ildə Rusiya imperiyasının Vyatka quberniyasında kəndli ailəsində anadan olub. Atası— Aleksandr Qriqoryeviç Qovorov gəmiçi olub. Anası—Mariya Aleksandrovna Qovorov (Panfilova) isə evdar qadın olub. Leonid Qovorovların dörd oğlundan ən böyüyü idi. Leonid Qovorov 1916-cı ildə Petroqrad Politexnik İnstitutunun gəmiqayırma şöbəsinə daxil olur. 1916-cı ilin dekabr ayında hərbi xidmətə çağırılır. 1917-ci ilin iyun ayında Leonidə leytenant rütbəsi verilir və o, Tomsk qarnizonunun kiçik zabit heyətində batareya komandiri olur. 1918-ci ilin mart ayında Leonid ordudan tərxis olunur və valideynlərinin yanına qayıdır. == Mükafatları == Qızıl Ulduz medalı (27.01.1945) "Lenin" ordeni (1941; 1942; 27.01.1945; 21.02.1945; 1947) "Qələbə" ordeni (31.05.1945) Qırmızı Bayraq ordeni I dərəcəli Suvorov ordeni (1943; 1944) Kutuzov ordeni (15.01.1944) Fəxri Legion ordeni (Fransa) == İstinadlar == == Ədəbiyyat == Glantz, David M. The Battle for Leningrad 1941–1944.