Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Salix govaniana
Salix myrtilloides (lat. Salix myrtilloides) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Ovadiya (peyğambər)
Avdi, Avdiya və ya Ovadiya (ivr. ‏עֹבַדְיָה‏‎ — «tanrıya qulluq») — Əhdi-ətiq peyğəmbəri, on iki kiçik peyğəmbərlərdən dördüncüsü. Avdi kitabı bir fəsildən ibarətdir, əsasən Yeremiya kitabından bir parçanın təkrarı hesab edilir. Avdiyanın nə vaxt və harada yaşadığı məlum deyil. Talmud onu iudaizmi qəbul etmiş idumeyalı adlandırır və onu e.ə. IX əsrin əvvəllərində İsrailin qəddar padşahı Ahavın tanrıdan qorxan idarəçisi ilə eyniləşdirir. Xristian ilahiyyatçısı Suriyalı Yefrem Ovadiyanın Sixemdən olduğunu və Osiya, İoil, Amos və Yeşua peyğəmbərlərin müasiri olduğunu (e.ə. IX–VIII əsrin sonu) yazırdı. Eyni zamanda, "Ovadiya" kitabının məzmunu göstərir ki, o, İudeya səltənətinin Babil tərəfindən ilk məğlubiyyəti dövrünə, yəni Yeremiya (e.ə. VII–VI əsrlərin sonu) ilə eyni vaxta təsadüf edir – bu, ona ünvanlanmış nitqdən aydın görünür.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (ing. Sin City: A Dame to Kill For) — 2014-cü il ABŞ istehsalı döyüş, cinayət, antologiya filmi. Rejissoru Robert Rodriges və Frenk Millerdir. Film 2005-ci ildə çəkilmiş "Günahlar şəhəri" filminin davamıdır. == Süjet == Film dörd hissədən ibarətdir: "O qadına görə öldürməyə dəyər", "Sadəcə başqa bir şənbə gecəsi", "Uzun dəhşətli gecə" və "Nensinin sonuncu rəqsi". Filmin əsas personajları: Nensi Kallahan (Cessika Alba), Marv (Mikki Rurk), Hartiqan (Brüs Uillis), Eva Lord (Yeva Qrin). == Kastinq == Menyut rolunda 2012-ci ildə vəfat etmiş Maykl Klark Dunkanı Dennis Heysbert əvəz etdi.
Günahlar şəhəri 2: O qadına görə öldürməyə dəyər (film, 2014)