MAL

1
I
сущ.
1. собир. разг. скот (четвероногие домашние сельскохозяйственные животные). İribuynuzlu mal крупный рогатый скот, mal otarmaq пасти скот; mala baxmaq ухаживать за скотом, malın qırılması падёж скота; malı sağmaq доить скот
2. перен. о глупом, недогадливом, несообразительном человеке
II
прил. скотный; mal əti говядина, mal həkimi ветеринарный врач, ветеринар
◊ mal sürüsü kimi как стадо баранов (овец), mal kimi gözünü döymək смотреть как баран на новые ворота
2
I
сущ.
1. товар (предмет торговли). Ərzaq malları продовольственные товары, sənaye malları промышленные товары, bahalı mal дорогой товар, işlək mallar ходовые товары, xariçi mallar импортные товары, təsərrüfat malları хозяйственные товары; malla təmin etmək снабжать товарами; mallara olan tələbat спрос на товары
2. разг. собственность (имущество, принадлежащее кому-л.). Özgə malı чужая собственность, dövlət malı государственная собственность, malını müsadirə etmək конфисковать собственность (имущество)
3. материал, ткань, материя. İpək mallar шёлковые ткани, yun mallar шерстяные ткани
4. разг. груз (товары, предназначенные для перевозки). Malların göndərilməsi отправление грузов; mal yükləyən грузчик, mal göndərən грузоотправитель
5. простореч. пышка (об очень привлекательной, пухленькой женщине)
II
прил. товарный. Mal fondu товарный фонд, mal ehtiyatı товарный запас, mal anbarı товарный склад
◊ malı mala qatma не смешивай своё и чужое; malı deyil kimin nə не по зубам кому что
MAQNOLİYA
MAL-DAVAR
OBASTAN VİKİ
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur. Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi. Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı.
Gətirilmə Mal-Qaradan Yüksək Məhsuldarlığın Alınması (1979)
Gətirilmə mal-qaradan yüksək məhsuldarlığın alınması (film, 1979)
İctimai mal
İctimai mal (ing. public good) — ödəyib-ödəməməsindən asılı olmayaraq bütün vətəndaşlar tərəfindən toplu şəkildə istehlak edilən bir mal. İctimai mallar ümumiyyətlə özəl mallara bənzəmir (istehlak üçün və yalnız sahibinə fayda verir), satışını təşkil etmək demək olar ki, mümkün deyil: fərdlər ictimai malların təsirlərindən istifadə etməkdən ləzzət alırlar, lakin bunun əvəzini ödəməkdən çəkinirlər (sərbəst atlı təsiri). == Tarixi == Dövlət və özəl malların ayrılması Aristotelin Siyasətinə qayıdır. İctimai rifah dövlətin mövcudluğunun məqsədidir. Aristotelin ənənəsi Foma Akvinskinin "ümumi xeyiri" (bonum Commune) vurğulayaraq davam etdirir. == Tərifi == K. R. Makkonnellu və S. L. Brüya əsasən, ictimai mal və ya məhsul — istisna prinsipinin tətbiq olunmadığı və istehsalı cəmiyyət tərəfindən əhəmiyyətli fayda gətirməsi şərtilə istehsalının dövlət tərəfindən təmin edildiyi mal və ya xidmətdir. == İctimai malının əlamətləri == istisna edilməmənin əlaməti — bir insanı bu malın istehlakçıları əhatəsindən kənarlaşdırmaq demək olar ki, mümkün deyil; istehlakda rəqabətsizliyin əlaməti — malın bir nəfər tərəfindən istehlak edilməsi başqası tərəfindən istehlak imkanlarını azaltmır; bölünməzlik əlaməti — yaxşılıq ayrı vahidlərə parçalana bilməz. == Nümunələr == Bu qədər təmiz ictimai mal yoxdur; qarışıq mallar daha çox yayılmışdır, həm özəl, həm də ictimai malların xüsusiyyətləri daxil olmaqla. Təxminən təmiz ictimai mallar gecə dənizçilərə rəhbərlik edən mayak işığını alan hər kəsə işıq saçır qanunun aliliyinin təmin edilmiş daxili və xarici təhlükəsizliyi onun ərazisində olan hər kəs üçün mövcuddur.
Arşın mal alan
Arşın mal alan (operetta) — Üzeyir Hacıbəyovun 1913-cü ildə yazdığı son operetta. Arşın mal alan (film, 1917) — Boris Svetlovun filmi. Arşın mal alan (film, 1937) — Setraq Vartyanın musiqili filmi. Arşın mal alan (film, 1945) — Rza Təhmasib və Nikolay Leşşenkonun filmi. Arşın mal alan (film, 1960) — Səməd Sabahinin filmi. Arşın mal alan (film, 1965) — Tofiq Tağızadənin filmi.
Mal Qrad adası
Mal Qrad və ya Maliqrad (alb. Qyteti i Vogël) — Tektokik göl olan Prespada yerləşən kiçik ada. Yunanıstan, Albaniya və Şimali Makedoniya ilə sərhəddə yaxın ərazidə yerləşir. Mal Qrad adası Prespa gölünün Albaniyaya aid hissəsində hündür bir platoda yerləşir. Sahəsi 5 hektardır. Qolen Qrad adasından sonra Prespa gölünün sahəsinə görə ikinci adasıdır. ada daimi əhaliyə sahib deyil Adada çoxlu sayda mağara vardır. Burada vəhşi heyvanlar yaşayır. Çömçəquyruğa bənzər quruluşa sahibdir. Bir hissəsi ağacla örtülmüşdür.
Mal bazarı qatili
Mal bazarı qatili — 1992-1993-cü illərdə Azərbaycan Respublikasının Ağdam və Bərdə rayonlarında ata-oğul, Elman Həsənov və Elşən Həsənov tərəfindən gerçəkləşdirilmiş silsilə qətl hadisəsi. Sözügedən hadisə Azərbaycan kriminologiya tarixinin ilk silsilə qətli hesab olunmaqdadır. İkili tərəfindən Ağdam rayonundan dörd, Bərdə rayonunuda üç nəfər olmaqla, ümumilikdə yeddi nəfər qətlə yetirilmişdir. Bərdə rayon polis idarəsinin əməkdaşlarından təşkil olunmuş istintaq qrupunun keçirmiş olduğu əməliyyat nəticəsində ata və oğul növbəti qurbanlarını öldürmək istəyən zaman yaxlanmışdır. == Hadisə == Cinayət hadisələri Bərdə şəhərinin tanınmış baytarlarından olan Nüsrət Musayevin yoxa çıxmasından sonra polisin diqqətini çəkmişdir. Bərdədə doktor deyə çağırılan və nüfuz sahibi olan Nüsrət Musayevin yoxa çıxmasından sonra müəyyənləşdirilmişdir ki, bu artıq baş vermiş ikinci analoji hadisəsdir. Belə ki, 1993-cü il iyul ayının 11-də Bərdənin Həsənqaya kənd sakini Əliyev Abbas Vəli oğlu yoxa çıxmış, 5 gün sonra - iyulun 16-da onun cəsədi Ərəblər kəndinə gedən yolun kənarından tapılmışdı. Başından və sinəsindən aldığı zərbələr nəticəsində öldüyü müəyyən edilən adamın əvvəlcə avtoqəzaya düşdüyü güman olunsa da, sonradan öldürüldüyü məlum olmuşdur. Hadisə ilə bağlı rayon polis şöbəsində cinayət işi açılmışdır. Cinayətlərin törədilməsi üsulu Ağdam və Bərdə rayonlarında yerləşən mal bazarlarında mal-qara almağa gələn imkanlı şəxslərin təyin olunması və onların kənar əraziyə çəkilərək öldürülməsi formasında baş vermişdir.
Arşın mal alan (operetta)
Arşın mal alan — Üzeyir Hacıbəylinin 1913-cü ildə yazdığı son operetta. Əsəri Üzeyir bəy Sankt-Peterburqda konservatoriyada oxuyarkən qələmə almışdı. Operettanın süjeti Qarabağın Şuşa şəhərinin həyatından alınmışdır. 2013-cü ildə UNESCO-nun Baş Konfransının 36-cı sessiyasında Arşın mal alan operattasının 100 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi haqqında qərar qəbul edilib. == Operettanın tarixi == === Yaranma tarixi === "Arşın mal alan" Üzeyir Hacıbəylinin son və ən məşhur operettalarından biri sayılır. Bu operetta ölməz bəstəkarın Moskva və Peterburqda təhsil aldığı dönəmdə yazılıb. Operetta haqda fikir Ü.Hacıbəylinin Peterburqda yaşadığı vaxtda ağlına gəlir. Operettanın librettosunu özü yazır və yalnız şeirlərini böyük şair Məhəmməd Füzulinin yaradıcılığından götürür (Ü.Hacıbəyli ilk operası olan "Leyli və Məcnunu" Fizulinin poeması əsasında yazıb). Əsər 1913-cü ilin yay aylarında yaradılır. Musiqişünas Elmira Abasova qeyd edir ki, "Arşın mal alan" musiqili komediyasını Üzeyir Hacıbəyli konservatoriyaya qəbul olandan öncə, Peterburqda yaşayarkən yazıb.
Arşın mal alan (film, 1917)
Arşın mal alan tammetrajlı bədii filmi rejissor Boris Svetlov tərəfindən 1917-ci ildə ekranlaşdırılmışdır. Film "Filma" Səhmdar Cəmiyyətində istehsal edilmişdir. Kinokomediyanın qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın (Mirzəağa Əliyev) məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin (Ələkbər Hüseynzadə) qızı Gülçöhrə (Əhməd Ağdamski) ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar. Filmdə rolları Hüseynqulu Sarabski, Əhməd Ağdamski, Ələkbər Hüseynzadə, Yunis Nərimanov, Mirzəağa Əliyev, Aleksandra Olenskaya, Hənəfi Terequlov və Yeva Olenskaya ifa edirlər. == Məzmun == Filmin qəhrəmanı tacir Əsgər (Hüseynqulu Sarabski) ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir.
Arşın mal alan (film, 1937)
«Arşın mal alan» (ing. Arshin Mal Alan) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı əsəri əsasında Setraq Vartyanın rejissorluğu ilə 1937-ci ildə çəkilmiş ABŞ romantik müzikl filmi. Filmdə Üzeyir Hacıbəyovun adı orijinal müəllif kimi qeyd edilməmişdir. == Süjet == Zəngin bir fars tacirinin oğlu Əsgər Avropadan evinə qayıdır və evlənməyə hazırlaşır. Əsgər sevgi ilə evlənmək istəyir və öz ölkəsinin evlilik ilə bağlı adət-ənənələrinə qarşı çıxır. O, onun atasının təşkil etdiyi evliliyə qarşı çıxır. Adətə görə, gəlini oğlanın anası seçir. Əsgərin dostu Süleyman ona tövsiyə edir ki, tacir geyimi geysin və səyahətə çıxsın. Beləliklə o, bir qız ilə tanış olacaq və ona vurulacaq. Əsgərin Süleymanın tövsiyəsinə qulaq asır və axırda bir bəy qızına aşiq olur.
Arşın mal alan (film, 1945)
"Arşın mal alan" — rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılmış Azərbaycan tammetrajlı bədii filmi. Film Bakı Kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, İsmayıl Əfəndiyev, Münəvvər Kələntərli, Lütfəli Abdullayev, Fatma Mehrəliyeva və Rəhilə Mustafayeva ifa edirlər. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir == Məzmun == Bakı, XX əsrin əvvəli. Gənc tacir Əsgər (Rəşid Behbudov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (İsmayıl Əfəndiyev) onun köməyinə gəlir… == Film haqqında == Film kinostudiyanın 1941-ci il planına salınsa da, Böyük Vətən müharibəsinin başlanması ilə çəkilişi təxirə salınır. Musiqili film Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılmışdır. Təkcə 1945-ci ildə bu filmə (ekrana buraxıldıqdan sonra) 16,27 milyon tamaşaçı baxmışdır.
Arşın mal alan (film, 1965)
Arşın mal alan filmi rejissor Tofiq Tağızadə tərəfindən 1965-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsən Məmmədov, Leyla Şıxlinskaya, Ağadadaş Qurbanov, Nəcibə Məlikova, Hacımurad Yegizarov, Xuraman Hacıyeva, Tələt Rəhmanov və Səfurə İbrahimova ifa edirlər. == Məzmun == Bakı. XX əsrin əvvəli. Gənc tacir Əsgər (Həsən Məmmədov) evlənmək fikrinə düşür. Lakin dövrün qaydalarından fərqli olaraq o, qızı toydan öncə görüb sonra evlənmək istəyir. Bəs nə etməli? Bu məsələnin həllində dostu Süleyman (Hacımurad Yegizarov) onun köməyinə gəlir... == Film haqqında == Film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı musiqili komediyası əsasında ekranlaşdırılmışdır.
Arşın mal alan (film, 1960)
Arşın mal alan (fars. آرشین مالالان‎) — Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında rejissor Səməd Sabahi (titrlarda Nadir Hafizi) və ssenaristlər Səməd Sabahi və İsmail Kuşan tərəfindən 1960-cı ildə çəkilmiş İran filmi. Bu filmdə baş rolları Viqen Derderyan və Təhminə Etminan oynayırdı. == Süjet == Filmin qəhrəmanı tacir Əsgər ailə qurmaq üçün qızı əvvəlcədən görüb sevmək arzusu ilə yaşayır. Mühit, şərait, ən başlıcası isə adət buna yol vermir. Dostu Süleymanın məsləhəti ilə küçələri, evləri adi bir arşın malı satan kimi gəzəndə Soltan bəyin qızı Gülçöhrə ilə rastlaşır. Gənclər ilk baxışdan bir-birilərini sevirlər. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq nəhayət onlar arzularına çatırlar.
Gənclik Mall
Gənclik Mall — Gənclik metrostansiyasının yaxınlığında, Fətəli xan Xoyski küçəsində yerləşən ticarət mərkəzi.
Gəncə Mall
Gəncə Mall — Gəncə şəhərində, Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən çoxmərtəbəli ticarət və istirahət mərkəzi. == Haqqında == Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində yerləşən "Gəncə Mall"un inşasına 2014-cü ilin avqust ayında başlanılıb və 2017-ci ilin oktyabr ayında tikinti işləri başa çatdırılıb. Bu ticarət kompleksinin ümumi sahəsi 26 min 293 kvadratmetr, ticarət sahəsi isə 11 min kvadratmetrdir. Səkkiz mərtəbədən ibarət mərkəzin binasının dörd mərtəbəsi zirzəmi səviyyəsindədir. Zirzəmilərin 1-ci, 2-ci və 3-cü mərtəbələrində 411 avtomobil tutumlu yeraltı dayanacaq yaradılıb. Bundan başqa, burada supermarket də fəaliyyət göstərir. Ticarət kompleksində şəhər sakinlərinə və qonaqlara bir çox xidmətlərin göstərilməsi nəzərdə tutulur. Burada elektron məhsulları, məişət avadanlıqları, mebel, parfümeriya və ev aksesuarları mağazaları var. "Gəncə Mall"da, həmçinin ayaqqabı, geyim, uşaq geyimləri, idman malları mağazaları fəaliyyət göstərir və alıcılara dünyanın tanınmış brendlərinin məhsulları təqdim olunur. Burada aptek, kitab mağazası, müxtəlif restoranlar və kinoteatr da yerləşir.
Hema Malini
Hema Malini (ing. Hema Malini, tam. ஹேமமாலினி, hind. हेमा मालिनी; 16 oktyabr 1948) — Hind aktrisası, rejissor və prodüseri. == Həyatı == Hema Malini 16 oktyabr 1948-ci ildə Mədrəsdə doğulub. Öyrədilmiş Bharat Natyam rəqqası, 1968-ci ildə Rac Kapurun "Sapnon Ka Saudagarı" ilə film ilə debüt edib. Aktrisa Zita və Gita filmində əkiz bacıları oynadığına görə "Ən yaxşı aktrisa mükafatını" aldı. Hema Malini Hindistan kinosuna töhfəsinə görə 1999-cu ildə Padma Bhushan Mükafatı ilə təltif edildi. Hal-hazırda isə Dharmendra ilə evlidir və iki qızı var.
Həmid Malıbəyli
Malıbəyli Həmid (əsl adı: Həmid İmamqulu oğlu Qurbanov; 1869, Malıbəyli, Şuşa qəzası – 22 mart 1922, Ağdam, Şuşa qəzası) — XIX–XX əsr Azərbaycan müğənni-xanəndəsi və tarzəni, Qarabağ muğam məktəbinin nümayəndəsi. == Həyat və yaradıcılığı == Həmid İmamqulu oğlu Qurbanov 1869-cu ildə Şuşa yaxınlığındakı Malıbəyli kəndində anadan olmuşdur. O, bir müddət arabaçı işləmiş, sonralar isə Hacı Hüsünün təşkil elədiyi "Xanəndələr məclisi"nə daxil olmuş, burada Hacı Hüsü və Məşədi İsidən klassik Şərq və Azərbaycan muğamlarını öyrənmişdir. Həmid xanəndəliklə yanaşı, eyni zamanda tar çalmağı da öyrənirdi. Onun ilk tar müəllimi Sadıqcan olmuşdur. Həmid Şuşa məclislərində xanəndə kimi tanınırdı. Onun Şuşada ilk çıxışı Hacı Hüsü, Məşədi İsi, Sadıqcan və Avaneslə birlikdə Nəcəfqulu ağa adlı şəxsin məclisində baş tutmuşdu. Bu məclisdəki çıxışından sonra Həmidi tez-tez xalq şənliklərinə dəvət edirlər. O, uzun müddət toy şənliklərində və xalq məclislərində tarzənlər Cavadbəy Xənəzəyski, Məşədi Zeynal, Arsen Yaramışev, sonrakı dövrlərdə isə Məşədi Cəmil Əmirov və Qurban Pirimov ilə birlikdə ifa etmişdir. Malıbəyli Həmid xanəndə və tarzən olmaqla yanaşı, aktyor kimi də fəaliyyət göstərmişdir.
Inula maletii
Inula maletii (lat. Inula maletii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin andız cinsinə aid bitki növü.
Jurinea mallophora
Jurinea mallophora (lat. Jurinea mallophora) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin jurinea cinsinə aid bitki növü.
Kadi Borqes Malinovski
Kadi Luri Borqes Malinovski (2 may 1996, Kuritiba) — Braziliyalı futbolçu. Mövqeyi hücuma meyilli yarımüdafiəçidir. Rusiya Premyer Liqasında çıxış edən Krasnodar futbol klubunun oyunçusu. Daha çox Kadi adı ilə tanınır. == Həyatı == === Şəxsi həyatı === 2024-cü ilin iyun ayında həmyerlisi Samara Qonçalveşlə ailə həyatı qurub. == Karyerası == Futbolçu karyerasına 2016-cı ildə Braziliyanın "Koritiba" klubunda başlayır. Kadi "Koritiba"nın heyətində ilk ilində 3 dəfə meydana çıxır. 2017-ci ildə futbolçu qısa müddətlik Braziliyanın başqa bir klubu olan "Londirina" klubuna icarəyə verilir. Kadi "Koritiba"nın heyətində ümumilikdə 31 oyunda meydana çıxıb 4 dəfə fərqlənir. 2019-cu ildə Kadinin Avropa macərası başlayır və futbolçu 2019/20 mövsumun əvvəlində Portuqaliyanın "Eştoril" klubuna keçir.
Kazimir Maleviç
Kazimir Severinoviç Maleviç (rus. Казими́р Севери́нович Мале́вич, pol. Kazimierz Malewicz; 11 (23) fevral 1879, Kiyev, Kiyev quberniyası, Rusiya imperiyası[…] – 15 may 1935[…], Leninqrad, RSFSR, SSRİ[…]) — polyak mənşəli rus-sovet avanqardist rəssamı, pedaqoq, incəsənət nəzəriyyəçisi və filosof. Müasir dövr abstrakt incəsənətin ilk təzahürlərindən olan suprematizmin banisi. == Həyatı == Kazimir Maleviç 23 fevral 1879-cu ildə anadan olmuşdur. Ailəsi Kiyev şəhərində "Bulonski" küçəsində yaşayıb. Atası da elə Kiyevdə dəfn olunub. Onun valideynləri və özü mənşəcə polyakdırlar. Atası Severin Maleviç və anası Lüdvika 1878-ci ildə ailə qurublar. Atası şəkər zavodunda idarəçi işləyirdi.
Kombinə olunmuş malonik və metilmalonik asiduriya
Kombinə olunmuş malonil və metilmalonil asiduriya (İngiliscə: Combined malonic and methylmalonic aciduria, CMAMMA), həmçinin kombinə olunmuş malonil və metilmalonil asidemiya adlanır. Bu xəstəlik malonil turşusu və metilmalon turşusunun yüksək səviyyəsi ilə xarakterizə olunan irsi metabolik xəstəlikdir. Bəzi tədqiqatçılar fərz edirlər ki, CMAMMA metilmalonil asidemiyanın ən geniş yayılmış növlərindən biridir və ehtimal ki, metabolizmin ən çox rast gəlinən anadangəlmə xətalarından biridir. Nadirən diaqnoz qoyulduğu üçün əksər hallarda bu, aşkar edilməmiş olur. == Simptomlar və əlamətlər == CMAMMA-nın klinik fenotipləri yüksək heterogendir və asimptomatik, mülayim və ağır simptomlar arasında dəyişir. Əsas patofiziologiya hələ ki, başa düşülməmişdir. Ədəbiyyatda aşağıdakı simptomlar haqqında məlumat verilmişdir: metabolik asidoz koma hipoqlikemiya tutmalar mədə-bağırsaq xəstəlikləri inkişaf ləngiməsi nitq ləngiməsi inkişaf uğursuzluğu psixi xəstəlik yaddaş problemləri koqnitiv tənəzzül ensefalopatiya kardiomiopatiya dismorfik xüsusiyyətlər İlk simptomlar uşaqlıqda meydana çıxdıqda aralıq metabolik pozğunluqlar olma ehtimalı daha yüksəkdir, halbuki böyüklərdə adətən nevroloji simptomlar olur. == Səbəblər == CMAMMA yaranma səbəbinə görə iki ayrı irsi pozuntuya bölünə bilər: biri ACSF3 geni (OMIM#614265) tərəfindən kodlanmış mitoxondrial fermentin asil-CoA sintez ailə üzvü 3-ün çatışmazlığıdır; digər pozulma MLYCD geni (OMIM#248360) tərəfindən kodlanmış malonil-CoA dekarboksilaza çatışmazlığıdır. == Diaqnoz == Müxtəlif klinik simptomların mövcudluğu və böyük miqyasda yeni doğulmuş müayinə proqramlarında gözdən qaçdığı üçün CMAMMA-nın az tanınan xəstəlik olduğu güman edilir. === Yeni doğulmuş müayinə proqramları === ACSF3-ə bağlı CMAMMA-nın metilmalonil-CoA, malonil-CoA və ya propionil-CoA-nın toplanması ilə nəticələnməməsi, həmçinin akilkarnitin profilində müşahidə olunan anormallıqlar olmadığı üçün CMAMMA standart qan əsaslı yeni doğulmuş müayinə proqramları ilə aşkar olunmur.
La-Malageta (çimərlik)
La-Malageta (isp. Playa de La Malagueta) — Malaqa şəhər çimərliyi. Öz adını şəhər məhəlləsinin adından götürülmüşdür. Çimərlik tünd quma malikdir. Malaqa limanı ilə La-Kaleta çimərliyi arasında yerləşir. 1 200 m uzunluğa və orta hesabla 45 m enə sahibdir.
Lake Malawi
Lake Malawi — 2013-cü ildə Çexiyada qurulmuş indi pop qrupu. Qrup vokalist, gitaraçı və keybordist Albert Çerni, bassist və keybordist Yeronim Şubrt və barabançı Antonin Hrabaldan təşkil olunmuşdur. Lake Malawi Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra yaradılmışdır. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu, 2017-ci ildə isə Surrounded by Light adlı debüt studio albomu buraxılmışdır. Lake Malawi qrupu Çexiyanı İsrailin Tel-Əviv şəhərində keçirilən 2019 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Yaranma tarixi == Lake Malawi qrupun vokalisti Albert Çerni tərəfindən Charlie Straight musiqi qrupunun parçalanmasından sonra 2013-cü ilin sentyabr ayında qurulmuşdur. Qrupun adı Bon Iver qrupunun "Calgary" mahnısından ilhamlanaraq, qoyulmuşdur. 2014-cü ildə qrupun debüt sinqlı "Always June" təqdim olunmuşdur. Həmin ildə Lake Malawi Çexiyanın Colours of Ostrava, Rock for People festivallarında və Böyük Britaniyada isə The Great Escape Festivalında çıxış etmişdir. 2015-ci ildə qrupun We Are Making Love Again adlı mini-albomu buraxılmışdır.
Lançelotto Maloçello
Lantserotto Maloçello və ya Lançelotto Maloçello (lat. Lanzarotus Marocelus, it. Lanzerotto Malocello; 1270 – 1336, Genuya) — genuyalı , Kanar adalarından biri olan Lansarote adasının adını daşıyan səyyah. Maloçellonun 1291-ci ildə Hindistana gedərkən Kanar adalarında olan və taleyi bilinməyən Vandino və Uqolino Vivaldi qardaşlarını axtarmağa getdiyinə inanılır. Maloçello 1312-ci ildə adalara gəldi və quançilər üsyanı tərəfindən qovulana qədər təxminən iyirmi il orada qaldı. Bu qiyam haqqında məlumat çox azdır, lakin onun adadakı varlığı, bir əsr sonra yazılmış və Maloçello tərəfindən tikilmiş qalanın adada hələ də tapıla biləcəyini söyləyən Jan de Betankurun salnamələri də daxil olmaqla müxtəlif mənbələr tərəfindən təsdiqlənir. Maloçello qalası müasir Teqisenin üstündə və ondan uzaqda yerləşirdi. Maloçello adada görünəndə Zonzamas adlı bir kral tərəfindən idarə olunurdu. Ardınca qızı İko, əri Quanarteme ilə gəldi. Onların oğlu Quadarfia, 1402-ci ildə Jan de Betankurun ekspedisiyasını qarşılayan adanın hakimi idi.
Lixtenşteyn sarayı (Mala Strana)
Malostran meydanındakı Lixtenşteyn sarayı və ya sadəcə Lixtenşteyn sarayı (çex. Lichtenštejnský palác na Malostranské náměstí) — Praqanın köhnə şəhərində, Mala Strana rayonun "Malostran meydanı" № 258/13-də yerləşən gözəl saray. Binanın tikintisi o zaman çox populyar olan barokko və daha sonra klassisizm üslublarında inşa etdirilmişdi. Saray Çexiya Respublikasının mühüm mədəniyyət abidəsi kimi qorunur. Saray Malostran meydanının bütün qərb hissəsini tutur və qonşuluqda yerləşən Hartiqov sarayı ilə ümumi tikinti, rabitə və kommunikasiya əlaqələrinə malikdir - Lixtenşteyn sarayında İncəsənət və Musiqili Rəqs Akademiyası, Hartiqov da isə Akademiyanın rəhbərliyi yerləşir. == Tarix == Praqanın köhnə şəhəri ilə gəzişərkən, Malostran meydanındakı müqəddəs Nikolay kilsəsinin qarşısında yerləşən nəhəng bir sarayı görmək olar. Bəzən Ledeburq adı ilə də tanınan Lixtenşteyn sarayı rahatlıqla ən azı beş adi evi yerləşdirə biləcək olduqca böyük bir sahəni tutur və Praqa şəhərində barokko üslubunda inşa edilmiş ilk böyük bina sayılır. Sarayın binası hazırkı nəsli Mərkəzi Avropanın Lixtenşteyn Knyazlığına məxsus Karl Lixtenşteyn tərəfindən XVI əsrin əvvəllərində inşa edilmişdir. Karl "qanlı knyaz" nüfuzuna malik idi. Məhz o, Ağ dağ ətrafında qedən döyüşdə məğlub olduqdan sonra, 1621-ci ildə Köhnə Şəhər meydanında üsyan edən şəhər sakinlərinin 27 liderini ölüm cəzasına məhkum etmişdir.
Ləkit-malax bələdiyyəsi
Qax bələdiyyələri — Qax rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ləkit Malax
Ləkit Malax — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 1872-ci ildə dərc olunmuş və 1869-cu il əhalinin kameral siyahıyaalınması nəticələrini əks etdirən [[Tiflis quberniyası]]nın və Zaqatala dairəsinin hərbi icmalına əsasən Zaqatala dairəsinin İlisu naibliyinə daxil olan Ləkit Malax kəndində milli tərkibi ləzgilərdən ibarət 15 ailə yaşayırdı. Müvafiq icmalda dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər muğallar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla ləzgilər olaraq göstərilmişdirlər. 14 may - 17 dekabr [[1886-cı il]]də ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Zaqatala dairəsi, Qax şöbəsi, Ləkit kənd cəmiyyəti tərkibinə daxil olan Ləkit Malax kəndində 116 evdə [[sünni]] etiqadlı müsəlman [[avarlar]]dan ibarət 19 evdə 116 nəfər (61 nəfəri kişilər, 55 nəfəri qadınlar) əhali yaşayırdı. Müvafiq mənbədə dairəni təşkil edən yaşayış məntəqələrinin əhalisinin milli tərkibinə dair məlumatlarda etnik türklər tatarlar, Dağıstanlı xalqların nümayəndələri isə ümumi adla avarlar olaraq göstərilmişdirlər. 1 yanvar 1914-cü il tarixinə olan məlumata əsasən kənddə əsasən etnik [[saxurlar]]dan ibarət hər iki cinsdən toplam 106 nəfər əhali yaşayırdı. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 39 təsərrüfatda hər iki cinsdən toplam 109 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Ləkit Malax oyk., mür. Qax r-nunun Ləkit i.e.v.-də kənd. Baş Qafqaz dağlannm ətəyindədir.
Mariya Malibran
Mariya Malibran (isp. María Malibrán (24 mart 1808[…], Paris – 23 sentyabr 1836[…], Mançester, Lankaşir) — ispan əsilli mezzo–sopranoçu opera müğənnisi. Dünya opera incəsənətinin əfsanəsi. == Bioqrafiyası == Mariya Malibran 24 mart 1808 ci ildə musiqiçı ailəsində, Parisdə dünyaya gəlmişdir. Atası — bəstəkar, tenor və pedaqoq Manuel del Populo Visente Qarsiya (Coakkino Rossininin Sevilya bərbəri operasındakı Qraf Almaviva partiyasını məhz onu nəzərdə tutub yazmışdır), anası — opera sopranoçu müğənnisi Xoakina Briones, bacısı — mezzo-sopranoçu Polina Viardo, qardaşı — bariton və pedaqoq Manuel Qarsiya. 1811 ci ildən ailəsi Neapola köçür. Mariya ilkdəfə 6 yaşında ikən valideynləri ilə səhnəni bölüşmüş olur. Mariya musiqi və oxuma dərslərini atasından alır. 1815 ci ildə ailəsi Parisə, daha sonra Londona köçür. Mariya London ətrafında, Hammersmitdə monastır kollecində təhsil alır.
Marçello Malpigi
Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü. == Akademik kariyerası == 17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur. 1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur. == Tədqiqatları == Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.
Marçello Malpiqi
Malpiqi Marçello (it. Marcello Malpighi, 10 mart 1628, Krevalkore (it. Crevalcore), Baloniya əyaləti - 30 noyabr 1694, Roma) — italyan bioloq və həkimi. Bitkilərin və heyvanların mikroskopik anatomiyasının əsasını qoymuş, histologiya, embriologiya və müqayisəli anatomiya sahələri üzrə tədqiqatçı, London Kral Cəmiyyətinin 1668-ci ildən üzvü. == Akademik kariyerası == 17 yaşında Boloniya universitetinə daxil olur və 1653-cü ildə onu tibb doktoru dərəcəsi ilə bitirir. 1656-cı ildən həmin universitetin professoru olmuşdur. Sonra Pizan universitetinin nəzəri təbabət kafedrasının professoru olur. 1691-ci ildə Roma papası XII İnnokenti Malpiqini müalicə həkimi qismində və təbabətdən dərs demək üçün Romaya Papa kollecinə dəvət olunur. == Tədqiqatları == Əsərlərinin əksəriyyəti London Kral Cəmiyyətinin jurnalında dərc olunmuşdur. 1661-ci ildə ilk məqaləsi dərc olunur.
Meli Malani
Meli Malani (17 noyabr 1996) — Ficili üzgüçü. Meli Malani Ficini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Meli Malani birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.88 saniyəlik nəticəsi ilə 52-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Metanoldan yüksək təmizliyə malik hidrogenin alınması
Milli Cəbhə (Malayziya)
Milli Cəbhə - Malayziyada Hakim koalisiyalı partiya. == Yaranması və fəaliyyəti == Milli Cəbhə 1970-ci ildə İttifaq partiyasının bazası əsasında yaradılmışdır. İttifaq partiyasının əsasını da Malayziyanın 3 əsas milli icması (Birləşmiş Malay Milli Təşkilatı - BMMT, Malayziyanın Çin Assosiasiyası - MÇA, Malayziyanın Hindistan Konqresi . - MHK təşkil edirdi. 1970-ci ildə Cəbhəyə Saravaka Birləşmiş Xalq Partiyası, 1972-ci ildə Malayziya Xalq Hərəkatı Partiyası (Qerakan) və Xalq-Tərəqqi Partiyası, 1973-cü ildə Panmalayziya İslam Partiyası (1977-ci ildə Milli Cəbhədən xaric edilmişdir) daxil olmuşdur. 1974-cü ildə bu təşkilat rəsmi şəkildə Milli Cəbhə adlandırılmışdır. Hazırda Milli Cəbhənin tərkibində 13 partiya vardır 2008-ci ilədək Milli Cəbhə parlament seşkilərində asan qələbələr qazanmışdır. 2008-ci ildə Milli Cəbhə ilk dəfə müxalifətdə olan Xalq blokunun şəxsində güclü bir rəqiblə toqquşdu. Cəbhə nəinki parlamentdə üstünlüyünü (səslərin 2/3 hissəsini) itirdi, həm də müxalifətin öz hökumətini təşkil etdiyi 4 ştat üzərində nəzarəti itirdi. Bu meyl 2013-cü il seçkilərində də davam etdi.
Milliyyətçi Partiyası (Malta)
Milliyyətçi Partiyası (ing. Nationalist Party, malta Partit Nazzjonalista) — Maltada Xristian Demokratik oriyentasiyaya sadiq qalan iki əsas siyasi partiyadan biri (Leyboristlər Partiyası ilə birlikdə). == Tarixi == Partiya 1880-ci ildə Fortunato Mizzi tərəfindən Anti-Reformist Partiya olaraq qurulub. Maltanın təhsil və hüquq sistemlərinin ingilisləşdirilməsinə qarşı çıxış edən bir partiya vardır. Partiyanın dəstək bazasını liberal italyanlar təşkil edirdi ki, bu da kilsə ilə münasibətlərin pisləşməsinə səbəb olur. Sonrakı illərdə partiya əvvəlcə müstəmləkəçi hakimiyyətlərlə və onların əleyhdarları ilə əməkdaşlıqdan imtinanı müdafiə edən bitərəflərə bölünür. Birinci Dünya müharibəsindən sonra partiya mötədil Malta Siyasi Birliyinə və daha radikal İtalyan-millətçi Demokratik Millətçi Partiyasına bölünür. 1924-cü ilə qədər İşçi Partiyasının dəstəyi ilə 1921-1927-ci illərdə Cozef Hovard, Françesko Buhadjira və Huqo Pasquale Mifsudun rəhbərliyi ilə hökuməti formalaşdırır. 1926-cı ildə partiyalar yenidən birləşərək 1932-ci ildə keçirilən seçkilərdə qalib gələrək 32 yerdən 21-ni alan İtaliyayönlü Millətçi Partiyasını quran Mifsudun başçılıq etdiyi hökuməti qurdular, lakin gələn il Böyük Britaniya Malta muxtariyyətini dayandırır. Milliyyətçi Partiyasının faşist İtaliyasına yaxınlığı İkinci Dünya müharibəsi zamanı bir sıra partiya liderləri, o cümlədən gələcək baş nazir Enriko Mizzi, italyanpərəst əhval-ruhiyyəyə görə Uqandaya deportasiya edilir.
İribuynuzlu mal-qarada parazitar xəstəlikləri və onunla mübarizə tədbirləri (film, 1989)

Значение слова в других словарях