Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Domovoy
Domovoy (rus. Домово́й) slavyan xalqları arasında ev ruhu, mifoloji sahibkar olub evi, ailə həyatını, məhsuldarlığı, insanların və heyvanların sağlamlığını təmin edir. == Mənşəyi == Pis ruhların mənşəyi ilə bağlı əfsanələrə əsasən, Allahın cəza olaraq yer üzərinə atdığı mələklər hansı ki evlərə düşürdü domovoy olurdu. Adətən domovoy mərhum ailə üzvü hesab olunurdu. Bəzən onun tanrı tərəfindən yaradıldığı və hər evə göndərildiyinə inanılırdı. Həmçinin Serbiya və Bolqarıstan arxeoloji qazıntılarına əsasən ölən insanları sonradan qurbanlıq heyvanlar əvəz edirdi ki, onlar domovoy adlandırılırdı. == Görünüş == Domovoy əsasən evin sahibi və ya sahibəsi hesab olunurdu. Görünüşündə heyvan xüsusiyyətləri təsvir olunurdu -uzun dik qulaqlar (və ya qulaq), saçla örtülmüş (ev sahibinin saçı rəngində) və uzun dırnaqlar. Onun geyimi evin varlı və ya kasıb olmasını göstərirdi. Geyimi zipun və ya mavi kaftan, ağ və ya qırmızı köynək ilə bir kəmərdən ibarət idi.
Qodsvey Donyo
Qodsvey Donyo (14 oktyabr 1994, Akkra) – Kiprin futbol klubu olan Apollonun hücumçusu. == Karyerası == === Falkenberq (icarə) === Falkenberqin heyətində ilk matçına 30 mart 2014-cü ildə keçirilən Malmö-Falkenberq matçında çıxıb. Matça start heyətdə başlayan Qodsvey Donyo 70-ci dəqiqədə əvəzlənib. Eyni zamanda matçın 31-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Matç Malmönün 3-0 hesablı qələbəsi ilə başa çatıb. Falkenberqdə ilk qolunu 12 may 2014-cü ildə keçirilən Falkenberq-Yurqorden matçının 90+3-cü dəqiqəsində vurub. Matç Falkenberqin 1-0 hesablı qələbəsi ilə başa çatıb. === Norşelland === Norşellandda ilk matçına 20 mart 2016-cı ildə keçirilən Norşelland-Kopenhagen matçının 88-ci dəqiqəsində çıxıb. Matç Norşellandın 2-0 hesablı qələbəsi ilə başa çatıb. Norşellandın heyətində ilk qolunu 19 avqust 2016-cı ildə keçirilən Norşelland-Randers matçının 64-cü dəqiqəsində vurub.Matç 1-1 hesablı bərabərliklə başa çatıb.
Vladimir Roqovoy
Vladimir Abramoviç Roqovoy (rus. Владимир Абрамович Роговой) — rus kinematoqrafçısı, rejissor və film direktoru. == Həyatı == Vladimir Abramoviç Roqovoy 5 fevral 1923-cü ildə Ukraynanın Kiyev şəhərində anadan olmuşdur. Roqovoy 1950-ci ildə ÜDKİ-nin iqtisadiyyat fakültəsini bitirmişdir. O, müxtəlif filmlərin direktoru olmaqla yanaşı, Mark Donskoy, İsidor Annenski, İlya Frez kimi kinorejissorların filmlərində ikinci rejissor vəzifəsində çalışmışdır. 1966-1968-ci illərdə "Belarusfilm" kinostudiyasının rejissoru olmuşdur. Daha sonra isə 1968-ci ildən Maksim Qorki adına kinostudiyanın quruluşçu rejissoru kimi işləmişdir. Vladimir Abramoviç Roqovoy 20 fevral 1983-cü ildə Moskva şəhərində vəfat etmişdir. == Filmoqrafiya == Boşboğaz (film, 1978) / rus.
Maisa Qarsiya Qodoy
Maisa Qarsiya Qodoy (d. 17 sentyabr 1990) — İspaniyanı təmsil edən su poloçusu. == Karyerası == Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın London şəhərinin ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:8 hesabı ilə məğlub olan İspaniya yığması, London Olimpiadasının gümüş medalına sahib oldu. Daha sonra Maisa Qarsiya Qodoy, İspaniya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasını 11:6 hesabı ilə məğlub edən İspaniya yığması, Rio-de-Janeyro Olimpiadasını beşinci pillədə başa vurdu.
Manuel de Qodoy
Don Manuel Fransisco Dominqo de Qodoy (di Bassano) y Alvarez de Faria, de los Rios y Sánchez-Zarzosa ayrıca Manuel de Qodoy y Alvarez de Faria de los Rios Sánchez Zarzosa (d. 12 may, 1767 - ö. 4/7 oktyabr 1851) — 1792-1797 və 1801-1808-ci illərdə İspaniya baş naziri. Ən çox bilinəni Sülh Şahzadəsi (Príncipe de la Paz) olmaq üzrə bir çox ünvana malikdir.