Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gölova
Gölova (türk. Gölova) — Sivas ilinin ilçəsi.
Olxovka
Göyşaban (əvvəlki adı: Oxlovka) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Lənkəran rayonunun Olxovka kəndi Göyşaban kəndi adlandırılmışdır. Keçmiş adı Gomuşavan olmuşdur. Yerli əhali arasında kəndin adı indi de belə adlandırılır. XIX əsrə aid mənbələrdə Gomuşavan haqqında məlumat verilir. Keçmişdə kəndin ərazisi geniş sucaqlıq və qamışlıq olduğundan burada çoxlu camış saxlanılırdı. Odur ki, kəndin adı da "camış saxlanılan yer" mənasında olan bu adla adlandırılmışdı. XIX əsrin ikinci yarısında Suxumidən gəlmiş Novo Afon monastırının keşişləri yaşayış məntəqəsinə Olxovka adı verdilər. Olxov bu ərazidə bitən qızılı rəngli cil bitkisinin bir növünün adıdır. İcarədar keşişlər quru balığı istehsal etmək üçün həmin bitkini yığıb yandırırdılar.
Orlovka
Orlovka (Arxangel) —
Qorlivka
Qorlivka (ukr. Горлівка; (rus. Горловка (Gorlovka)) — Donetsk vilayətində şəhər.
Orlovka (Arxangel)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Orlovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 17 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 26 km. Kənd ərazisindən Zilim çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (43%), ruslar (52%) üstünlük təşkil edir.
Orlovka (Bakalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Mixaylovka kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 19 km, kənd sovetliyindən (Mixaylovka): 6 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 94 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə tatarlar (72%) üstünlük təşkil edir.
Orlovka (Uçalı)
Orlovka (başq. Орловка, rus. Орловка) — Başqırdıstan Respublikasının Uçalı rayonunda yerləşən kənd. Kənd İlçəqol kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Uçalı): 76 km, kənd sovetliyindən (İlçəqol): 1 km. ən yaxın dəmiryol stansiyasından (Altın Taş stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə başqırdlar (94 %) üstünlük təşkil edir.
Qolovinka (Soçi)
Qolovinka (adıq Шэхап) — Krasnodar diyarında, Soçi şəhərində mikrorayon. Soçi kurort şəhərinin Lazarevski rayonuna daxildir. Qolovinka Şahe çayının mənsəbində, Qara dəniz sahilində yerləşir. Regional mərkəz olan Lazarevskidən 25 km cənub-şərqdə, Soçinin mərkəzindən 43 km şimalda və Krasnodar şəhərindən 250 km cənubda (yolla) yerləşir. Şəhər aşağıdakı yaşayış məntəqələri ilə həmsərhəddir: şimal-qərbdən Qlubokaya Şellə, cənub-şərqdən Malıy Kiçmay ilə, şimal-şərqdən Şaxe və Axintamla, cənub-şərqdə isə Yakornaya Şellə. Qolovinkadan A-147 "Cubqa-Adler" federal avtomobil yolu və Şimali Qafqaz dəmir yolunun qolu keçir. Qolovinka və Lazurnıy Bereq dəmir yolu platformaları var. Kurort Baş Qafqaz silsiləsinin cənub yamacında, düzənlik ərazidə yerləşir. Qolovinkanın orta yüksəkliyi dəniz səviyyəsindən təxminən 30 metrdir. Ən hündür nöqtə 224 metr hündürlüyündə adsız dağdır.
Yevgeni Qolovin
Yevgeni Aleksandroviç Qolovin (rus. Евге́ний Алекса́ндрович Голови́н, 1782-1858)— rus hərbçisi, Qafqaz canişini. Yevgeni Aleksandroviç Qolovin 1782-ci ildə anadan olmuşdu. Yevgeni Qolovin 1838-1842-ci illərdə Qafqazın canişini olmuşdu. Yevgeni Qolovinin Qafqazda uğurunun birinci mərhələsi Şeyx Şamil üsyanının yatırılması ilə bağlıdır. 1839-cu ildə Qafqaz komandanlığı Dağıstana iki tərəfli hücum planı həyata keçirdi. General Qolovin, Cənubi Dağıstanı ram etdi, general Qrabbe isə İçkeriya ərazisinə soxularaq Arçuk və Çirkat bölgələrini ələ keçirdi, Axulqo qalasını muhasirəyə aldı. Uzun muharibələrdən sonra Şamil oğlunu ruslara girov verərək qala müdafiəsindən vaz keçməyə və Çeçenistana qaçmağa məcbur oldu. Axulqo muharibəsi hər iki tərəf üçün olduqca baha başa gəlmişdi. Rus tərəfi 150 zabitini və 2900 əsgərini, Şamil isə 180 müridini itirmişdi.
Anastasiya Qolovina
Anastasiya Qolovina (bolq. Анастасия Головина) — rus əsilli bolqar qadın həkim, psixiatr; Bolqarıstanda ali təhsilli ilk qadın həkim və Varnada ilk uşaq mərkəzinin qurucusu. Aleksandr Qolovinin həyat yoldaşı. == Bioqrafiyası == 1850-ci il oktyabrın 17-də Kişinyovda bolqar ailəsində anadan olmuşdur. Ata - Angel Petroviç Nikolaou, Kişinyov meri. Ana babası - Kirill Minkov, Kaloferdən olan Kişinyov taciri olmuşdur. O, doğma şəhərində fransız məktəbini bitirib, sonra stenoqraf işləyib. Atasının ölümündən sonra Sürixə köçüb, orada universitetə daxil olaraq tibb təhsili alıb. O, Rusiya tələbə inqilabi hərəkatının üzvü olub, bundam ötrü universitetdən qovulmuş və Parisdə təhsilini davam etdirmişdir. O, 1878-ci ildə Paris Universitetini bitirib, Sorbonnada "Damar divarlarının histoloji tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək psixiatr Jan Martin Şarkonu heyran edib və məzun olan ilk bolqar qadın olub.
Alina Qorlova
Alina Eduardivna Qorlova (ukr. Алі́на Едуа́рдівна Го́рлова;1992, Zaporojya, Ukrayna) — sənədli filmlər üzrə ixtisaslaşan ukraynalı kinorejissor, rejissor və ssenarist. O, 2017-ci ildə Ukrayna Kino Akademiyasına qəbul edilib və 2021-ci ildə Ukrayna Respublikasının əməkdar artisti adına layiq görülüb. == Təhsili == Qorlova 2008–2012-ci illərdə İ.K.Karpenko-Kari adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində təhsil alıb. == Filmoqrafiya == 2012: Buludlarda ilk addım 2014: Nənə 2016: Холодний Яр. Інтро 2017: Görünməz batalyon, sənədli film, İrina Tsilık və Svetlana Lişçinska ilə birgə ərsəyə gətirilmiş ekran işi 2018: Aşkar işarələr yoxdur, sənədli film (Ptax Janq tərəfindən hazırlanmışdır) 2020: Bu yağış heç vaxt dayanmayacaq, sənədli film == Tanınması == 2013 – Barnaulda "Kino-lisey" IV Beynəlxalq Müəllif Kinoları festivalı: ən yaxşı hekayəyə görə Gümüş Jan-Lak "Sözün Gücü" mükafatını qazanıb. 2018 – "Görünən işarələr yoxdur" filmi "DOK Leypziq Beynəlxalq Sənədli Filmlər" festivalında MDR-Mitteldeutscher Rundfunk kanalının münsiflər heyəti tərəfindən "Görkəmli Şərqi Avropa Filmi" mükafatına layiq görülüb. 2020 – Prodüser Maksim Nakoneçnyi və rejissor Alina Qorlovanın "Bu yağış heç vaxt dayanmayacaq" filmi Florensiyada dei Popoli festivalında Ən Yaxşı Uzunmetrajlı Film mükafatını qazandı. 2021 — "Bu yağış heç vaxt dayanmayacaq" filmi 66-cı Cork Beynəlxalq Film festivalında, İrlandiyada Ən Yaxşı Sənədli Film mükafatını qazandı.
Göyova körfəzi
Göyova körfəzi (türk. Gökova Körfezi, yun. Κεραμεικός κόλπος) — Egey dənizinin hövzəsi olan Kerme körfəzinə daxil olan körfəz. Türkiyənin sahillərində yerləşir. Əsas limanlar Bodrum (Türkiyə) və Kos (Yunanıstan). == Görməli yerləri == === Kleopatra çimərliyi === Kleopatranın çimərliyi Sedir və ya Sehir adasında yerləşir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Bu adada Kleopatra çimərliyi adlı qumu unikal quruluşda və kiçik incilərə bənzəyən çimərlik vardır. Qum bu sahə üçün tamamilə xarakterik deyil və mənşəyi məlum deyildir. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur.
Qoroka Universiteti
Qoroka Universiteti (ing. University of Goroka) — Papua-Yeni Qvineyanın Qoroka şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin əsası 1965-ci ildə müəllimlər üçün kollec qoyulmuşdur. 1997-ci ildən Qoroka Universiteti adını daşıyır. Təhsil fakültəsi; Elm fakültəsi; Humanitar fakültəsi.
Lbov Qolota
Lbov Qolota (ukr. Любов Голота 31 dekabr 1949, Krivoy Roq, Dnepropetrovsk vilayəti) — Sovet və Ukrayna yazıçısı (şairə, publisist, nasir), jurnalist. Şevçenko mükafatı laureatı (2008) və Ukraynanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiya == Lbov Qolota 31 dekabr 1949-cu ildə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində mədənçi ailəsində anadan olub. 1972-ci ildə Dnepropetrovsk Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Dnepropetrovskda "Zarya", "Znamya Yunosti" regional qəzetlərində və regional radioda jurnalist kimi çalışıb. 1983-cü ildən Kiyevdə yaşayır. "Molod" və "Sovet yazıçısı" nəşriyyatlarında fəaliyyət göstərib. 1995-ci ildən ümumkrayna həftəlik "Slovo Prosvitı" qəzetinin baş redaktorudur. Lyubov Qolota Ukraynada ilk qadın kutroloji jurnalı olan "Pyataya para" mətbu orqanını təşkil edir və nəşr etdirir.
Solovki Əsir Düşərgəsi
Solovki əsir düşərgəsi - Düşərgə 1923 cü ildə təşkil olunmuşdur. Azərbaycanın bir çox görkəmli şəxsiyyəti bura sürgün olunmuş və burda ölmüşdür. Buraya siyasi cəhətdən etibarsız, məsələn, Opal Aversky Palitsın və ya Dekabristlərə rəğbət bəsləyən Pavel Hannibal və başqaları da sürgün edilmişdi. 1718-ci ildə açılan Solovetski monastır həbsxanası təxminən 200 il mövcud oldu və 1903-cü ildə bağlandı.. Solovki xatirə daşları Azərbaycanda repressiya qurbanlarının siyahısı (1920-1936) Материалы к истории лагеря и тюрьмы на Соловках (1923–1939 гг.): основные события, статистика заключённых, организационная структура История СЛОН «СОЛОВЕЦКИЕ ЛАГЕРЯ ОСОБОГО НАЗНАЧЕНИЯ ОГПУ»: Документы ЦА ФСБ России и ГАОПДФ Архангельской области Соловки — Энциклопедия Списки имён соловецких заключённых Воспоминания соловецких узников Электронные копии газеты «Новые соловки» (орган Управления Соловецких лагерей особого назначения ОГПУ) в путеводителе РНБ «Газеты в сети и вне её» Вечер памяти всех новомучеников и исповедников Церкви Русской. Часть 2 // Ми́ссия-ОД. 13 февраля 2014 г. (Доклад Лидии Алексеевны Головковой «Крестный путь Русской Церкви в XX веке». Часть 2.
Yeni Qurovka (Avurğazı)
Yeni Qurovka (başq. Яңы Гуровка, rus. Новогуровка) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Terəpə kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 26 km, kənd sovetliyindən (Terəpə): 1 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 16 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (75%) üstünlük təşkil edir.
Yuxarı Frolovka (Arxangel)
Yuxarı Frolovka (başq. Үрге Фроловка, rus. Верхний Фроловский) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd İnzer kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 44 km, kənd sovetliyindən (Mışatkan): 4 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 50 km. Kənd ərazisindən İnzer çayı axır. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kəndidə başqırdlar (58%), ruslar (39%) üstünlük təşkil edir.
Pyotr Qolov
Pyotr Dolqov (21 fevral 1920, Dolqovo[d], Tambov quberniyası – 1 noyabr 1962, Volsk, Saratov vilayəti) — Sovet Hava Qüvvələrinin polkovniki, Sovet İttifaqı Qəhrəmanı, SSRİ İdman ustası. Dolqov, paraşütlə sürətlə hərəkət edərkən vəfat etmişdir.