Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qoluboy
Petux və ya xoruz (rus. петух), həmçinin keçi və ya kozyol (rus. козёл), çmo (rus. чмо), mavi və ya qoluboy (rus. голубой), incidilmiş, küsdürülmüş, sındırılmış, pərt olunmuş, "obıjenniy" (rus. обиженный) — cinayət jarqonunda həbsxana iyerarxiyasında ən aşağı səviyyəni tutan şəxsi, passiv homoseksualı və ya adətən məhbus etikasının kobud şəkildə pozulmasına görə zorla homoseksual cinsi əlaqəyə girmiş şəxsi ifadə edən anlayış. "Petux" həmçinin, Azərbaycanda homoseksuallara qarşı istifadə edilən təhqiredici sözdür. 2015-ci ilin iyununda Avropa İnsan Hüquqları Məhkəməsi Rusiyanın ən yüksək rejimli koloniyalarından birində cəza çəkən, islah müəssisəsində mövcud olan həbsxana iyerarxiyasına qarşı çıxış edən məhbusun şikayətini qəbul etmişdir.
Gölbaşı (Susuz)
Gölbaşı — Qars ilinin Susuz ilçəsinin Mərkəz bucağında kənd. == Tarixi == == Coğrafiyası == Kənd Qars ilinin inzibati mərkəzi Qars şəhərindən 42 km, Susuz ilçəsinin inzibati mərkəzi Susuz qəsəbəsindən 22 km uzaqlıqda yerləşir. == Əhalisi == 31 dekabr 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 361 nəfər daimi əhali yaşayır. === Milli tərkibi === 1886-cı ilə olan məlumata əsasən Rusiya İmperiyasının Qars vilayətinin Qars şöbəsinin Berdıq kənd cəmiyyətinin Gölbaşı kəndində 68 nəfər əhali yaşayırdı və onların hamısını etnik kürdlər təşkil edirdi.
Gölbaşı dağı
Gölbaşı dağı – Babək rayonu ərazisində dağ (hünd. 1254,2 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında zirvə. Nəhəcir kəndindən 1,5 km-dək cənub-qərbdədir. Alt Miosenin Qafqaz regiomərtəbəsinə aid Vayxır lay dəstəsinin vulkanogen-çökmə süxurlarından təşkil olunmuş kəsik konus formalı yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Sirab sinklinalının şimal-şərq qanadında yerləşir. Zirvə hissəsindən submeridional istiqamətli, şimal-şərq yamacından isə şimal-qərbə uzanan fay-yerdəyişmələri keçir.
Senecio holubii
Senecio holubii (lat. Senecio holubii) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Orthosiphon holubii
Syncolostemon canescens (lat. Syncolostemon canescens) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin syncolostemon cinsinə aid bitki növü.
Qolubıe Dali (Soçi)
Qolubıye Dali — Rusiyada, Krasnodar diyarıının Soçi şəhərində mikrorayon. Mikrorayon Adler rayonu ərazisindədir. Mikroroayon Qara dənizə enən dağ yamacında, Xerota və İzvestinski çaylarının su ayrıcında yerləşir. Herota çayının və Qara dənizə enən İzvestinski çayının kiçik bir yamacında yerləşir. Sahildən mikrorayonu Adler stansiyası və Adler vaqon deposu olan dəmir yolu xətti ilə ayrılır. Bu adın mikrorayona verilməsinin səbəbləri ilə bağlı bir neçə fərziyyə var: Mikrorayonun əsas küçəsi dənizə baxan təpədə yerləşir. Mikrorayon ərazisində yarpaqları mavi rəngə boyanmış və vizual olaraq "mavi məsafə" yaradan mimoza plantasiyaları var idi. Adi insanlarda küçə sadəcə Dal adlanırdı. Mikrorayonda kütləvi inkişaf 1970-ci illərin əvvəllərində başlamış və bu günə qədər davam edir. İlk tikilən ev 18 nömrəli ev olub.
Yuri Qolub
Yuri Aleksandroviç Qolub (belar. Юрый Голуб; doğulub 16 aprel 1996-cı il, Qlusk, Mogilyov vilayəti, Belarus) — Belaruslu paralimpiyaçı, biatlonçu və xizək sürən. Phençhan 2018 Paralimpiya oyunlarının dörd qat mükafatçısı, dünya çempionatının bürünc mükafatçısı (2017). Yuri Qolubun görmə qabiliyyəti yoxdur. Altı yaşından xizək sürməyə başlamış. 2016-cı ildə Vuokattidə xizək sürmə üzrə Dünya Kubokunda çıxış edərək Belarus milli komandasında debüt etdi. 2017-ci ildən əlilliyi olan insanların xizək sürmək üzrə dünya çempionatlarına start verildi. Finsterauda keçirilən çempionat zamanı 10 km sərbəst xizək sürmə yarışında bürünc medal qazandı. O, həmçinin klassik üslubda 20 km yarışda dördüncü, estafet yarışında beşinci, sərbəst stil sprintində yeddinci və 7.5 km biatlon yarışında səkkizinci oldu. 2018-ci ilin mart ayında Cənubi Koreyanın Phençhanda şəhərində Paralimpiya Oyunlarında çıxış edərək debüt etdi.
Yelena Qolub
Yelena Yevgenyevna Qolub (ukr. Олена Євгенівна Голуб; 25 dekabr 1951, Kiyev) — Ukrayna müasir incəsənət rəssamı, elektroqrafiki və sənətşünası. O, Ukrayna Milli Rəssamlar İttifaqının (2003-cü ildən), Macarıstan Elektroqrafik Rəssamlar Assosiasiyasının (2019-cu ildən) üzvüdür. Qolub Yeni Ukrayna dalğasının nümayəndəsidir. Müasir incəsənətə dair 100-dən çox nəşrin müəllifidir. O, vizual incəsənətdə ekspressivliyin ifadəli və qrotesk formalarına, zehni konstruksiyaların bir növü olan kompozisiyalarda obyektlərin paradoksal qarşı-qarşıya qoyulmasına meyil edir. Bir çox milli və beynəlxalq incəsənət layihələrinin kuratoru və iştirakçısıdır. Onun əsərləri Almaniya, Niderland, Belçika, Cənubi Koreya, Polşa, Avstriya, Macarıstan və s. ölkələrdə nümayiş etdirilmişdir. Onun sənət əsərləri ilə muzeylərə Ukrayna Milli İncəsənət Muzeyi və Macarıstandakı Pannonhalma Arçabbi Muzeyi daxildir.
Qolub-Tyoryur-Arıta
Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: İlin-Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ən hündür nöqtədi 3 metrdir.
İlin-Qolub-Tyoryur-Arıta
İlin-Qolub-Tyoryur-Arıta — Laptevlər dənizinə daxil olan Olenok körfəzi və Oqonnyor-Kubata körfəzləri arasında yerləşən qumdan ibarət olan ada. İnzinati cəhətdən Yakutiyanın Anabar milli rayonu ərazisinə daxildir. Ada Olenok çayının deltasında yerləşir. Qonşu adalar: Qolub-Tyoryur-Arıta və Şved-Mayaktax-Arıta. Ada uzunsov formaya malikdir. Şimal-şərqdən cənub-qərbə uzanmışdır. Ada bataqlıqlaşmış ərazilərdən ibarətdir.