Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qorlivka
Qorlivka (ukr. Горлівка; (rus. Горловка (Gorlovka)) — Donetsk vilayətində şəhər.
Qortina
Qortina (q.yun. Γορτύν, Γόρτυνα, yun. Γόρτυς, lat. Gortyn, Gortyna, Gortynia) — Yunanıstanın Krit adasında qədim şəhər. Qortinaİrakliondan 46 km cənubda, Ayi-Deka kəndi yaxınlığında, münbit Mesara düzənliyində yerləşir. Qortina Yunanıstanın ən mühüm arxeoloji ərazilərindən biri olan Kritin ən qədim şəhərlərindən biridir. Şəhərin adı, Hesixiyə görə, "inək" mənasını verən minoyca "karten" sözündən gəlir. Müasir alimlərin fikrinə görə, şəhərin adı pelasqların tərk etdiyi qədim Hind-Avropa substratında ghordh – «şəhər» deməkdir.
Vorsinka (Bakalı)
Vorsinka (başq. Ворсинка, rus. Ворсинка) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Starıe Matı kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 25 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 100 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Kuryaşlar (67%), ruslar (33%) üstünlük təşkil edir.
Dina Qorina
Dina Qorina (1 noyabr 1987, Bakı) — Azərbaycanı təmsil edən bədii gimnast. == Karyerası == Dina Qorinanın da olduğu Azərbaycan qrupu 2007-ci ildə Patras şəhərində (Yunanıstan) baş tutan Dünya Çempionatını onuncu pillədə başa vurdu və olimpiya lisenziyasına sahib oldu. Dina Qorina Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi. Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovada ibarət qrup beş iplə turnirdə 15.575 balla 8-ci pillədə qərarlaşdı. Avqustun 22-də 3 halqa/2 gürzlə turnirdə çıxış edən qrup turniri 15.875 balla 7-ci pillədə başa vurdu. Ümumi nəticədə isə Azərbaycan qrupu 31.450 balla 12 qrup sırasında 8-ci pillədə qərarlaşdı və olimpiadanın final mərhələsinə vəsiqə qazandı. Final mərhələsində qrup əvvəl beş iplə turnirdə mübarizə apardı. Nəticədə Azərbaycan gimnastları 16.075 balla turniri altıncı pillədə başa vurdu. 3 halqa/2 gürzlə turnirdə Azərbaycan qrupu 15.500 balla turniri yeddinci pillədə başa vurdu. Ümumi nəticədə isə Alina Trepina, Anastasiya Prasolova, Anna Bitiyeva, Dina Qorina, Valeriya Yeqay və Vəfa Hüseynovadan ibarət qrup Olimpiya Oyunlarında 31.575 balla yeddinci pillənin sahibi oldu.
Konstantin Qlinka
Konstantin Dmitriyeviç Qlinka (1867–1927) — rus və sovet torpaqşünası, geoloq, professor və SSRİ EA-nın üzvü. == Elmi fəaliyyəti == Bu dövrdə torpaqşünaslığın inkişafında K. D. Qlinkanın mühüm rolu (1867–1927) olmuşdur. O, Baş Köçürmə İdarəsinin rəhbəri, Dokuçayev torpaq komitəsinin aparıcı torpaqşünası olmuşdur. Onun tərəfindən dağ süxurlarının aşınması, torpaqların genezisi, coğrafiyası və təsnifatı ilə bağlı bir sıra dəyərli işlər görülmüşdür. K. D. Qlinka torpaqşünaslığa dair 1908-ci ildə nəşrdən çıxmış və altı dəfə təkrar nəşr olunmuş fundamental dərsliyin müəllifi olmuşdur. K. D. Qlinka Novo-Aleksandriyski, Voronej və Leninqrad (indiki Sankt-Peterburq) kənd təsərrüfatı institutlarının torpaqşünaslıq kafedralarının müdiri vəzifəsində çalışmışdır. O, V. V. Dokuçayev adına Torpaqşünaslıq İnstitutunun təşkilatçılarından biri olmuşdur. K. D. Qlinka rus və sovet torpaqşünaslıq elminin ideya və metodlarının xarici ölkələrdə populyarlaşdırılmasında görkəmli rol oynamışdır. == Xarici keçidlər == Глинка Константин Дмитриевич.
Mixail Qlinka
Mixail İvanoviç Qlinka (rus. Глинка, Михаил Иванович; 20 may (1 iyun) 1804 – 15 fevral 1857[…], Berlin[…]) — tanınmış Rusiya bəstəkarı. Mixail İvanoviç Qlinka 1804-cü ildə Smolensk quberniyasının Novospassk kəndində anadan olmuşdur. Uşaqlıq illərini orada keçirmiş, Rus təbiətini müşahidə etmiş və Rus kəndlilərinin həyatı ilə yaxından tanış olmuşdur. Kiçik yaşlarından müstəqil olaraq fortepiano, skripka və fleytada çalmağı öyrənir. O, yüksək mədəniyyəti və hərtərəfli inkişafı ilə fərqlənirdi. İspan,italyan,fars və s. kimi 8 xarici dil bilirdi. 1817-ci ildə Mixail Peterburqda olan "Nəcib pansiona" daxil olur. Pansionda oxuduğu müddətdə o, fortepiano, skripka və musiqi nəzəriyyəsi üzrə Peterburqun ən bilikli müəllimlərindən dərs almışdır.
Nikolay Qlinka
Qlinka Nikolay Leonidovic Polyak mənşəli qədim zadəgan nəslindən olan N. L. Qlinka Smolensk quberniyasının Poreçensk qəzasının Kovşır kəndində podporuçik Leonid Alekseyeviç Qlinkanın ailəsində 7 may 1887-ci ildə anadan olmuşdur. 1893–1900-cü illərdə Nikolay Qlinka Smolenskin Aleksandrovski qimnaziyasında təhsil almışdır. 1900–1902-ci illərdə Moskva universitetinin təbiət şöbəsinin fizika-riyaziyyat fakültəsində təhsilini davam etmişdir. Lakin 19 may 1902-ci ildə tələbələrin siyasi çıxışlarının iştirakçısı kimi universitetdən xaric edilmiş və 3 ay həbs olunmuşdu. Almaniyaya qetdikdə, Nikolay Hottinq universitetinə daxil olmuş və orada 1905-ci ildə kimya üzrə ibtidai elm dərəcəsi almışdır. Həmin ildə o M. D. U.-nə bərpa olundu və 1908-ci ildə I dərəcəli diplom ilə universiteti bitirdikdən sonra kimya kafedrasında saxlanılırmışdır. 1911-ci ildə öz rəhbəri N. D. Zelinski və 3 müəllim yoldaşları ilə istefa verərək universiteti tərk etdilər. Bu, onların xalq təhsili naziri L. A. Kassonun özbaşınalığına qarşı etiraz idi. 1912–1924-cü illərdə N. L. Qlinka Podolskda real kollecdə müəllimlik etmiş, orada kimya laboratoriyasını təşkil etmişdir, məktəbdə kimyanın öyrənilməsinin yeni metodikalarını inkişaf etdirmişdir və onların tətbiqi ilə çox ciddi məşqul olmuşdur. 1918-ci ildə kollec məktəb kimi fəaliyyətə başlamışdır (hal-hazırda Podolsk Bələdiyyə ümummitəhsil təşkilatı ̶ "Lisey № 1") və N. L. Qlinka onun direktoru olmuşdur.