Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Poruçik
Poruçik (rus. поручик, pol. porucznik, çex. poručík) — kiçik zabit heyətində hərbi rütbə.
Qobuçay
Qobuçay — Ağsu və Kürdəmir rayonlarında çay. Qobuçay — Qəbələ rayonunda çay. Göyçayın sağ qoludur; Qobuçay — Zaqatala rayonu ərazisində çay.
Quruçay
Çaylar Quruçay (Qarabağ) — Arazın sol qolu, Xocavənd və Füzuli rayonları ərazisindən axan çay. Quruçay (Xaçmaz) — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülən çay. Quruçay (Təbriz) — İranın Şərqi Azərbaycan ostanında çay. Kəndlər Quruçay (Bicar) Digər mənalarda Quruçay mədəniyyəti — Azərbaycan ərazisində arxeoloji mədəniyyətdir.
Qoryaçiy Klyuç
Qoryaçiy Klyuç — Rusiya Federasiyasında yerləşən şəhər Krasnodar diyarına daxildir.
Quruçay (Bicar)
Quruçay (fars. قوري چاي‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 82 nəfər yaşayır (18 ailə). Əhalisini kürdlər təşkil edir.
Quruçay (Füzuli)
Quruçay — Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir. Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir. Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir.
Quruçay (Təbriz)
Quruçay (azərb. Quruçay قورو چای‎Quru Çay قورو چای, fars. خشکه رود‎خشکه رود‎) — İranın Şərqi Azərbaycan ostanında çay. Quruçay Təbrizin dağlarından başlayır və şəhərin şimal şərqində Acıçaya qovuşur. Çay Təbrizi bir-birilə bir neçə körpü vasitəsilə birləşən quzey və güney hissələrinə bölür. Yanaşı yerləşən 2 Qarı körpüsü çay üzərində olan ən tanınmış və tarixi körpülərdir. Səngi körpüsü də həmçinin tarixiliyi ilə diqqət çəkir. Həmçinin çayın hər iki tərəfində "Çaykənarı" adlanan şose yolu da vardır ki, şəhərin mərkəzindən keçməklə onun şərq və qərb hissələrini birbaşa bağlayır. Quruçayın suyu XX əsrin sonundan çirklənmişdir və içməli deyil.
Quruçay (Xaçmaz)
Quruçay — Quba və Xaçmaz rayonları ərazisindən axıb Xəzər dənizinə tökülür. == Ümumi məlumat == Uzunluğu 77 km, hövzəsinin sahəsi 220 km²-dir. Başlanğıcını Baş Qafqazın Yan silsiləsindən - Susay-Qrız yolu üstündəki aşırımdan (2550 m) alır. Yuxarı axımında Susayçay, düzənlikdə isə Mazarçay adlanır. Çayın illik axımı yağış, yeraltı və qismən də qar sularından əmələ gəlir. Orta illik su sərfi 0,90 kub m/san-dir. İllik axımının 60-70%-i yaz-yay, 20-30%-i isə payız-qış fəslində keçir. Çaydan bütün axımı boyu suvarma işlərində geniş istifadə olunur.
Quruçay mədəniyyəti
Quruçay mədəniyyəti — Azərbaycan ərazisində daş dövrünə aid arxeoloji mədəniyyətdir. == Xüsusiyyətləri == Əsasən Azıx mağarası əsasında tədqiq edilmişdir. İbtidai insanların həyatında mağaranın yaxınlığından axan Quruçayın böyük əhəmiyyəti olmuşdur. Qədim insanlar alət hazırlamaq üçün daşları məhz Quruçaydan toplayıb mağaraya gətirmişlər. Eyni zamanda Azıx sakinləri Quruçay dərəsində ovçuluqla da məşğul olurdular. Quruçay vadisi ibtidai insanların yaşaması üçün hər cür şəraitə malik olmuşdur. Ona görə də Azıx mağarasının 7–10-cu təbəqələrindən aşkar olunmuş yeni arxeoloji mədəniyyətin maddi-mədəniyyət qalıqlarına Quruçay mədəniyyəti adı veilmişdir. Aparılan kompleks tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi müəyyən edilmişdir. Mədəniyyətin ilkin mərhələsində alətlərin hazırlanması texnikası bəsit olduğu halda sonrakı mərhələlərdə təkmilləşmişdir. Quruçay mədəniyyətinə aid əmək alətləri Afrikanın Olduvay mədəniyyəti kompleksiilə yaxınlıq təşkil edir.
Quruçay (Qarabağ)
Quruçay — Arazın sol qoludur. Xocavənd və Füzuli rayonları ərazisindən axır. Uzunluğu 82 km, hövzəsinin sahəsi 512 km²-dir. Suyunun çox hissəsini yağış (75–80%) sularından alır. Çayda əsas daşqın yazda olur. Bu dövrdə illik axım həcmindən 30–35 dəfə çox olur. İyul-avqust aylarında çayın suyu çox azalır, bə`zi illərdə isə tamamilə quruyur. Payız fəslində yağan yağışlar kiçik daşqınlar əmələ gətirir. Orta illik su sərfi 6,85 kub m/san-dir. İllik axımın 26%-i yazda, 41%-i yayda, 21%-i payızda, 12%-i isə qışda keçir.
Nakaqava Qoroci
Nakaqava Qoroci (中川五郎治, 1768 – 23 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs. == Həyatı == Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur. 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır. O, növbəti beş ilini Rusiyada keçirmişdir. Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir. Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur. 1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir. Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur. O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir. Daha sonra Matsumae hanı tərəfindən işə götürülmüşdür.
Göltəpə (Quruçay-i Şərqi dehistanı)
Göltəpə (fars. گل تپه‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə kənddə 139 nəfər yaşayır (28 ailə).