Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qolbodin burnu
Qolbodin burnu (rus. Мыс Голдобина) — Rusiya, Primorsk diyarı ərazisində yerləşən burun. Burunun sahillərini Yapon dənizinə daxil olan Böyük Pyotr körfəzinin suları yuyur. Zolotoy Roq buxtasını Diomid buxtasından ayırır. Çerkavski yarımadasının cənub qutaracağını təşkil edir. Yarımada Vladivostok və Novqorod qərargah komandiri İvan Çerkavskinin şərəfinə adlandırılmışdır. Burun isə Böyük Pyotr körfəzində hidroqrafik araşdırmalar aparan "Svetlana" freqatının giziri İ. Qolbodinin şərəfinə adlandırılıb. Burun sahillərində olan rif isə qərargah kapitanı M. A. Klıkov tərəfindən "Kit" paraxodunda 1873-cü ildə tətqiq edilmişdir. 1876–1877-=ci illərdə isə burada batareya təşkil olunur. Burun qayalı və sıldırımlıdır.