Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qostanay
Qostanay (qaz. Қостанай); 1878 ildən 1905 ilə qədər Nikolayevsk, 17 iyun 1997 ilə qədər Qostanay — Qazaxıstanda şəhər, Qostanay vilayətinin inzibati mərkəzi. Şəhər çöl zonasında Torğay platosunun şimalında Tobol çayı üzərində, Nur-Sultandan 571 km şimal-qərbə (770 nömrəli trasda) yerləşir. Ən yaxın böyük şəhər, Qostanaydan 260 km (yolla 300 km) şimal-qərbdə yerləşən Çelyabinskdir. Quru isti yayı və söyuq az qarlı qışı ilə sərt kontinentaldır. İyulun orta temperaturu: +20,9 °C (Maksimal +42,5 С), yanvarda: −14,5 °C (Minimal −49,7 С); gün ərzində kəskin temperatur tərəddüdləri səciyəvidir; küləyin orta sürəti — 3,2 m/s, qışda əsasən cənub istiqamətli, və yayda şimala. Orta illik yağıntı: 300–350 mm, yağıntıların maksimumu yay vaxtına düşür. Havanın orta illik rutubətliyi — 71 %. Vegetasiya mərhələsi - 170 sutka.
Qostinq
Ghosting (ing. ghosting; ghost "kabus") — hər hansı bir əlaqənin xəbərdarlıq edilmədən və ya mümkün səbəbləri izah etmədən qəfil dayandırılması. Termin müxtəlif sahələrdə istifadəsinin populyarlığının aktiv artımı 2010-cu illərdə baş verdi. Anlayışın ilk rəsmi şərhi 2015-ci ildə Collins English Dictionary tərəfindən edilmişdir. Qostinq insanlar arasında romantik və ya dostluq münasibətlərinə son qoymağın yollarından biridir. Bu sahədə fenomen müasir texnologiyaların istifadəsinin yüksək populyarlığı səbəbindən xüsusi populyarlıq qazanmışdır (tekstinq, onlayn tanışlıq, sosial şəbəkələr və s. ). Şəxsi görüşlərdən və ünsiyyətdən imtina etməklə yanaşı, sosial şəbəkələrdə digərini bloklamaqla qarşılıqlı əlaqəni dayandırmaq mümkündür. Həm də bu gün tanışlıq partnyorlar arasında sosial əlaqələr olmadan mümkündür, bunun vasitəsilə lazım olduqda gələcəkdə bir insan tapmaq olar, bu da qostinq prosesini asanlaşdırır. Qostinq əlaqəni bitirməyin ən ağrılı yoludur .
Qortina
Qortina (q.yun. Γορτύν, Γόρτυνα, yun. Γόρτυς, lat. Gortyn, Gortyna, Gortynia) — Yunanıstanın Krit adasında qədim şəhər. Qortinaİrakliondan 46 km cənubda, Ayi-Deka kəndi yaxınlığında, münbit Mesara düzənliyində yerləşir. Qortina Yunanıstanın ən mühüm arxeoloji ərazilərindən biri olan Kritin ən qədim şəhərlərindən biridir. Şəhərin adı, Hesixiyə görə, "inək" mənasını verən minoyca "karten" sözündən gəlir. Müasir alimlərin fikrinə görə, şəhərin adı pelasqların tərk etdiyi qədim Hind-Avropa substratında ghordh – «şəhər» deməkdir.
Qostanay vilayət
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Qostanay vilayəti
Qostanay vilayəti (qaz. Қостанай облысы) — Şimalı Qazaxıstan regionda vilayət. Qazaxıstanın Aqtöbe, Karağandı, Aqmola və Şimalı Qazaxıstan vilayətləri, Rusiyanın isə Orenburq, Çelyabinsk və Kurqan vilayətləri ilə həmsərhəddir.
Qostilya burnu
Qostilya burnu (bolq. нос Гостиля, ‘Nos Gostilya’ \'nos go-'sti-lya\) — Antarktidanın Antarktik yarımadasının Loubye sahilinin Tlaçene buxtası sahillərindən cənub-qərbdə yerləşən burundur. 20-ci əsrin son iki onilliyində Hopkins buzlağının əriməsi nəticəsində formalaşıb. Burun şimali Bolqarıstanda yerləşən Qostilya şəhərinin adını daşıyır. Qostilya burnu 66°35′55″ c. e. 65°46′09″ q. u. koordinatlarında yerləşmişdir. Madell burnundan 25.85 km şərqdə, Fantom burnundan 20.6 km cənubda, Kudelin burnundan 2.55 km cənub-qərbdə yerləşmişdir.