OTAQ

I
сущ. комната:
1. жилое помещение в квартире, отгороженное стенами, перегородками. Üç otaqdan ibarət mənzil квартира из трех комнат, işıqlı otaq светлая комната, geniş otaq просторная комната, uşaq otağı детская комната, iş otağı рабочая комната, otağın yığışdırılması уборка комнаты
2. помещение специального назначения на предприятии, в учреждении и т.п. Yataqxananın otaqları комнаты общежития, istirahət otağı комната отдыха, vağzalda ana və uşaq otağı комната матери и ребенка на вокзале
II
прил. комнатный:
1. относящийся к комнате. Otaq temperaturu комнатная температура, otaq pəncərəsi комнатное окно
2. находящийся, живущий, растущий в комнате. Otaq bitkiləri комнатные растения, otaq milçəyi зоол. комнатная муха; növbətçi otağı дежурная, qəbul otağı приёмная, yemək otağı столовая, müəllimlər otağı учительская, qonaq otağı гостиная
OTABƏNZƏRLİK
OTAQCA
OBASTAN VİKİ
Otaq
Otaq — Evin və yaxud hər hansısa bir tikilinin daxilində yerləşən məkanlar. Otaqlar dincəlmək, işləmək, yatmaq və digər məqsədlər üçün istifadə edilməkdədir. Yaşayış binalarında yerləşən evlərdə adətən qonaq otağı, yataq otağı, uşaq otağı və hamam otağı olmaqla müxtəlif təyinatlı otaqlar olur.
Otaq (dəqiqləşdirmə)
Otaq
Otaq (roman)
Otaq — irland əsilli kanadalı yazıçı Emma Donoghue tərəfindən 2010-cu ildə yazılmış romandır. Hekayə anası ilə birlikdə kiçik bir otaqda əsirlikdə saxlanılan beş yaşlı Cek haqqında danışılır. Cek anası ilə birlikdə kiçik mətbəx, vanna otağı, qarderob, çarpayı və televizordan ibarət təhlükəsiz bir otaqlı köməkçi binada olan "Otaq"da yaşayırlar. Cek yalnız otaq və onun içindəki əşyaların "real" olduğuna inanır. O böyüyür həyatı dərk etməyə başlayır. Onun sualları artdıqca çarəsizlik halqası da daralır və otaqdan çıxmağın yolları axtarır.
Otaq milçəyi
Otaq milçəyi (lat. Musca domestica) — əsl milçəklər fəsiləsinə aid cücü növü. Geniş yayılmış sinantrop orqanizm olan bu növə təbiətdə vəhşi halda demək olar ki, rast gəlinmir. Əsasən gündüz həyatı keçirir. Otaq milçəyinin vətəni Mərkəzi Asiya çölləri olsa da, hazırda bütün qitə və təbii zonalarda insanların məskunlaşdığı kənd və şəhərlərində yayılıb.
Otaq temperaturu
Danışıq dilində, otaq temperaturu insanların çoxunun qapalı şərait üçün üstünlük verdiyi bir sıra hava istiliyidir. Tipik qapalı paltar geyindikdə insana rahatlıq hissi verir. İnsan rahatlığı rütubətdən, hava sirkulyasiyasından və digər amillərdən asılı olaraq bu diapazondan kənara çıxa bilər. Qida və ya içkilər otaq temperaturunda verilə bilər, yəni nə qızdırılır, nə də soyudulur. Elm və mühəndislik kimi müəyyən sahələrdə və müəyyən bir kontekstdə otaq temperaturu fərqli razılaşdırılmış diapazonlar mənasını verə bilər. Bunun əksinə olaraq, ətraf mühitin temperaturu hər hansı bir xüsusi yerdə havanın (və ya digər mühitin və ətrafın) termometrlə ölçülən faktiki temperaturudur. Ətraf mühitin temperaturu (məsələn, qışda isidilməmiş otaq) ideal otaq temperaturundan çox fərqli ola bilər. İngilis dilinin Amerika İrs Lüğəti otaq temperaturunu 20–22 °C (68–72 °F) arasında müəyyən edir, isə Oksford İngilis Lüğətində qeyd edilir ki, "şərti olaraq təxminən 20 °C (68 °F) kimi qəbul edilir." İdeal otaq temperaturu yerə və mədəniyyətə görə dəyişə bilər; Nigeriya tədqiqatları 26–28 °C (79–82 °F) arasında rahat bir temperatur aralığını göstərir, rahat sərin 24–26 °C (75–79 °F) və rahat isti 28–30 °C (82–86 °F). Rütubət və (ehtimal) geyim dəyişikliklərinə görə yay və qış üçün tövsiyələr dəyişə bilər; yay üçün təklif olunan tipik diapazon 23–25.5 °C (73–78 °F) dir, qış üçün isə 20–23.5 °C (68–74 °F). Bəzi tədqiqatlar göstərir ki, kişi və qadınların istilik komfortu üstünlükləri əhəmiyyətli dərəcədə fərqlənə bilər, qadınlar isə orta hesabla daha yüksək ətraf temperaturlarına üstünlük verirlər.
Qırmızı otaq
Kırmızı Oda — Onur Güvenatam tərəfindən istehsal olunan, Deniz Gürlek və Melek Seven tərəfindən yazılmış psixoloji dram türk serialıdır. Gülseren Budaıcıoğlunun 2004-cü ildə nəşr olunan "Medalyonun içi" kitabından uyğunlaşdırılan serial 4 sentyabr 2020-ci il tarixində TV8-də yayımlanmağa başladı. 2 mövsümdən ibarət olan serial 18 fevral 2022-ci ildə yayımlanan 61-ci bölümlə sona çatdı. Kırmızı Oda serialında aktyor heyəti hər bölüm dəyişsə də; Binnur Kaya bütün epizodlarda yeganə baş rol ifaçısıdır. Serialın digər baş rol ifaçıları Meriç Aral 22, Tülin Özen və Burak Sevinç 30 bölüm serialda rol aldıqdan sonra layihədən ayrılıb. Kırmızı Oda işinə, aktyorluğuna və serialın personajlarının psixoloq və psixiatr olmasına görə sıx müzakirə olunub. Serial insanların travması, kədəri və şəxsiyyət pozğunluqlarından bəhs etdiyi üçün Netflixdə yayımlanan "Bir Başkadır" və TRT 1-də yayımlanan "Masumlar Apartmanı" ilə müqayisə edilib. İstanbulda yaşayan Doktor Manolya Xanım (Binnur Kaya) ilə Manolya Psixiatriya Klinikasında çalışan işçiləri və onların xəstələrinin əsl hekayələrindən bəhs edən serial 2020-ci ilin ən populyar və ən çox izlənilən dram seriallarından birinə çevrilib. Kırmızı Oda 2004-cü ildə yayımlanan Gülseren Budaıcıoğlunun "Medalyonun içi" kitabından uyğunlaşdırılmış serialdır. Serialda İstanbulda psixiatriya klinikasının sahibi, psixiatr Həkim Xanım və digər psixiatrlara müraciət edən xəstələrin hekayələrindən bəhs edilir.
Ağ otaq
Ağ otaq (ing. The Immaculate Room) — Rejissor Mukunda Maykl Devil tərəfindən çəkilmiş və süjet xətti yazılmış 2022-ci il istehsalı olan Amerika psixoloji triller filmidir. Filmdə baş rolları Emili Hirş, Keyt Bousort, Eşli Qrin və M. Emmett Uolş ifa etmişdirlər. == Çəkiliş == Filmin əsas çəkilişləri 16 dekabr 2020-ci ildən etibarən başlamış və 26 yanvar 2021-ci ildə başa çatmışdır.
Otaq (film, 2019)
Otaq (ing. The room) — 2019-cu il istehsalı olan mistik triller filmi. Gənc cütlük olan Met və Keyt ucqar bir yerlə ev alırlar. Met evin təmiri əsnasında boş bir otağa açılan gizli dəmir qapı tapır. Tez-tez elektrik kəsintisi yaşayan cütlük elektrik ustası çağırmaq məcburiyyətində qalır. Gedən zaman elektrik ustası Metə deyir ki, bu evə köçməklərinə təəccüblənib. Çünki bu evdə illər əvvəl dəhşətli qətl baş vermişdi və o zamandan bəri evdə yaşayış olmamışdır. Bu dialoq qəribə hadisələrin başlanğıcı olur. O axşam Met cinayəti internetdə axtararkən içməyə başlayır və yata bilmir. Met öyrənir ki, qatil Con Doodur və o hadisədən bəri psixoloji xəstəxanada yatır.
220 №-li otaq
220 №-li otaq qısametrajlı bədii televiziya filmi rejissor Ruslan Hüseyni tərəfindən 2010-cu ildə ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Filmdə əsas rolları Amid Qasımov, Oktay Mehdiyev, Cəlal Qurbanoğlu və Aynur Abbasova ifa edirlər. == Məzmun == Tələbə Yusif (Amid Qasımov) Moskvada institutu bitirib vətənə qayıtmaq üzrədir. O, vidalaşmaq üçün 220 №-li otağa, köhnət tanışlarının yanına gəlir. Burada onlar arasında qəribə dialoq baş verir. Dialoqun əsas mövzusu vətəndən uzaq düşən bəzi azərbaycanlıların öz doğulub boya-başa çatdıqları yerləri bəyənməmələri, oraya yuxarıdan aşağı baxmalarıdır. Burada Yusifin timsalında heç də hamının belə olmadığı göstərilir. Və nəticədə Yusif Azərbaycan haqqında artıq-əskik danışan həmyerlilərinə tüpürüb otaqdan çıxır. Film tamaşaçını harada yaşayırsa yaşasın öz vətəni barədə düşünməyə, onu unutmamağa səsləyir.
Yaşıl otaq (film)
Yaşıl otaq (ing. Green Room) — 2015-ci il ABŞ istehsalı qorxu-triller filmi. Rejissoru və ssenari müəllifi Ceremi Solnyedir. Film konsert verdikləri klubda çıxılmaz vəziyyətə düşən pank qrupundan bəhs edir. greenroom-movie.com — Yaşıl otaq rəsmi saytı Green Room — Internet Movie Database saytında.
220 №-li otaq (film, 2010)
220 №-li otaq qısametrajlı bədii televiziya filmi rejissor Ruslan Hüseyni tərəfindən 2010-cu ildə ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Filmdə əsas rolları Amid Qasımov, Oktay Mehdiyev, Cəlal Qurbanoğlu və Aynur Abbasova ifa edirlər. == Məzmun == Tələbə Yusif (Amid Qasımov) Moskvada institutu bitirib vətənə qayıtmaq üzrədir. O, vidalaşmaq üçün 220 №-li otağa, köhnət tanışlarının yanına gəlir. Burada onlar arasında qəribə dialoq baş verir. Dialoqun əsas mövzusu vətəndən uzaq düşən bəzi azərbaycanlıların öz doğulub boya-başa çatdıqları yerləri bəyənməmələri, oraya yuxarıdan aşağı baxmalarıdır. Burada Yusifin timsalında heç də hamının belə olmadığı göstərilir. Və nəticədə Yusif Azərbaycan haqqında artıq-əskik danışan həmyerlilərinə tüpürüb otaqdan çıxır. Film tamaşaçını harada yaşayırsa yaşasın öz vətəni barədə düşünməyə, onu unutmamağa səsləyir.
Özünə aid bir otaq (roman)
Özünə aid bir otaq — Bu məqalə Virciniya Vulfun ilk dəfə 1929-cu ilin sentyabrında nəşr olunmuş məqaləsidir. Məqalə Kembric Universitetində Vulfun qadınlar tərəfindən qurulan kollecləri haqqındadır. Girton və Newnham kollecində tədris etdiyi iki kursa əsaslanır. Məqaləni feminist prizmadan yazan Vulf ədəbi istehsalda qadınları qeyri-adekvat görən patriarxal düşüncəni də tənqid edib. Bu məşhur məqaləsində Vulf qadınların və xüsusən də qadın sənətçilərinin statusundan bəhz edir, qadının yazmaq üçün pulu və öz otağının olması lazım olduğunu iddia edir. Vulfun fikrincə, əsrlər boyu mövcud olan qərəz, maliyyə və təhsildəki çatışmazlıqlar qadınların yaradıcılığına mane olub.
Otaqlı
Otaqlı (Kəlbəcər)
Otaqlı (Kəlbəcər)
Otaqlı — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Dalqılınclı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci il 25 noyabrında Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Otaqlı kəndi Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini XIX əsrdə Qilıcli kəndindən aynlmiş ailələr Otaq adlanan köhnə tagbənd bir alaçıq ətrafında saldıqlarına görə belə adlandırılmişdir. Həmin tagbənd otaq kənddə indi də qalır. Kənd ağsaqqallarının söylədiklərinə görə bir kişi öz oğlunu evləndirəndən sonra gəlin qocalara yaxşı baxmadığına görə, oğlanın atası oğluna və gəlninə onun evində yaşamalarına icazə vermir. Oğlan yaşayış yeri axtararkən meşədə üstü açıq olan köhnə tağbənd bir tikiliyə rast gəlir. Oğlan bu binanın üstünü örtüb öz ailəsi ilə orada məskən salır. Ona görə də kəndin adı otaqlı adlanır.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Otaqo yarımadası
Otaqo yarımadası (ing. Otago Peninsula) — Yeni Zelandiya sahillərində yerləşən yarımada. Yarımada Cənub adasının cənub-şərqində yerləşir. Təpəlikdən ibarət olan relyefə malikdir. Burada Pinqvinlər və Dəniz quşları məskən salmışdır. Megadyptes antipodeslərin şimal arealını təşkil edir. Okeanın daxilinə 20 km uzanır. Eni 1,5 – 9 km arasında dəyişir.
Otaqvər
Otaqvər — İranın Gilan ostanında yerləşən şəhər. Otaqvər əhalisinin əksəriyyətini giləklər təşkil edir.
Otaqlı (Damal)
Otaqlı — Türkiyənin Ərdəhan ilinin Damal ilçəsində kənddir. Əhalisi 384 nəfərdir (2021). Kənddə Ələvi məzhəbli müsəlman türkmənlər yaşayır.

Значение слова в других словарях