Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Oscines
Oxuyan sərçələr (lat. Passeri) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan yarımdəstəsi.
Qostinq
Ghosting (ing. ghosting; ghost "kabus") — hər hansı bir əlaqənin xəbərdarlıq edilmədən və ya mümkün səbəbləri izah etmədən qəfil dayandırılması. Termin müxtəlif sahələrdə istifadəsinin populyarlığının aktiv artımı 2010-cu illərdə baş verdi. Anlayışın ilk rəsmi şərhi 2015-ci ildə Collins English Dictionary tərəfindən edilmişdir. Qostinq insanlar arasında romantik və ya dostluq münasibətlərinə son qoymağın yollarından biridir. Bu sahədə fenomen müasir texnologiyaların istifadəsinin yüksək populyarlığı səbəbindən xüsusi populyarlıq qazanmışdır (tekstinq, onlayn tanışlıq, sosial şəbəkələr və s. ). Şəxsi görüşlərdən və ünsiyyətdən imtina etməklə yanaşı, sosial şəbəkələrdə digərini bloklamaqla qarşılıqlı əlaqəni dayandırmaq mümkündür. Həm də bu gün tanışlıq partnyorlar arasında sosial əlaqələr olmadan mümkündür, bunun vasitəsilə lazım olduqda gələcəkdə bir insan tapmaq olar, bu da qostinq prosesini asanlaşdırır. Qostinq əlaqəni bitirməyin ən ağrılı yoludur .
Aleksandr Qostiyev
Aleksandr Qostiyev — Azərbaycanlı sərbəst güləşçi, Azərbaycan milli komandasının üzvü. 2013-cü ildə Kazanda keçirilən Yay Universiadasında Azərbaycanı təmsil edib. Milliyətcə osetindir. Rusiyanı bir sıra beynəlxalq turnirlərdə təmsil edib. Bakının "Atasport" güləş klubunda çıxış edir. Aleksandr Taymurazoviç Qostiyev 1987-ci il yanvarın 24-də Şimali Osetiyada anadan olub. Milliyyətcə osetindir. 1997-ci ildən güləşlə məşğul olur. Şəxsi məşqçisi Aslan Tsaqoyevdir.
Adolfo Ruis Kortines
Adolfo Tomas Ruis Kortines (isp. Adolfo Tomás Ruiz Cortines, İspanca tələffüz: [aˈðolfo ˈrwis koɾˈtines] ( dinlə); 30 dekabr 1890, Verakruz[d], Verakrus[d] – 3 dekabr 1973, Mexiko) — Meksika dövlət xadimi, 1952–1958-ci illərdə Meksika Prezidenti. Adolfo Tomas Ruis Kortines 30 dekabr 1890-cı ildə Verakruzda anadan olmuşdur. O, 1912-ci ildə Meksika inqilabına qoşulmuşdur. Kortines 1914-cü ildən həqiqi hərbi xidmətdə olmuşdur. O, daha sonra 1921–1935-ci illərdə Statistika İdarəsinin əməkdaşı və direktoru kimi çalışmışdır. Kortines İnstitusional İnqilab Partiyasının (PRI) üzvü olmuşdur. O, 1937–1940-cı illərdə senator vəzifəsini icra etdikdən sonra, 1944–1947-ci illərdə Verakruz qubernatoru kimi xidmət etmiş və fəaliyyətini 1948–1951-ci illərdə Daxili İşlər naziri kimi davam etdirmişdir. Kortines 1952–1958-ci illərdə Meksika Prezidenti olmuşdur. O, 1967-ci ilə qədər Meksika hökumətinin iqtisadi müşaviri kimi xidmət etmişdir.