Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Qradiyent
Qradiyent — vektor analizində verilən vektorun funksiyasının hər hansı nöqtəsində xüsusi törəmələr vasitəsilə alınan yeni vektoru. Başqa sözlə, qradiyent fəzaya görə törəmədir, lakin birfəzalı vaxt törəməsindən fərqli olaraq, qradiyent skalyar deyil, vektor ölçüsüdür. Qradiyent optimallaşdırmada fundamental rol oynayır. Qradiyent latınca "qradiyentis" sözündən götürülüb addımlayan, artan deməkdir. Qradiyent termini ilk dəfə meteorologiyada istifadə edilmişdir. Termini riyaziyyata 1873-cü ildə Maksvell daxil etmişdir. Çox vaxt funksiyanın qradiyentini Hamilton operatoru yaxud Nabla simvolu adlanan ∇ {\displaystyle \nabla } işarəsi ilə göstərirlər. Tutaq ki, W = f ( x , y , z ) {\displaystyle W=f(x,y,z)} funksiyasının M = ( x , y , z ) {\displaystyle M=(x,y,z)} nöqtəsində sonlu ∂ f ( M ) ∂ x {\displaystyle {\frac {\partial f(M)}{\partial x}}} , ∂ f ( M ) ∂ y {\displaystyle {\frac {\partial f(M)}{\partial y}}} , ∂ f ( M ) ∂ z {\displaystyle {\frac {\partial f(M)}{\partial z}}} xüsusi törəmələri var. Bu xüsusi törəmələr vasitəsilə ∇ f = ∂ f ( M ) ∂ x i + ∂ f ( M ) ∂ y j + ∂ f ( M ) ∂ z k {\displaystyle \nabla f={\frac {\partial f(M)}{\partial x}}\mathbf {i} +{\frac {\partial f(M)}{\partial y}}\mathbf {j} +{\frac {\partial f(M)}{\partial z}}\mathbf {k} } vektorunu düzəldirik. Bu vektora f ( x , y , z ) {\displaystyle f(x,y,z)} funksiyasının M {\displaystyle M} nöqtəsində qradiyenti deyilir.
Barik qradiyent
Geotermik qradiyent
Qradiyent doldurma
Qradiyent doldurma, dərəcəli doldurma — (ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Termik qradiyent
Üfüqi və ya şaquli istiqamətdə müəyyən məsafə vahidində temperaturun dəyişilməsidir. Yer səthində üfüqi termik qradiyentin kəmiyyəti təqribən 100 km-də 1 dərəcə, troposferdə şaquli termik qradiyent isə təqribən 100 m- də 0,6 dərəcədir.
Qradiyent doldurma, dərəcəli doldurma
Qradiyent doldurma, dərəcəli doldurma — (ing.gradient fill, ru.градиентная заливка) — kompüter qrafikasında: qrafik obyektin müəyyən (açar) nöqtələrinin rəngini və şəffaflığını verməklə qalan nöqtələrin rənginin və şəffaflığının riyazi alqoritmlər vasitəsilə onlara nəzərən hesablanmasından ibarət doldurma növü. Bu yolla başlanğıc və son nöqtələrin koordinatlarını verməklə bir rəngdən başqa bir rəngə axar keçidlər almaq olar. Dərəcəli doldurmanın əsas növləri bunlardır: xətti – açar nöqtələr bir düz xətt boyunca yerləşir; dairəvi – birinci açar nöqtəyə nəzərən konsentrik çevrələr qurulur ki, onların da rəngi qalan açar nöqtələrin yerləşməsindən asılı olur; künc – açar nöqtələr çevrə boyunca yerləşir; əksolunmuş – xəttiyə bənzəyir və iki hissədən (xətti qradiyentdən və onun güzgüdə xəyali əksindən) ibarət olur; almaz – almazı xatırladır. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Temperatur qradiyenti
Troposferdə havanın temperaturu yüksəklikdən asılı olaraq orta hesabla azalır. Atmosferin təbəqələri arasında isə bir- neçə km məsafədə dəyişməz qalır. Məhz temperaturun yüksəklikdən asılı olaraq dəyişməsi amilinə görə atmosfer təbəqələrə ayrılır. Temperatur qradiyenti şaquli və üfüqi qradiyent olaraq iki yere bölünür. Hər 100 m yüksəklikdən bir temperaturun dəyişməsi temperaturun şaquli qradiyenti (TŞQ) adlanır. TŞQ ilin fəsillərindən, sutkanın saatlarından(atmosferin yerüstü qatında) və yüksəklikdən asılı olaraq dəyişir. Orta hesabla TŞQ troposferdə 0,5–0, 60C/ 100 m təşkil edir. Temperatur yüksəklikdən asılı olaraq azaldıqda TŞQ müsbət, artdıqda isə mənfi olur. Temperatur üfüqi enliklərdən asılı olaraq deyişməsidir.
Les Gardiens du Silence
Les Gardiens du Silence (azərb. Səssizlik qoruyucuları‎) – Azərbaycanın Bakı şəhərində yaradılmış ilk world, etno-spiritual, new age qrupudur. == Haqqında == Qrupun əsası 2015-ci ilin dekabrında qoyulub. Bu qrup musiqinin mistik imkanlarının öyrənilməsi layihəsi kimi yaranıb. Layihə Misir, Şumer, Babil və Yunanıstan kimi qədim musiqi və mədəniyyəti əsasında hazırlanıb. Qrup nej, al oud, djembe, harmoniya, tay fleytası, kelt arfası, diceridu, mridanqa / hol, deqt, hepidrums, skripka, dodaq arfası, hanun, tamburin, gitara, etnik vokal kimi müxtəlif instrumentlərdən istifadə edir. 2017-ci ildə qrup "Divine Balance: Feminine. Divinity" adlanan ilk albomunu təqdim edib. Bir çox festivallarda çıxiş edərək Azərbaycanin incəsənət aləminin hərtərəfliliyini dünyaya çatdirilar. 2019-cu ildə kollektiv "Nəsimi" adli ikinci albomu Yarat!