Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaspiyskiy Qruz
Kaspiyskiy Qruz (rus. Каспийский Груз) — Bakı şəhərində yaranmış Azərbaycan rep qrupu. 2015-ci ildə Kaspiyskiy Qruzun "Storona A / Storona B" albomu, Rap.ru saytının "İlin Ən Yaxşı Rus Albomu" siyahısına düşüb.
Tibor Erdey-Qruz
Tibor Erdey-Qruz (mac. Erdey-Grúz Tibor; 27 oktyabr 1902, Budapeşt – 16 avqust 1976, Budapeşt) — Macarıstanlı kimyaçı və siyasətçi. 1952-1953-cü illərdə Ali Təhsil naziri və 1953-cü ildən 1956-cı ilədək Təhsil naziri vəzifələrini icra etmişdir.
Drozd
Drozd (ing. Drozd, rus. Дрозд), ən tanınmış aktiv müdafiə sistemlərindən biridir. Rusiya tərəfindən hazırlanmış və Əfqanıstan müharibəsində ilk dəfə istifadə edilmişdir. Əfqanıstan müharibəsi gedişatında 1983-cü ildə T-55A tanklarına quraşdırılmış bu sistemlər Əfqan mücahidlərinin idarəolunan tank əleyhinə raketlərinə və raket buraxıcı qurğularına qarşı müqavimət göstərə bilmək məqsədilə yaradılmışdır. Sistem 1977–78-ci illərdə A. Şipunovaya bağlı bir KBP dizayn bürosu olan Kompleks 1030M-01 tərəfindən kəşf edilmişdir. Drozd radarı 24,5 GHz Doppler radar siqnalları göndərərək tanka 70 ilə 700 m/s arasında bir sürətlə yaxınlaşan bir obyekt (raket və ya döyüş raketi) aşkar edə bilər. Daha sonra kompüter 107 mm diametrli bir raketi atışa hazırlayır. Tanka yaxınlaşan raket tankdan 7 metrlik məsafəyə gəldikdə, bu raket partlayır, parçalanma effekti ilə böyük qəlbələr atır və gələn raketi və ya idarə olunan raketi havada partladır. Əvvəlcə ön tərəfi 60° bucaq altında müdafiə edən sistem daha sonra inkişaf etdirildi və 120°-lik müdafiə təmin etdi.
Druid
Grube
Adolf Eduard Qrube (alm. Adolph Eduard Grube‎;18 may 1812, Köniqsberq – 2 iyun 1880, Vrotslav, Prussiya) — Alman anatomu və zooloqu. == Əsərləri == "Zur Anatomie und Physiologie der Kiemenwürmer" (1838); "Die Familie der Anneliden" (1851); "Untersuchungen über den Bau von Peripatus Edwardsii" (1853); "Annulata Oerstedtiana" (1856–58); "Die Insel Lussin und ihre Meeresfauna" (1864); "Annulata Semperiana" (1878). == Ədəbiyyat == M'Intosh W. C. Adolph Edouard Grube // Nature. — 1880. — Vol. 22. — P. 435–436. — doi:10.1038/022435d0. Romer F. Adolf Eduard Grube // Leopoldina.
Gürzə
Gürzə (XTD) — Azərbaycan Respublikası Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsi Gürzə patrul maşını — Azərbaycan istehsalı hərbi texnika. Gürzə (xörək) — Azərbaycan kulinariyasında xəmir xörək. Gürzələr — pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Qrind
Qrind (lat. Globicephala) — Delfinlər sinfinə daxil olan heyvan cinsi. Cinsə iki növ daxildir: Adi qrind (Globicephala melas) və Qısaüzgəc qrind (Globicephala macrorhynchus). «Qrind» sözü Farer dilindən götürülmüşdür. Qrindlərin uzunluqları 3,6 - 8,5 metr arasında dəyişir. Çəkiləri 800 kq olsa da bəzən 3 tonu keçə bilir. Ağ ləkələr istisna demək olar ki, qara rəngdə olur. Hər iki növ bir birindən əsasən üzgəclərinə görə fərqlənirlər. Qısaüzgəc qrindlərdə hər çənədə 14-18 diş, Adi qrindlərdə isə hər çənədə 16-26 arası diş olur. Osa və Qısaüzgəc qrindlər nadir məməlilərdəndir ki (insanda daxil), dişiləri Menopauza dövrü keçirir və bu uzun on illiklər boyu təkrarlanır.
Qrunt
Grus grus
Boz durna (lat. Grus grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinin durna cinsinə aid heyvan növü. == Təsviri == Ümumi rəngi bozdur. Boğazı, boynunun aşağı hissəsi və başının yuxarı hissəsi qaradır. Uçuş vaxtı boynunu və ayaqlarını düz uzadır. Peysəri çılpaqdır, qırmızı rəngdədir. Ayaqları qaradır. Uçuş vaxtı durna dəstəsi adətən üçbucaq əmələ gətirir == Yayılması == Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda köçəri və köçəri- qışlayan növdür. 1970-ci illərədək Ağgöl, Mehman, Şilyan və Qarasu göllərində qışlamışdır.
GUID
GUID (Global unikal identifikator) (ing. Globally Unique Identifier) — 128-bitlik unikal identifikator. Onun başlıca özəlliyi, üst-üstə düşmə səbəbindən yaranan toqquşmalar təhlükəsindən çəkinmədən genişlənən servislər və tətbiqi proqramlar yaratmağa imkan verən bənzərsizlikdir. Hər bir ayrıca GUID üçün unikallığa zəmanət verilməsə də, bənzərsiz açarların ümumi sayı o qədər böyükdür ki, (2128 və ya 3.4028×1038) dünyada bir-birindən asılı olmadan üst-üstə düşən iki açarın generasiya olunması ehtimalı son dərəcə azdır. Bununla belə, üst-üstə düşmə halı olmuşdur: Windows 95 əməliyyat sistemində DOS-proqramların (.pif) və ZipMagic 2000 proqramının başlatma simgəsinin GUID-ləri üstə-üstə düşmüşdür. Mətndə GUID defislərlə qruplara bölünmüş və fiqurlu mötərizəyə alınmış 32 ədəd onaltılıq rəqəmdən ibarət sətir şəklində yazılır. Məsələn: {6F9619FF-8B86-D011-B42D-00CF4FC964FF} Java proqramlaşdırma dilinin ehtimalını hesablamaq üçün proqram: == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Grus
Durna (lat. Grus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin durnakimilər dəstəsinin durnalar fəsiləsinə aid heyvan cinsi.
Gürz
Əmud, Gürz, və ya Toppuz düşməni yaralamaq və qalxanı (zirehi) sındırmaq (dağıtmaq) üçün yaxın məsafədən istifadə edilən hərbi silah. == Hazırlanması == Əmud odlu silah yaranmamışdan əvvəl istifadə edilən baş hissəsi sümük, daş, dəmir, tunc, bürünc və sairədən, sapı isə ağacdan və yaxud da tamamilə metaldan, düzəlmiş bir silahdır. == İstifadəsi == Piyadaların istifadə etdikləri əmud çox sadə olmuşdur. Lakin sonradan süvarilərin istifadə etdikləri gürzlərin sapı daha uzun və at üstündən istifadə emək üçün təkmilləşdirilmişdir. Əmud hər növ qalxana və zirehə qarşı işlədilən ən yaxşı silah növü olmuşdur. == Digər dillərdə == Əmud (Gürz) türk dilində "bozdoğan" deməkdir. "Bozdoğan" bir ytırtıcı quş cinsidir. Əmud (Gürz), bozdoğan quşunun başındakı pipiyə bənzədiyi üçün bu adla adlandırılmışdır. Əmudun (Gürzün) baş (yumuru) hissəsi çıxıntılı və ya düz olardı. Ərəb dilində əmud "sütun" mənasında işlədilir.
Qrad
Qrad (silah) — reaktiv yaylış atəş sistemi. Qolen Qrad — Makedoniya Respublikasının ərazisində yerləşən ada.
Qrid
Qrid — küllü miqdarda reqional və milli şəbəkələrin birləşdirilməsini nəzərdə tutan və beləliklə geniş istifadəçi dairəsi üçün açıq olan universal hesablama mənbəyidir. Qrid — (ing.grid computing, ru. грид-вычисления) – ("grid" – tor, şəbəkə) — hesablama baxımından çətin problemlərin həlli üçün onların bir hissəsinin İnternetə bağlanmış və geniş ərazidə paylanmış kompüterlər yığının istifadə olunmayan resursları arasında bölüşdürülməsi prosesi. Qrid (Grid) – paylanmış, dinamik virtual təşkilatlarda müxtəlif resursların ortaq və əlaqələndirilmiş istifadəsini dəstəkləyən texnologiya və infrastrukturdur. Bu termin 90-cı illərdə kompüterdən istifadəni elektrik şəbəkəsi (power grid) asan etmək ideyasından yaranmışdır. Hal-hazırda bir çox Qrid layihəsi var. Bunlara misal olaraq, DataGrid, TeraGrid, NorduGrid və s göstərmək olar. Azərbaycanda ilə 2009-cu ildən Fizika İnstitutunun "Yüksək Enerjilər Laboratoriyası"ı tərəfindən "azgrid" adı altında yaradılmağa başlanmışdır. Qrid-hesablamalar Qrid texnologiyaları İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — Qrup seks Qruplaşma Musiqi qrupu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Qrut
Qrut (ing. Groot) — Marvel Comics personajı. Sten Li və Cek Kirbi tərəfindən yaradılmış bu komiks obrazı ilk dəfə 1960-cı ildə ekrana çıxdı. Ağaca bənzər yadplanetli Qrut ilk dəfə eksperiment həyata keçirmək üçün insanları ələ keçirməyə çalışan işğalçı obraz kimi görünmüşdür. Marvel Kinematoqrafiya Kainatında Vin Dizel tərəfindən səsləndirilmişdir.
Qrız
Qrız — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. "Qrız" sözü haqqında əsası olmayan rəvayətlər söyləyənlər olmuşdur. Belə ki, Qrız-Qrıts sözü qırmaq feli ilə təsadüfən fonetik səsləşir və ona görə də, bu rəvayətlər uydurmadır. "Tök" (tökmək), "var", "gəldi", "gələcək", "gəlir" fellərinin Qrız dilində təsnifatını və s. verdikdə "Q" elementinə, daha doğrusu söz önlüyünə rast gəlinir. Həmin "Q" elementi yüksəklik, ucalıq, hündürlük, açıqlıq göstərir. "rıts" isə hamar, cila mənasını verir. Cilalanmış daş-ritsə xud, cilalanmış taxta-ritsə təxtə yer bildirir. Kəndin mövqeyinə görə belə adlanır. Qrızlı tədqiqatçı Şıxbala Qrızlı bu haqqda "Qrızlar və qrız dili" kitabında geniş məlumat vermişdir.
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Ruzi
Ruzi Nəzər
Urud
Urud (Zəngəzur) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Sisyan rayonunda kənd. Urud (Loru) — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
CRUD
CRUD — məlumat bazalarında və proqram təminatında istifadə olunan əsas əməliyyatları ifadə edən bir abbreviaturadır. CRUD aşağıdakı dörd əməliyyatı təmsil edir: Create (Yaratma) — məlumat bazasında yeni bir qeyd (məlumat) yaratmaq. Məsələn, yeni istifadəçi hesabı əlavə etmək. Read (Oxuma) — məlumat bazasından mövcud olan məlumatı oxumaq və ya əldə etmək. Məsələn, istifadəçi siyahısını görmək. Update (Yeniləmə) — mövcud məlumatı yeniləmək və ya dəyişdirmək. Məsələn, bir istifadəçinin profil məlumatlarını yeniləmək. Delete (Silmə) — məlumat bazasından mövcud bir məlumatı silmək. Məsələn, bir istifadəçi hesabını tamamilə sistemdən çıxarmaq. == İstifadəsi == === Verilənlər bazaları === CRUD abbreviaturası verilənlər bazası tərəfindən həyata keçirilən əsas əməliyyatlara aiddir.
Dəyirman qrupu
Dəyirman — 1999-cu ildən 2010-cu ilə qədər fəaliyyət göstərmiş Azərbaycan hip-hop qrupu. Qrupun orijinal tərkibinə Miri Yusif, ABD Malik, Elmir Məhərrəmov (L-Mir) və daha sonra qrupu tərk etmiş Anar Abdulla daxil idi. "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır. Qrup müxtəlif dövrdə Anar Nağılbaz, Aygün Kazımova, Coolio, Elşad Xose, Faiq Ağayev, H.O.S.T., Röya, Samirə Allahverdiyeva və digər sənətkarlar ilə əməkdaşlıq edib. == Tarixi == === Qrupun yaranması === Anar Abdulla istisna olmaqla, Dəyirman qrupunun heyəti və qrupun prodüseri Emin Əfəndi İnşaat İnstitutunda (hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində) birlikdə təhsil alıblar. Anar Abdulla Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi idi və Səudiyyə Ərəbistanında işinə görə qrupu tərk etmişdi. Buna baxmayaraq, Abdulla keçmiş həmkarları ilə dostluq əlaqələrini davam etdirməyə davam edirdi. 1995-ci ildə yaranan "G.G.G.Аіlesi" (Qara Qan Qardaşları Ailəsi) qrupu, 1999-cu ildə adını "Dəyirman"-a dəyişdi. Qrupun ilk olaraq müqavilə imzaladığı VVS-records musiqi studiyası qrupun ilk albomu üçün xalq mahnılarının sintezində rep konsepsiyasını təklif etdi. === Populyarlıq qazanması === "Dəyirman" 1996-ci ildə Azərbaycan musiqi səhnəsində "Ya Qarabağ, Ya Ölüm" mahnısı ilə uğur qazanmışdır.